Toronto polisi yəhudilərə silahlı hücumlarla bağlı 18 yaşlı azərbaycanlı Ruslan Novruzovu həbs edib.
Bu barədə Gununsesi.info-ya Kanadada yaşayan həmyerlilərimiz məlumat verib.
Məlumata görə, Bathurst və Lawrence West ərazisində küçədə gəzən yəhudi icmasının üzvlərinə avtomobildən Orbeez tipli imitasiya silahla atəş açılıb. Qurbanlar yüngül xəsarətlər alıb.
Daha sonra Bathurst və Highway 401 yaxınlığında yerləşən sinaqoq qarşısında daha bir oxşar hadisə baş verib. Bu dəfə də yəhudi icmasının üzvlərinə avtomobildən atəş açıldığı, bir nəfərin yaralandığı bildirilib.
Toronto Polisi Vaughan şəhərində keçirilən əməliyyat zamanı iki gel-blaster imitasiya silahı aşkarlayıb. Ruslan Novruzova qarşı silahla hücum və təhlükəli məqsədlə silah saxlama maddələri ilə ittiham irəli sürülüb.
Polis hadisələrin nifrət motivli cinayət kimi araşdırıldığını açıqlayıb.











