Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? .....                     Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" .....                     Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var .....                     Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib .....                     Güllələnən kafe sahibi barədə yeni məlumatlar .....                     Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb .....                     Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb .....                     "Bu yaşımda da ayağımdan çəkirlər?" .....                     Ağzında çörək... BİR ALA QARĞA... .....                     Qarabağ Universitetinə sektor müdiri təyin olundu .....                     Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI: Qan töküldü .....                     Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı... .....                     Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb .....                     Qarabağ məsələsi bağlanıb! .....                     Avropa Zelenskinin "öyüd-nəsihətlərindən" yorulub .....                     Moskvanın Zelenski ilə bağlı açıqlamasına İrəvandan cavab: .....                     "İctimai TV mənim üçün sadəcə bir iş yeri deyil, çox doğma bir məkandır" .....                     MANATO.AZ bu dəfə vətəndaşı HƏDƏLƏYİR... .....                     “Neftçi”yə qoyulan transfer qadağası ləğv edildi .....                     Paşinyan Laçınla qonşu şəhərə gəldi... .....                     Bu klub Qurban Qurbanovu istəyir, illik 2 milyon avro maaş .....                     Kanadada azərbaycanlı gənc yəhudilərə HÜCUM ETDİ və həbs olundu .....                     Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir .....                     Zelenskinin İrəvana səfər etməsi... .....                     9 Mayı hansısa formada görməzdən gəlmək mümkün deyil .....                     Zaqatalada 39 yaşlı kişini restorandan çıxanda güllələdilər .....                     İran Zəngəzur dəhlizini İrəvandan hədələdi .....                     Rusiya ABŞ və Bəhreynin İranla bağlı qətnaməsini dəstəkləməyəcək .....                     Dollarla bağlı kritik vəziyyət .....                     Büdcə gəlirlərinin azalması NƏTİCƏDİR, bunun əsl SƏBƏBİ isə... .....                     Dövlətin bu 100 metr məsafəyə GÜCÜ YETMİR? .....                     Ukraynaya Rusiyanın aktivlərindən €6,6 milyard köçürülüb .....                     Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir .....                     İrəvanda Karapetyanın tərəfdarları saxlanıldı .....                     Burda işçi hüququ BOŞ BİR NAĞILDIR .....                     AQC Tikinti, Abadlıq və Köçürülmə Komissiyası fəaliyyətə başladı .....                     Nazir Baronun çıxışı: Cənubi Qafqaz sülhünə Fransa təhlükəsi... .....                     Baltası qartalın caynağı olan Ramil Səfərov .....                     Toylarda dövlət himninin səsləndirilməsi niyə mübahisə doğurur? .....                     Analitik Ekspertiza Mərkəzinin yoxlamaları mütləq cərimə ilə bitir? .....                 

Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb - Azərbaycan nə edəcək?
Tarix: Bu gün, 11:51 | Çap et

İran münaqişəsi qlobal bazarlara neft təklifində böyük azalmaya, bu isə ölkələrin öz ehtiyatlarından istifadəyə keçməsinə səbəb olub. Ehtiyatlardan istifadə ilə yanaşı, münaqişənin təsirlərinin uzunmüddətli olması ehtimalı fonunda neft istehlakının azaldılmasına da başlanıb. Bu isə bütün dünya boyu neft məhsulları istehsalının azalmasını şərtləndirib.
Musavat.com xəbər verir ki, “Financial Times” qəzeti Goldman Sachs analitiklərinin hesablamalarına istinadən təxminən 45 günlük qlobal neft məhsullarının – benzin, dizel və reaktiv yanacaq ehtiyatlarının qaldığına dair məlumat yayıb. Qeyd edilir ki, Asiya və Afrikada ehtiyatlar xüsusilə sürətlə tükənir. Bu fonda neftin qiyməti artmaqda davam edir və analitiklər ehtiyatlar kritik səviyyələrə çatdıqdan sonra xam neftin qiymətlərində kəskin artımın mümkünlüyü barədə xəbərdarlıq edirlər.

Nəşrə görə, qlobal neft ehtiyatları təkcə aprel ayında təxminən 200 milyon barel azalıb. Yəni gündə təxminən 6,6 milyon barel. Bu da normaldan xeyli yüksəkdir.

“Bu, normal diapazondan xeyli yüksək olan çox böyük bir rəqəmdir. Qaçılmaz bazar hesablaşması gəlir”, - S&P şirkətinin xam neft tədqiqatlarının rəhbəri Cim Burkhard bildirib.

Qeyd edək ki, Yaxın Şərqdə münaqişənin başlanğıcından bəri xam neftdən istehsal olunan təyyarə yanacağının qiyməti 80 faizdən çox artıb. Bu da öz növbəsində dünyanın hər yerindəki aviaşirkətləri bilet qiymətlərini qaldırmağa, uçuş mövcudluğunu azaltmağa və ya hər ikisini etməyə məcbur edir.

Ən bariz nümunə Amerikanın aşağı büdcəli daşıyıcısı Spirit Airlines-dir. 2 mayda şirkət fəaliyyətini tamamilə dayandırdığını elan edib. Bunun əsas səbəbi yanacaq qiymətlərinin "göy üzünə çıxması"dır.

Aviasiya təhlil mərkəzi Cirium-a görə, ABŞ və Çindən Yaponiyaya, Avstraliyaya və Avropanın böyük bir hissəsinə qədər dünya üzrə aviaşirkətlər 1 iyundan 30 sentyabra qədər cədvəllərindən 9,3 milyon yeri siliblər. Bu o deməkdir ki, yüz minlərlə, bəlkə də milyonlarla səyahətçi planlaşdırılan yerlərinə uça bilməyəcək və ya xeyli çox pul ödəməli olacaq. Yaxın Şərq xüsusilə ağır zərbə alıb. Daşıyıcılar hələ də İranın Dubay və Doha kimi regional mərkəzlərə hücumlarına cavab olaraq hava məkanının bağlanmasından əziyyət çəkirlər. Təkcə Qatar Airways iyundan oktyabr ayına qədər olan dövrdə iki milyon yeri silib. Emirates və Etihad Airways (BƏƏ) müvafiq olaraq 700.000 və 450.000 yeri azaldıblar.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Villi Uolş xəbərdarlıq edib ki, Avropa və Asiyanın bəzi bölgələri qarşıdakı həftələrdə təyyarə yanacağı çatışmazlığı ilə üzləşə bilər: "Hamı təyyarə yanacağı ilə bağlı vəziyyəti izləyir. Hələlik yay mövsümü səyahət üçün adi məşğul vaxt olacaq. Lakin aviaşirkətlərin dayanıqlılığı yanacaq təchizatının və qiymətlərinin sabitləşməsindən çox asılı olacaq".

"Check-in Asia" şirkətinin direktoru Qari Bauerman hesab edir ki, qlobal aviasiya sənayesi "çətin bir neçə ay"la üzləşəcək. O qeyd edib ki, "Hörmüz boğazı sabah açılsa belə, bu müharibənin enerji infrastrukturuna və Fars körfəzindən gələn təchizata vurduğu dərin struktur təhrif qlobal aviasiya sektoruna, xüsusən də Avropa və Asiyaya uzun aylar, bəlkə də daha uzun müddət təsir edəcək".
Bir tərəfdən, yanacaq qiymətlərinin kəskin artmasına baxmayaraq, onlar hələ də 2007-2008-ci illər maliyyə böhranı dövründəki tarixi pik səviyyəsindən aşağıdadır. Digər tərəfdən, müharibənin sonu görünmür. Hətta döyüşlər bitsə belə, təyyarə yanacağının qiymətlərinin normal vəziyyətə qayıtması üçün aylar lazım ola bilər.

Və hətta bu baş versə belə, aviaşirkətlər qiymətləri dərhal əvvəlki səviyyələrinə endirməyəcəklər. Mütəxəssislər deyirlər ki, aviaşirkətlər sərnişinlərin uyğunlaşmağa və yüksək ödəniş etməyə hazır olduqlarını öyrəniblər. Əks təqdirdə, insanlar sadəcə evdə qalacaqlar.

İATA məlumatları da göstərir ki, qiymətlərin artmasına baxmayaraq, səyahətçilərin səyahətə olan həvəsi hələ də azalmayıb. Belə ki, mart ayında beynəlxalq sərnişin tələbi illik müqayisədə 0,6 faiz azalsa da, ümumi tələbat güclü daxili bazarlar səbəbindən 2 faizdən çox artıb. Bundan əlavə, Atmosphere Research Group tərəfindən mart ayında aparılan bir araşdırma, sərnişinlərin 11 faizinin qeyri-müəyyənlik və daha da yüksək qiymətlərdən qorxduğu üçün uçuşları adi haldan daha tez sifariş etdiyini göstərib.

Qeyd edək ki, yaranmış vəziyyət Azərbaycan üçün bir tərəfdən faydalıdır, digər tərəfdən isə çətinliklər yarada bilər. Belə ki, Azərbaycan aviasiya yanacağı ixracatçısı kimi qiymət artımından faydalanacaq. Ötən il ölkə 26,45 milyon ABŞ dolları dəyərində 26 min 970 ton aviasiya yanacağı ixrac edib. Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 61 faiz, kəmiyyət olaraq – 58 faiz azdır. Hesabat dövründə Azərbaycan ən çox Lüksemburqa - 11,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 62 faiz az) 13 min 898 ton (59 faiz azalma)aviasiya benzini ixrac edib. İkinci yerdə olan Rusiyaya 4,6 milyon ABŞ dolları dəyərində (64 faiz azalma ) 3 min 779 ton (63 faiz azalma), Türkiyəyə 3,1 milyon ABŞ dolları dəyərində (57 faiz azalma) 2 min 508 ton (57 faiz azalma), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 1,7 milyon ABŞ dolları dəyərində (5 dəfə artım) 1 min 814 ton (+7 dəfə artım), Fransaya 1,2 milyon ABŞ dolları dəyərində (4 dəfə artım) 1 min 284 ton (5 dəfə artım) yanacaq satılıb.

Bu ilin yanvar-fevral aylarında isə Azərbaycandan 39 milyon 655,89 min dollar dəyərində 37 360,6 ton reaktiv mühərriklər üçün yanacaq ixrac edilib. Bunun 13 min tondan çoxu Lüksemburqa, 6 119,96 tonu Rusiyaya, 4 788,96 tonu Türkiyəyə, 2038,45 tonu ABŞ-a, 1957,54 tonu Avstriyaya, 1743,57 tonu Fransaya və sair reallaşdırılıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 2 ayında bu məhsulun idxalı cəmi 0,49 tona, ixracı isə 64,85 tona bərabər olub.

Beləliklə, aviasiya yanacağının ixracatçısı olaraq Azərbaycan bu məhsulun bahalaşmasından qazancını artırır. Lakin ixraca baxmayaraq, Azərbaycan həm də avsiasiya yanacağının idxalçısıdır. Belə ki, ötən il ölkə 35 milyon 146,79 min dollar dəyərində 38 632,48 ton reaktiv aviasiya yanacağı idxal edib. Bu həcmin 24 963,87 tonu Rusiyadan, 13 668,09 tonu isə Türkmənistdan alınıb. Bu ilin iki ayında ölkə 4 milyon 190,77 min dollar dəyərində 4 555,18 ton belə yanacaq alıb. Alışın hamısı Türkmənistandan reallaşdırılıb. Beləliklə, aviasiya yanacağının bahalaşması Azərbaycanın da xərclərini artırır. Xərclərin artması fonunda Azərbaycanın əsas aviadaşıyıcısı olan AZAL qiymət artımına gedərsə, bu, quru sərhədlərin bağlı olması şəraitindı yeganə səfər imkanı hava nəqliyyatı ilə mümkün olan ölkə vətəndaşları üçün ciddi əlavə xərc formalaşdıra bilər. Hələlik belə qiymət artımına dair məlumata rast gəlinmir. Üstəlik, hökumət ötən ilin dekabrında aviasiya yanacağı idxalının gömrük rüsumlarından azadolma müddətini daha bir il uzadıb. Bundan əlavə, bu yanacaq növünün idxalı zamanı ödənilən aksiz vergisi də 80 manatdan 1 manata endirilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? - GƏLİŞMƏ
Bu gün, 13:01
Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" - TƏFƏRRÜAT
Bu gün, 12:57
Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var - Alman general
Bu gün, 12:10
Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib
Bu gün, 12:08
Güllələnən kafe sahibi barədə yeni məlumatlar - 4 azyaşlı övladı var
Bu gün, 12:05
Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb - Qriqoryan
Bu gün, 11:56
Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb - Azərbaycan nə edəcək?
Bu gün, 11:51
"Bu yaşımda da ayağımdan çəkirlər?"
Bu gün, 11:41
Ağzında çörək... BİR ALA QARĞA... - MODERN TƏMSİL
Bu gün, 11:38
Qarabağ Universitetinə sektor müdiri təyin olundu - ƏMR
Bu gün, 11:35
Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI: Qan töküldü – DETALLAR
Bu gün, 11:30
Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı... - FOTO
Bu gün, 11:20
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb
Bu gün, 11:10
Qarabağ məsələsi bağlanıb! - Alen Simonyan
Bu gün, 11:09
Avropa Zelenskinin "öyüd-nəsihətlərindən" yorulub - "Politico"
Bu gün, 10:57
Moskvanın Zelenski ilə bağlı açıqlamasına İrəvandan cavab: - Nə danışacağını haradan biləydik?
Bu gün, 10:55
"İctimai TV mənim üçün sadəcə bir iş yeri deyil, çox doğma bir məkandır"
Bu gün, 10:45
MANATO.AZ bu dəfə vətəndaşı HƏDƏLƏYİR... - Təhqir... Təhdid...
Bu gün, 10:30
“Neftçi”yə qoyulan transfer qadağası ləğv edildi
Bu gün, 10:03
Paşinyan Laçınla qonşu şəhərə gəldi... - Çıxışında nələr dedi?..
Bu gün, 10:00
Bu klub Qurban Qurbanovu istəyir, illik 2 milyon avro maaş - ÖZÜ İSƏ...
Bu gün, 09:50
Kanadada azərbaycanlı gənc yəhudilərə HÜCUM ETDİ və həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:43
Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir - Paşinyan BELƏ DEYİR...
Bu gün, 09:39
Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan deyir ki...
Bu gün, 09:38
9 Mayı hansısa formada görməzdən gəlmək mümkün deyil - deputat
Bu gün, 09:30
Zaqatalada 39 yaşlı kişini restorandan çıxanda güllələdilər - TƏFƏRRÜAT
Bu gün, 09:21
İran Zəngəzur dəhlizini İrəvandan hədələdi – Bakıdan REAKSİYA
Bu gün, 08:08
Rusiya ABŞ və Bəhreynin İranla bağlı qətnaməsini dəstəkləməyəcək
Bu gün, 08:06
Dollarla bağlı kritik vəziyyət – Əvvəl ucuzlaşacaq, sonra isə…
Bu gün, 08:05
Büdcə gəlirlərinin azalması NƏTİCƏDİR, bunun əsl SƏBƏBİ isə... - AKTUAL
Bu gün, 08:03
Dövlətin bu 100 metr məsafəyə GÜCÜ YETMİR? - GİLEY
Bu gün, 07:53
Ukraynaya Rusiyanın aktivlərindən €6,6 milyard köçürülüb
Bu gün, 07:38
Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir - KİV
Bu gün, 07:37
İrəvanda Karapetyanın tərəfdarları saxlanıldı
Bu gün, 07:36
Burda işçi hüququ BOŞ BİR NAĞILDIR - ETİRAZ VAR!
Bu gün, 07:34
AQC Tikinti, Abadlıq və Köçürülmə Komissiyası fəaliyyətə başladı – VİDEO
Bu gün, 07:18
Nazir Baronun çıxışı: Cənubi Qafqaz sülhünə Fransa təhlükəsi... - "Cəsarətli" susqunluq öhdəliyi...
Bu gün, 07:12
Baltası qartalın caynağı olan Ramil Səfərov - Saffari yazır…
Bu gün, 07:07
Toylarda dövlət himninin səsləndirilməsi niyə mübahisə doğurur? - AÇIQLAMA
Bu gün, 07:01
Analitik Ekspertiza Mərkəzinin yoxlamaları mütləq cərimə ilə bitir? - İLGİNC FAKT
Bu gün, 06:57
Araz Paşayev NARAZILIQ YARADIR - FOTOFAKT
Bu gün, 06:46
Builki Qələbə paradının fərqi: "Putinin sehri sönür" - Görünəni odur ki...
Bu gün, 06:38
“Azərbaycanda uşaqpulu verilə bilər? – Vüqar Orucdan diqqətçəkən AÇIQLAMA
Bu gün, 06:36
Paşinyanın müharibə ehtimalı: Döyüşlərin bərpası realdırmı? - AKTUAL
Bu gün, 06:31
Sünikdən başlayan kampaniya: Ermənistan hansı mesajı verir? - GƏLİŞMƏ
Bu gün, 06:29
Deputatdan “Zaman göstərər”-ə etiraz - “Biz də o zamanı gözləyirik”
Bu gün, 06:25
Avropa İttifaqı Ermənistanı yaxın 10 il ərzində öz sıralarına qatmayacaq - ÇÜNKİ...
Bu gün, 06:23
5 manatlıq kapitalla yarım milyonluq borc - "SERALLİ-TT" MMC-nin böyük vergi yükü
Bu gün, 06:21
"Azərlotereya"da müəmmalı "qara dəlik" - 2024-cü ildən sonra nə baş verib?
Bu gün, 06:14
ABŞ Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmini vurub - KİV
Bu gün, 05:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru