Erməni əsilli media maqnatı, hazırdda Rusiyada yaşayan Aram Qabrelyanov Kremlin İrəvanla bağlı planlarından yazıb.
Tribuna.az xəbər verir ki, o, Ermənistanda Nikol Paşinyanın yenidən baş nazir olmasından sonra Rusiya tərəfindən bir sıra məhdudiyyətlərlə üzləşəcəyini iddia edib.
Qabrelyanov deyib ki, bununla bağlı Kreml mənbələrindən eksklüziv məlumat alıb. “Əgər Paşinyan qalib gələrsə, Rusiya Ermənistan qazı bazar qiymətinə alacaq. “Ermənistanla viza rejimi tətbiq olunacaq, uçuşlar dayandırılacaq, Ermənistanla əlaqəli bütün iş adamları Rusiyadakı bizneslərini dayandıracaqlar. Mövsümi işçilərin Rusiyada işləməsi qadağan olunacaq və Ermənistana valyuta köçürmələri qadağan olunacaq”.










