Paşinyan onlara necə qalib gələ bildi? .....                     Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq .....                     Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir .....                     Yay məktəbi, yoxsa yay işgəncəsi? .....                     "Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." .....                     "Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" .....                     SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var .....                     SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA .....                     "Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." .....                     Vətəndaş bu quruma qarşı iddia qaldırdı .....                     Demokratiya bax belə işləyir! .....                     Azərbaycanda çay istehsalı niyə azalıb? .....                     Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... .....                     "Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar" .....                     ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb .....                     Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” .....                     Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək .....                     Sarayda camaatın dil-dodağı quruyub... .....                     Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ .....                     Krım tam böhran şəraitində... .....                     "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" .....                     "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." .....                     Aqil Abbas DÜZMÜ BUYURUR?.. .....                     Kir Starmer bazar ertəsi istefaya gedə bilər .....                     Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? .....                     Bir şair yaşadı Mingəçevirdə... .....                     AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından .....                     Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi .....                     "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" .....                     "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" .....                     "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." .....                     DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                     SEPAH-ın əl-qolu açılır... .....                     "Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                 

Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Tarix: Bu gün, 06:10 | Çap et

Ankara "Türkiyə Əsri" adlı yeni təhsil modelini tətbiq edib. Ölkənin Milli Təhsil Nazirliyinin hazırladığı yeni məktəb dərsliklərində "Orta Asiya" termini "Türküstan" ifadəsi ilə əvəz olunub. Türkiyə rəsmiləri bunu regionun tarixi adının bərpası kimi təqdim edirlər.

AzadlıqRadiosunun Orta Asiya üzrə rusca bölməsi olan "Azattıq Asiya" yazır ki, bu addım Orta Asiyanın farsdilli ölkəsi olan Tacikistanda narazılıq yaradıb. Ekspertlərin fikrincə, Ankara bununla regiondakı təsirini gücləndirməyə çalışır.

Yeni təhsil modeli 2024–2025-ci tədris ilindən tətbiq olunmağa başlayıb. Yeni dərsliklərdə Egey dənizi "Adalar dənizi", "səlib yürüşləri" "səlibçilərin hücumları", Orta Asiya isə "Türküstan" adlandırılır. Türkiyənin milli təhsil naziri Yusuf Tekin bildirib ki, məqsəd türk uşaqlarının Türküstanı türk dünyasının ortaq tarixi məkanının bir hissəsi kimi qəbul etməsidir: "Bu, bizim üçün çox mühüm simvolik məna daşıyır. Çünki bu ərazi bizim ərazimizdir. Bu torpaq qardaşlarımızın torpağıdır. Buna görə də "Orta Asiya" əvəzinə onun elmi ədəbiyyatda da işlənən həqiqi adı olan "Türküstan" terminindən istifadə etməyi üstün tutduq".

"Türkiyə regionda lider ölkə kimi siqnal vermək istəyir"

Ankara Universitetinin siyasi elmlər doktoru Orxan Qafarlının dediyinə görə, Ankara bununla regional kimlik formalaşdırır. Onun fikrincə, həm Türkiyə, həm də digər türkdilli ölkələr üçün region tarixən "Türküstan" adlanıb və bu proses köklərə qayıdışdır. "Türkiyə regionda lider ölkə kimi siqnal vermək istəyir ki, türk dünyasına artıq Rusiya imperiyasının, rus və ya Qərb şərqşünaslarının gözü ilə baxmayacağıq. Dövlət səviyyəsində aparılan danışıqlarda da region artıq "Orta Asiya" deyil, "Türküstan" adlandırılır. Bu yanaşma dərsliklərdə də əks olunmalıdır", –Qafarlı bildirib.

12-ci sinif coğrafiya dərsliyində Türküstan müasir Orta Asiyadan daha geniş ərazi kimi göstərilir. Buraya Orta Asiya ölkələri ilə yanaşı, Çinin Sincan-Uyğur Muxtar Rayonu, Əfqanıstanın, Pakistanın, Hindistanın və İranın bəzi hissələri daxil edilir.

Yeni dərsliklərdə şagirdlərə yenilənmiş türk dünyası xəritəsi də təqdim olunur. Həmin xəritədə müstəqil türk dövlətləri kimi Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan (Qaraqalpaqstan istisna olmaqla) və yalnız Ankaranın tanıdığı Şimali Kipr Türk Respublikası yer alır. Rusiyanın Tatarıstan, Başqırdıstan, Dağıstan, Qaraçay-Çərkəz, Kabarda-Balkar və Çuvaşıstan respublikaları, Moldovanın Qaqauziya muxtar ərazisi, Çinin Sincan-Uyğur Muxtar Rayonu, eləcə də Özbəkistanın Qaraqalpaqstan Respublikası da "türk torpaqları" kimi göstərilir.

"Azattıq Asiya" yazır ki, "türk dünyası" anlayışı Avrasiyanın təxminən yarısını əhatə edən geniş coğrafiyaya şamil olunur.

Tacikistanın narazılığı

Orta Asiyanın bir hissəsi olan və əhalisi farsdilli olan Tacikistanda bu addım etirazlara səbəb olub. Tacik tarixçisi Abduvali Şərifzoda bildirib ki, region tarix boyu yalnız "Türküstan" adlandırılmayıb. Onun sözlərinə görə, bu ərazilər vaxtilə "Soqd", "Baqtriya", "Xarəzm" və "Fərqanə" kimi tanınıb: "Əgər Türkiyə rəsmiləri Orta Asiyanı "Türküstan" adlandırmağı təklif edirlərsə, onda biz də onların ölkəsini "Şərqi Roma" və ya "Bizans" adlandıraq".

Digər tacik tarixçisi Kamoluddin Abdulloyevin dediyinə görə, regionun tarixi o qədər zəngindir ki, istənilən konsepsiyanı əsaslandırmaq mümkündür – istər "Orta Asiya", istər "Türküstan", istərsə də "İranzəmin" (Böyük İran) anlayışını. Onun fikrincə, Türkiyənin yanaşması ciddi münaqişə yaratmasa da, tacikləri ümumi regional məkan anlayışından kənarda qoyur.

Ankaranın niyyəti

Şərqşünas Ruslan Süleymanov hesab edir ki, "Türküstan" anlayışının dirçəldilməsi akademik deyil, siyasi xarakter daşıyır. Onun yanaşmasına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünü türk xalqlarının himayədarı və lideri kimi möhkəmləndirmək istəyir. Amma Rusiya və Çin regionda artıq güclü mövqelərə malikdir və Ankara üçün onlarla rəqabət aparmaq çətin olacaq.

Süleymanovun sözlərinə görə, Türkiyə hələlik bu təsiri iqtisadi imkanlarla dəstəkləyə bilmir və buna görə də ümumi əlifba, terminlərin dəyişdirilməsi kimi simvolik addımlarla kifayətlənir.

Türkiyəli tədqiqatçı Oğul Tunanın fikrincə, Ankara burada kifayət qədər ehtiyatlı addım atır ki, bu da Moskvanın və Pekinin regiondakı maraqlarına toxunmamaq istəyindən irəli gəlir. Onun sözlərinə görə, Türkiyə artıq Orta Asiyaya təsir siyasətinin yeni mərhələsinə keçib. Qarabağ müharibəsindən sonra Ankara region ölkələri ilə hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirib. Qırğızıstana hərbi texnika yardımı, Özbəkistanla birgə təlimlər və Türkmənistana dron satışı bunun nümunələridir.

Ekspertlər deyirlər ki, "Orta Asiya" termininin "Türküstan"la əvəz edilməsi yalnız dərsliklərdəki dəyişiklik deyil. Bu, Ankaranın regionda təsirini artırmağa yönəlmiş daha geniş geosiyasi strategiyasının bir hissəsidir. Paralel olaraq Türk Dövlətləri Təşkilatının rolu da artır və Ankara onu regionda əməkdaşlığın əsas alətlərindən biri kimi görür.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan onlara necə qalib gələ bildi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:27
Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq - İran XİN
Bu gün, 07:05
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir - AKTUAL
Bu gün, 07:02
Yay məktəbi, yoxsa yay işgəncəsi? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." - ETİRAZ VAR!
Bu gün, 06:55
"Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" - QALMAQAL
Bu gün, 06:50
SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 06:44
SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA - "Görün, nə tipli işlərlə məşğuldurlar..."
Bu gün, 06:37
"Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." - GİLEY
Bu gün, 06:30
Vətəndaş bu quruma qarşı iddia qaldırdı - "Belə bir ağır vəziyyətdə.."
Bu gün, 06:23
Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17
Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13
Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10
"Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06
ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04
Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02
Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00
Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Dünən, 20:08
Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Dünən, 20:00
Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Dünən, 16:23
"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Dünən, 15:06
"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Dünən, 14:42
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Dünən, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Dünən, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Dünən, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Dünən, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Dünən, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Dünən, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Dünən, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Dünən, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Dünən, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Dünən, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Dünən, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Dünən, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Dünən, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Dünən, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Dünən, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Dünən, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Dünən, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Dünən, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Dünən, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Dünən, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Dünən, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Dünən, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Dünən, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Dünən, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Dünən, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Dünən, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Dünən, 06:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru