" "Birmarket"dən nəsə sifariş verəndə iki dəfə fikirləşin..." "DİA-AZ" xəbər verir ki, bu çağırışı edən Ruzin Səfərov adlı sosial şəbəkə istifadəçisi öz postunda digər müştəriləri diqqətli olmağa səsləyib.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:
"Diqqətli olmalısınız, yoxsa belə hallarla tez-tez rastlaşa bilərsiz...
Geri qaytarılma dediyi proses üçün qaytarılma müraciəti açılıb... 5 gün ona baxılmasını gözləməlisiz... Daha sonra hansısa təhvil məntəqəsinə təpik döyməlisiz.. Daha sonra da bir 5 gün də gözləməlisiz ki, ödədiyiniz məbləğ geri qaytarılsın..."








