"DİA-AZ" xəbər verir ki, Nicat Tağıyev şirkətə olan borcuna görə BOKT-nin xanım əməkdaşından qeyri-etik mesaj aldığını bildirib.
Belə ki, mesajda BOKT-nin əməkdaşı 150 manat borcunu ödəyə bilməyən N.Tağıyevə "ailənə salam verdik" sözləri ilə qarşı tərəfin ailə dəyərlərini təhqir edib. Hətta şirkət rəsmisi "rəisin yanında 150 manatı ödəyə bilməyib yekə-yekə danışmağınızın izahını verərsiz" deyə mesajına əlavə də edib.
Görünən odur ki, şirkət rəsmisi artıq bu kimi hallarla qarşılaşıb və vətəndaşları "rəis" dedikləri şəxsin yanına çağırıblar. "Rəis" dedikləri şəxsin vətəndaşlarla necə rəftar etdiyini biz deyə bilmərik, amma əməkdaşın ona arxalanması onu deyir ki, bu kimi vəziyyətlərdə "rəis" "lazımi" addımları atır.
Bu dəfə də bir başqa vətəndaş az qala "Manato.az" tərəfindən təhdid olunduğunu bildirir. Bu barədə "AzBank Klubu" sosial qrupundakı paylaşımında gileylənən vətəndaş yazır:
""Manato.az"a 225 manat borcum var idi. Bir qismini ödədim, qalıb: 143 manat. Bu gün də manato.az-dan zəng gəldi ki 20 gün gecikməniz var deyə bu həftə sonu ödəniş olmasa, borcum kollektorlara göndəriləcək və mənim telefon kontaktımda olan şəxslərə bu barədə zənglər daxil olacaq...."
Yəni aşkar şəkildə görünür ki, "Manato.az" gecikməsi olan borclunu onaun tanıdığı şəxsləri narahat etməklə təhdid edir. Hər halda bu kimi hallara nəzarət edən qurumların tədbirli olması arzuolunandır...
Məsələ diqqətimizdədir...











