"Demək, bu "Nush" şirniyyat yeri belə bir kampaniya keçirir. 1 kart verilir: 5 tort alanda 6-cı tort hədiyə edilir..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında Elmar Rüstəmov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mən işimi qabaqdan görüb sualımı verdim ki, yəqin 6-cı hədiyə verilən tort kiçik ölçü olar? Dedilər, siz nə danışırsınız... ürəyiniz istədiyi tortu böyük ölçüdə götürə bilərsiniz.
Və bu gün həmin 6-cı tortu götürməyə gedəndə işçi mənə 1 nəfərlik kiçik tortu göstərib bildirir ki, yalniz bunu götürə bilərsiniz.... Müdriyətimiz belə bildirib...
Söhbət "o sosiska"dan getmir... Sadəcə olaraq insanları belə aldatmaq mənim fikirimcə yaxşı bir şey deyil. Mən şəxsən ordan bir də tort almaram və eləcə də mənim kimi aldatdıqları insanlar..."









