Vasif Talıbov təkcə vəzifəsini itirib... .....                     Rusiyanın Azərbaycandakı “görən gözü”: 10 ildən çoxdur işləmir .....                     "Hizbullah" İsrailin hücumlarına qarşılıq verib .....                     Biləcəridən o yana keçə bilməyən təhsilimiz... .....                     Günün fotosu: .....                     İşçinin maaşı yerində sayır, amma rəhbərlər... .....                     Rutte NATO ölkələrinin ABŞ tərəfindən qoyulan sınaqdan keçmədiyini etiraf edib .....                     Bir azdan Hörmüz kiminsə yadına da düşməyəcək... .....                     Tramp nə etməlidir ki... .....                     “Onlar bizim qardaşlarımıza da hücum edirlər” .....                     SEPAH mina təhlükəsinə görə Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib .....                     Xəstə çağırışçını orduya CƏLB EDİRLƏR... .....                     Hicran Əyyubovaya qarşı MƏHKƏMƏ İDDİASI .....                     106 saylı məktəbdə NƏLƏR BAŞ VERİR? .....                     Burda özbaşınalıq və pulyığma ADİ HALDIR .....                     MİDA binalarında kanalizasiya problemi .....                     Zakir Qaralovun DÖVRANI BİTMƏYİB Kİ? .....                     ABŞ–İran arasında atəşkəs Azərbaycana bu cür TƏSİR EDƏCƏK .....                     İranın səlahiyyətsiz danışan başı .....                     "ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…" .....                     Naxçıvan Şəhər İcra Hakimiyyətinin tenderi ləğv edilib .....                     "Bu, uşaqların istismarı sayılır və cinayət məsuliyyəti yaradır" .....                     Mingəçevirin icra başçısı Prezidentdən və xalqdan üzr istəməlidir... .....                     Efirdən gedən Tolikdən şok ultimatum .....                     ABŞ NATO müttəfiqlərini "cəzalandıra" bilər .....                     İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını və qazini ziyarət edib .....                     “Qarabağdakı dağıntılara göz yumanlar....” .....                     Bakıda vətəndaş məhkəmədən özünü həbs olunmasını istədi: Hakim qərar verdi .....                     Türkiyə kəşfiyyatı ABŞ və İran arasında atəşkəsdə mühüm rol oynayıb .....                     Hər yerdə olsa da, heç yerdə görünməyən deputatımız .....                     İsrailli məmur paylaşımında Trampı TƏHQİR ETDİ, sonra isə… .....                     “Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı“ .....                     "Putin Afrikada yeni dayaq nöqtəsi tapır .....                     Vüsal Qasımlıdan yeni təyinat .....                     Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı .....                     Bakıda 6 yaşlı uşağa işgəncə verən .....                     Lənkəran sakininə qarşı şok dələduzluq .....                     Əli Əkbər Vilayətidən atəşkəsə reaksiya: .....                     "Kollektorun üstündəki evlər SÖKÜLƏCƏK" .....                     Keçmiş deputatımız Azərbaycandan OĞURLADIQLARINI Rusiyaya yatırır... .....                 

Burda özbaşınalıq və pulyığma ADİ HALDIR - İTTİHAM VAR...
Tarix: Bu gün, 05:31 | Çap et

Bu günlərdə başıma gələn hadisə bir daha göstərdi ki, dövlətin tabeliyində olan bəzi tibb müəssisələrində sistemsizlik, məsuliyyətsizlik və vətəndaşa laqeyd münasibət hələ də ciddi problem olaraq qalır. Paytaxtın mərkəzində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (xalq arasında “travmatologiya” kimi tanınır) tibb müəssisəsində yaşananlar bunun açıq sübutudur.

İndi isə keçək əsas məsələyə. Barmağımda yaranan qırıq səbəbilə sözügedən xəstəxanaya üz tutdum. İlk baxışdan adi görünən bu müraciət qısa zamanda əsəbləri sınağa çəkən bir “macəra”ya çevrildi. İnanın ki, mən deyərdim, bura gələn yox, buradan canını qurtarıb gedən özünü bəlkə də dünyanın ən xoşbəxt insanı hesab edər. Nə isə… Deməli, 102 nömrəli otaqda həkim müayinəsindən sonra mənə əlimin rentgenə salınmalı olduğu bildirildi və qeydiyyat şöbəsinə növbə götürmək üçün göndərildim. Bəli, əsl “macəra” da elə buradan başladı. Qeydiyyat şöbəsinin qarşısında yaranmış uzun növbə diqqət çəkirdi. Səhər saat hələ 10 olmamışdı, amma növbənin sonu görünmürdü. Növbədə gözləyənlərdən öyrəndim ki, axı bu nə növbədi? Növbədə düran pasiyentələrin cavab birmənalı oldu: “Sistem işləmir”. Lakin bu “işləməyən sistem”in səbəbini heç kim izah edə bilmirdi.

Sual yaranır: bu nə sistemdir ki, saatlarla işləmir? Nə vaxt düzələcək? – bu sualların isə cavabı yox idi. Nə qeydiyyat şöbəsində çalışanlar məlumatlı idi, nə də məsul şəxslər ortada görünürdü. İnkişafdan danışılan bir dövrdə vətəndaşın saatlarla növbədə qalması hansı məntiqlə izah olunur? Özü də nəzərə alsaq ki, bura heç kim kefindən gəlmir. Gələnlərin hamısı müxtəlif dərəcədə travma almış insanlardır. Onda sistemin işləməməsindən yaranan mənzərə daha aydın görünər. Deməli, fiziki travma alan insanlar, bu növbələrdə saatlarla qalmaqla, əsəbdən psixoloji problemlər də yaşamalı olurlar. Yəni, bir xəstəliyini müalicə etməyə gələn insan, ikinci bir xəstəlik də qazanmalı olur.

“Qeydiyyat şöbəsinin əməkdaşlarından birinə yaxınlaşıb məsələni aydınlaşdırmaq istədim. Cavab isə qısa və məsuliyyətsiz oldu: “Bilmirəm niyə işləmir. Şikayətin varsa, inzibati şöbədən soruş”. Mən isə sual verdim ki, xanım, siz özünüz soruşun, bu sistem niyə işləmir? Biz indi gedib müdiriyyəti axtarmalıyıq? O isə cavabında dedi ki, “mən necə deyim? Desəm, deyəcəklər ki, get ərizəni yaz işdən çıx. Guya siz bilmirsiniz, bura Azərbaycandır?”.

Bu cavabdan sonra vəziyyəti aydınlaşdırmaq üçün verilən telefon nömrələrinə dəfələrlə zəng etsəm də, ya məşğul oldu, ya da cavab verən tapılmadı. Bu isə onu göstərirdi ki, problem təkcə texniki nasazlıqda deyil, ümumi idarəetmədə nasazlıq var. Ən acınacaqlısı isə odur ki, bu yanaşma tək bir şəxsin deyil, bütöv sistemin ifadəsi idi – “bura Azərbaycandır, hansı qanun işləyir ki?” Bəli, bu cümlə bəlkə də reallığın ən acı etirafı idi.

Növbədə gözləyən insanların narazılığı getdikcə artırdı. Bəziləri açıq şəkildə bildirirdi ki, əgər sistem işləmirsə, bu barədə əvvəlcədən məlumat verilməli, xəstə insanlar saatlarla burada gözlədilməməlidirlər. Nəhayət ki, 3 saatdan çox gözlədikdən sonra sistem “sehrli” şəkildə işə düşdü. Bundan sonra mənə də növbə götürmək xoşbəxtliyi nəsib oldu və axır ki, rengen otağına düşə bildim. Burada isə məni gözlənilmədən, çox operativ şəkildə rentgendən keçirdilər. Hətta öz-özümə dedim ki, şükür, heç olmasa bu mərhələni rahat keçdim. Amma sonradan məlum oldu ki, bu operativliyin də öz “qiyməti” var imiş – problem isə açıq idi: “Hörmət elə!”.

Sənədi təqdim edən şəxs məni kənara çəkərək “hörmətini et get” dedi. Mən də tez yola salındığımı nəzərə alıb 5 manat vermək istədim. Lakin o, açıq şəkildə 10 manat tələb etdi. Nə edim, əlacsız qalıb məcburən 10 manatı verməli oldum. Daha sonra isə məni 114-cü otağa yönləndirdilər.

Sən demə bununla da “konsert” hələ bitməyibmiş. 114-cü otağın qarşısında isə növbədənkənar keçid üçün pul yığan başqa bir “mexanizm” işləyirdi. Qapıda dayanan şəxs növbəsiz keçidlər üçün (orda səslənən fikirlərdən sözlərdən sonra bildim) pul alır, 3-5 manat müqabilində insanları növbədənkənar içəri buraxırdı. Bir sözlə, rəsmi növbə anlayışı isə sadəcə sistemli xarakter daşıyırdı. Beləliklə, ikinci mərhələdə də əlavə 2 saat yarım gözləməli oldum.

Bəli bax belə. Bir gün ərzində yaşanan bu hadisə sadəcə şəxsi narahatlıq deyil, ümumi idarəçilik sistemində olan problemin açıq göstəricisi idi. Saatlarla gözləmə, işləməyən sistem, cavabsız telefon zəngləri, açıq rüşvət halları və vətəndaşa hörmətsiz münasibət, bütün bunlar bir gündə gördüklərim və yaşadıqlarım idi. Səhiyyə Nazirliyinin (TƏBİB faktiki artıq yoxdur) nəzarəti isə yox kimidir.

Bəs bu özbaşınalığın məsuliyyəti kimin çiyninə düşür? Niyə vətəndaşın vaxtı, sağlamlığı və əsəbləri bu qədər ucuz sayılır? Tez-tez Avropa standartlarından danışılır, qiymətlər müqayisə edilir. Amma xidmət keyfiyyətinə gələndə ortaya çıxan mənzərə tam fərqlidir. Əgər həqiqətən inkişafdan danışırıqsa, bu inkişaf ilk növbədə vətəndaşın gündəlik həyatında hiss olunmalıdır. Əks halda “inkişaf” sadəcə kağız üzərində qalır. Nəticə etibarilə, bir gün ərzində yaşanan bu “macəra” tək bir xəstəxananın problemi deyil – bu, nazirlik səviyyəsində sistemli yanaşmanın, nəzarət və məsuliyyət çatışmazlığının göstəricisidir.

Ən acı tərəfi isə budur ki, insanlar artıq buna təəccüblənmir. Sadəcə, dözür və ümid edir ki, nə vaxtsa düzələcək… Düzələcəkmi? Bu suala, həmçinin mövcud korrupsiya hallarına, inanıram ki, Səhiyyə Nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəsmiləri cavab verəcəklər… Yoxsa, insanlarda belə təəssürat yaranacaq ki, əşi, balıq elə başdan iylənər… Yəni, günahı Səhiyyə Nazirliyində axtarın…

TƏZADLAR QƏZETİ 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vasif Talıbov təkcə vəzifəsini itirib... - FAKT BUDUR!
Bu gün, 07:26
Rusiyanın Azərbaycandakı “görən gözü”: 10 ildən çoxdur işləmir – Gizli məkanın aqibəti…
Bu gün, 07:08
"Hizbullah" İsrailin hücumlarına qarşılıq verib
Bu gün, 07:05
Biləcəridən o yana keçə bilməyən təhsilimiz... - MALƏSƏF...
Bu gün, 06:56
Günün fotosu: - BU NƏDİ BELƏ?
Bu gün, 06:43
İşçinin maaşı yerində sayır, amma rəhbərlər... - AXI NİYƏ?..
Bu gün, 06:40
Rutte NATO ölkələrinin ABŞ tərəfindən qoyulan sınaqdan keçmədiyini etiraf edib
Bu gün, 06:23
Bir azdan Hörmüz kiminsə yadına da düşməyəcək... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:22
Tramp nə etməlidir ki... - REPLİKA
Bu gün, 06:17
“Onlar bizim qardaşlarımıza da hücum edirlər” − İran uğrunda döyüşməkdən imtina etdi
Bu gün, 06:03
SEPAH mina təhlükəsinə görə Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib - DETALLAR
Bu gün, 05:56
Xəstə çağırışçını orduya CƏLB EDİRLƏR... - MÜRACİƏT
Bu gün, 05:45
Hicran Əyyubovaya qarşı MƏHKƏMƏ İDDİASI - Tovuzda etdikləri...
Bu gün, 05:39
106 saylı məktəbdə NƏLƏR BAŞ VERİR? - TƏFƏRRÜAT
Bu gün, 05:35
Burda özbaşınalıq və pulyığma ADİ HALDIR - İTTİHAM VAR...
Bu gün, 05:31
MİDA binalarında kanalizasiya problemi - Mənzillər üfunət içində
Bu gün, 05:21
Zakir Qaralovun DÖVRANI BİTMƏYİB Kİ? - Qaralova kimə güvənir?
Bu gün, 05:18
ABŞ–İran arasında atəşkəs Azərbaycana bu cür TƏSİR EDƏCƏK - AKTUAL
Bu gün, 05:14
İranın səlahiyyətsiz danışan başı – Bəqaini Azərbaycanla bağlı kim təlimatlandırıb?
Bu gün, 05:12
"ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…" - Etibar Məmmədov
Bu gün, 05:10
Naxçıvan Şəhər İcra Hakimiyyətinin tenderi ləğv edilib - BUNA GÖRƏ...
Bu gün, 05:08
"Bu, uşaqların istismarı sayılır və cinayət məsuliyyəti yaradır" - ÇAĞIRIŞ
Bu gün, 05:06
Mingəçevirin icra başçısı Prezidentdən və xalqdan üzr istəməlidir... - "O, "Zəfər seyrəngahı"nı yox, Yusuf zibilgahını dəstəkləyir"
Bu gün, 05:03
Efirdən gedən Tolikdən şok ultimatum - “Pulumu verməsəniz, hamınızı ifşa edəcəyəm!”
Bu gün, 04:51
ABŞ NATO müttəfiqlərini "cəzalandıra" bilər - "The Wall Street Journal"
Bu gün, 04:47
İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını və qazini ziyarət edib - FOTO
Dünən, 22:27
“Qarabağdakı dağıntılara göz yumanlar....” - Dini hesabata SƏRT ETİRAZLAR
Dünən, 17:48
Bakıda vətəndaş məhkəmədən özünü həbs olunmasını istədi: Hakim qərar verdi - TƏFƏRRÜAT
Dünən, 17:39
Türkiyə kəşfiyyatı ABŞ və İran arasında atəşkəsdə mühüm rol oynayıb - KİV
Dünən, 17:37
Hər yerdə olsa da, heç yerdə görünməyən deputatımız - Orxan Saffari yazır...
Dünən, 17:29
İsrailli məmur paylaşımında Trampı TƏHQİR ETDİ, sonra isə… - FOTO
Dünən, 17:16
“Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı“ - “Mediline” Tədris Mərkəzindən şikayət
Dünən, 17:14
"Putin Afrikada yeni dayaq nöqtəsi tapır - Trampın diqqəti İrana yönəlib"
Dünən, 17:10
Vüsal Qasımlıdan yeni təyinat - FOTO
Dünən, 17:00
Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı - ARAŞDIRMA APARILDI VƏ...
Dünən, 16:58
Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu həbsdə qaldı
Dünən, 16:56
Lənkəran sakininə qarşı şok dələduzluq – 47 MİN MANATLIQ EVİ ALDADILARAQ ƏLƏ KEÇİRİLDİ...
Dünən, 16:51
Əli Əkbər Vilayətidən atəşkəsə reaksiya: - ABŞ-ı məcbur etdik...
Dünən, 16:46
"Kollektorun üstündəki evlər SÖKÜLƏCƏK" — Kompensasiya necə ödəniləcək?
Dünən, 16:39
Keçmiş deputatımız Azərbaycandan OĞURLADIQLARINI Rusiyaya yatırır... - FOTO
Dünən, 16:36
Hörmüzdən icazəsiz keçən gəmilər məhv ediləcək - SEPAH
Dünən, 16:33
İranla müharibədə həm qazanan, həm də narazı qalan tərəf İsraildir - Hərbi ekspert
Dünən, 16:31
Rauf Xəlilov bu federasiyanın prezidenti seçildi
Dünən, 16:30
Atəşkəsdən sonra İsrail QARIŞDI
Dünən, 16:28
ABŞ-ın müharibə naziri: - Müctəba Xamenei əlil qalıb
Dünən, 16:25
“Ukrayna taktiki pauza ilə həm hərbi, həm diplomatik mövqeyini qoruyur” - Politoloq
Dünən, 16:23
Gəncə Beynəlxalq Xəstəxanasının sahibi 3 milyon manat borca düşüb
Dünən, 16:22
İran ordusunu məhv etdik, atəşkəs üçün yalvarırdılar - ABŞ-ın müharibə naziri
Dünən, 16:18
“Nar” Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub - FOTO
Dünən, 16:16
ABŞ-İran razılaşması: 14 gün sonra nə olacaq? - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru