Böyük Britaniya baş naziri Kir Starmer bazar ertəsi istefaya gedə bilər.
"DİA-AZ" xəbər verir ki, məlumatı Britaniyanın "Observer" qəzeti yayıb. Qəzetin mənbəsi hazırda Starmerin öz ofisində olduğunu deyib.
"Reuters" isə yazır ki, Starmerin istefası ilə bağlı iddialar bir neçə aydır mövcuddur. Onun əsas rəqiblərindən Endi Brenxemin keçən parlamentdə yer alması onun Starmerə meydan oxumasına imkan verib.
Cümə günü Starmer deyib ki, öz vəzifəsini saxlamaq üçün mübarizə aparacaq. O həmçinin üzvü olduğu Leyborist Partiyasının daxili konfliktlərlə bölünməməyə çağırıb. Partiyada isə onun əleyhdarlarının sayı artmaqda davam edir.
Starmer baş nazir vəzifəsini 2024-cü ilin iyulunda icra edir.








