"Müraciətim Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinədir. “Faiqoğlu”nun avtobuslarına bir əncam çəkin..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Sifayə Abbas qeyd edib.
O daha sonra özünün etiraz dolu müraciətində belə davam edir: "Beş saat 39 nömrəli marşrut avtobusunu gözləyirsən, o da gəlir, kondisionersiz. Özü də bu avtobuslar 50 qəpik olduğuna görə bütün əhali bunları gözləyir. Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir, hamının əti-dərisi bir-birinə dəyir, amma “kondisioner xarabdır”, sözü eşidirik. Mövsüm başlamamış bir kondisioner ustası tapılmadı ki, bunları düzəltsin? Nə işdirsə, ancaq “Faiqoğlu”dan şikayət eşidirik, özümüz də görürük..."








