
Füzuli rayon sakini Cəfərova Gözəl Sərdar qızı (şəxsiyyət vəsiqəsi: AA-6636375) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimova müraciət edib.
Faktinfo.az Gözəl Cəfərovanın sayta göndərdiyi müraciəti təqdim edir.
Hörmətli cənab general-mayor!
Oğlum Əliyev Tahir Malik oğlu aldığı mesaja görə, 2026-cı il aprel ayında Füzuli rayon çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış tibbi müayinənin nəticəsi əsas götürülüb.
Hörmətli Mürsəl müəllim!
Hesab edirəm oğlum Əliyev Tahir Malik oğlu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində düzgün tibbi müayinə edilməyib. Sizə də bu səbəbdən müracət edir və xahiş edirəm ki, həqiqəti biləsiniz, nəzarətdə saxlayıb, səlahiyyətiniz daxilində məsələyə müdaxilə edəsiniz. Belə ki, oğlum Əliyev Tahir Malik oğlu 1-ci dərəcəli yox, 2-ci dərəcəli skolioz xəstəsidir. Əgər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yekun tibbi müayinənin nəticəsinə görə, oğlum Əliyev Tahir Malik oğlunu 1-ci dərəcəli skolioz xəstəsi kimi qeydə alıbsa, onda buna dair rentgen müayinəsinin cavabını da bizə təqdim etməli idi. Hazırda biz rentgen müayinəsinin cavabını ala bilməmişik. Digər tərəfdən bizə izah edilməli idi ki, nəyə əsasən, hansı parametrlərə görə 2-ci dərəcəli skolioz xəstəsini, 1-ci dərəcəli yazırlar. Burada oğlumun skolioz xəstəsi kimi onurğasında əyilmə bucağının neçə faiz olduğu da müəyyənləşdirilməli idi. Bunların heç birinə dair bizə yazılı sənəd təqdim edilməyib.
Hazırda mən də qeyd edirəm ki, oğlum müddətli həqiqi hərbi xidmətə çağrışçı Əliyev Tahir Malik oğlu 2-ci dərəcəli skolioz xəstəsidir,onun onurğasında yana əyilmə bucağı 20 dərəcədən çoxdur və o, ayaq üstə çox dayana bilmir,yorulur,tənginəfəsliyi var.Həmçinin (sizdən üzür istəyirəm -red Gözəl Cəfərova) oğlumun xayalarında norma daxilində olmayan çiddi kiçilmə var.
Hörmətli Mürsəl müəllim!
Mən demirəm oğlum Əliyev Tahir Malik oğlu müddətli həqiqi hərbi xidmətə aparılmasın, bir daha ciddi müayinə edilsin, sağlamdırsa aparılsın. O cümlədən əlavə müalicədən sonra tibbi göstəricilər uyğunluq təşkil edərsə,oğlum hərbi xidmətə çağrılsın. Yox, Əliyev Tahir hazırkı şəraitdə müddətli həqiqi hərbi xidmətə aparılacaqsa heç olmasa, o da bilinsin ki,Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəyi əsas götürülərək hərbi xidmətə aparılan kimdir.
Diqqətinizə görə,sizə təşəkkür edirəm.
Cəfərova Gözəl Sərdar qızı
Əlaqə nömrəsi:(099)216 21 16
Faktinfo.az









