Biləcəridən o yana keçə bilməyən təhsilimiz... .....                     Günün fotosu: .....                     İşçinin maaşı yerində sayır, amma rəhbərlər... .....                     Rutte NATO ölkələrinin ABŞ tərəfindən qoyulan sınaqdan keçmədiyini etiraf edib .....                     Bir azdan Hörmüz kiminsə yadına da düşməyəcək... .....                     Tramp nə etməlidir ki... .....                     “Onlar bizim qardaşlarımıza da hücum edirlər” .....                     SEPAH mina təhlükəsinə görə Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib .....                     Xəstə çağırışçını orduya CƏLB EDİRLƏR... .....                     Hicran Əyyubovaya qarşı MƏHKƏMƏ İDDİASI .....                     106 saylı məktəbdə NƏLƏR BAŞ VERİR? .....                     Burda özbaşınalıq və pulyığma ADİ HALDIR .....                     MİDA binalarında kanalizasiya problemi .....                     Zakir Qaralovun DÖVRANI BİTMƏYİB Kİ? .....                     ABŞ–İran arasında atəşkəs Azərbaycana bu cür TƏSİR EDƏCƏK .....                     İranın səlahiyyətsiz danışan başı .....                     "ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…" .....                     Naxçıvan Şəhər İcra Hakimiyyətinin tenderi ləğv edilib .....                     "Bu, uşaqların istismarı sayılır və cinayət məsuliyyəti yaradır" .....                     Mingəçevirin icra başçısı Prezidentdən və xalqdan üzr istəməlidir... .....                     Efirdən gedən Tolikdən şok ultimatum .....                     ABŞ NATO müttəfiqlərini "cəzalandıra" bilər .....                     İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını və qazini ziyarət edib .....                     “Qarabağdakı dağıntılara göz yumanlar....” .....                     Bakıda vətəndaş məhkəmədən özünü həbs olunmasını istədi: Hakim qərar verdi .....                     Türkiyə kəşfiyyatı ABŞ və İran arasında atəşkəsdə mühüm rol oynayıb .....                     Hər yerdə olsa da, heç yerdə görünməyən deputatımız .....                     İsrailli məmur paylaşımında Trampı TƏHQİR ETDİ, sonra isə… .....                     “Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı“ .....                     "Putin Afrikada yeni dayaq nöqtəsi tapır .....                     Vüsal Qasımlıdan yeni təyinat .....                     Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı .....                     Bakıda 6 yaşlı uşağa işgəncə verən .....                     Lənkəran sakininə qarşı şok dələduzluq .....                     Əli Əkbər Vilayətidən atəşkəsə reaksiya: .....                     "Kollektorun üstündəki evlər SÖKÜLƏCƏK" .....                     Keçmiş deputatımız Azərbaycandan OĞURLADIQLARINI Rusiyaya yatırır... .....                     Hörmüzdən icazəsiz keçən gəmilər məhv ediləcək .....                     İranla müharibədə həm qazanan, həm də narazı qalan tərəf İsraildir .....                     Rauf Xəlilov bu federasiyanın prezidenti seçildi .....                 

Hər yerdə olsa da, heç yerdə görünməyən deputatımız - Orxan Saffari yazır...
Tarix: Dünən, 17:29 | Çap et

Milli Məclisdə elə deputatlar var ki, məsələn, onlar xalq tərəfindən sevilmir, ancaq yenə də müəyyən funksiyaları var. Üstəlik, bu funksiyalara elə həm də xalqın nifrətini özündə cəmləşdirmək funksiyası aiddir.

Yaxşı xatirimdədir, bir müddət əvvəl Hikmət Babaoğlu efirdə müsahibə verən zaman səhhəti pisləşmişdi. Həmin görüntülər sosial şəbəkədə yayılanda insanlar kədərlə yox, az qala sevinclə qarşılamışdı, hətta “betər olsun” yazanlar var idi.

Sözsüz, bu cür sözlər istənilən halda doğru deyil. Ancaq bu barədə Hikmət Babaoğlu özü də düşünməlidir ki, insanlar hətta onlara bir pislik etmədiyim halda mənə niyə bu cür münasibət göstərirlər?

Qəribədir ki, Hikmət Babaoğlu mediaya açıq deputat olsa da, bu günə qədər danışaraq bir qram da nüfuz qazana bilməyib. Yəni heç kim demir ki, ay deputat müəllim, yaxşı işlər gör. Ancaq adama deyərlər, heç olmasa, yalandan da olsa, yaxşı danışmağı bacar. Bacarmadığı üçün də hazırda Hikmət Babaoğlunu uzağı mediaya təzə gələn müxbirlər açıqlama almaq üçün çox istəyir.

O da xatirimdədir, onunla Milli Məclisdə görüşüb fəaliyyətimin ən uğursuz müsahibəsini etmişdim. Yəni mən yaxşı suallar versəm də, Hikmət Babaoğlunun rabitəsiz cavabları məni birtəhər etmişdi.

Həmin müsahibədə soruşmuşdum:

-Hikmət bəy, siz “Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili” mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi almısınız. Yəni ki, bu baxımdan da birbaşa olaraq Azərbaycandakı siyasi məsələlər əsasən mövzunuzdur, doğrudurmu?

-Bəli, düz bilirsiniz, elədir.

-Bu gün ABŞ və Avropa təşkilatları Azərbaycana siyasi məhbuslarla bağlı təzyiqlər edir. Nə düşünürsünüz bu barədə, Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları barəsində müdafiə edən, kitab yazan Hikmət Babaoğlu Azərbaycanda siyasi məhbusların olduğunu qəbul edir?

Hikmət Babaoğlunun mənə cavabı belə olmuşdu:

-Əvvəla, gəlin ona baxaq ki, siyasi məhbus termini nə deməkdir? Bu gün bizə qarşı deyilən sanksiyaların siyahısında bilirsinizmi kimlər var, kimlər Azərbaycanda siyasi məhbus hesab edilir?

Dişimi dişimə sıxıb yenidən soruşmuşdum:

-Hikmət bəy, əvvəlki illərdə olduğu kimi, bu seçkilərdə də bir çox dairələrdə “Karusel əməliyyatı” olduğunu yayılan videolarda şahidi olduq. Seçkilər sizin dairədə necə keçdi, saxtakarlıq olmuşdumu?

-Əvvəla, mən sizin “Karusel əməliyyatı” sözünüz ilə də razılaşmıram. Bunun özü də şablon epitetdir. Mən artıq üçüncü dəfədir ki, deputat seçilirəm və şəxsən saxtakarlığa rast gəlməmişəm. Deputat olduğum ana qədər fəal vətəndaş kimi məntəqə sədri də olmuşam və bilirəm ki, bu, nə qədər çətin bir prosesdir. Elə bilirsiniz, seçki saxtalaşdırmaq asandır? Bunun mən haradasa qeyri-mümkün olduğunu da bilirəm. Bir dəfə məntəqə sədri olanda ABŞ-dən gələn bir müşahidəçiyə dedim ki, axıra qədər burada olacaqsınız, sonda da səsləri sayacayıq, protokola qol çəkib gedəcəksiniz. Belə də oldu. İzlədi, heç bir saxtakarlıq görmədi, amma o, sonda qol çəkməkdən də imtina etdi.

Niyə, əgər saxtakarlıq yox idisə, səbəb nə idi ki?

-Səbəb o idi ki, ona təlimat o cür verilmişdi. O, bura gəlmişdi ki, gedəndə desin, seçki saxtalaşdırıldı. Mən də bunu təxmin edirdim. Sonra öyrəndim ki, o adam qeyri-ciddi adam idi, intellektual baqajı da yox idi. Adicə demişdim ki, Cek London oxumusanmı? Vallah, heç onu tanımadı da.

Bəli, göründüyü kimi, əslində, Hikmət Babaoğlu olduqca maraqlı adamdır. O, hətta ABŞ-dən gələn müşahidəçi ilə bu cür məzələnə bilir. Onun intellektual baqajı yox imiş, amma Hikmət müəlllimin var imiş. Bəli, Hikmət müəllim adamın üzünə, gözünə baxar və belə sözləri uf demədən deyər. Allah da gəlsə, dana bilmədiyi faktları, məsələləri o çox asanlıqla, heç bir ürək ağrısı olmadan inkar edə bilər.

Əlbəttə, belə olduğu halda, onun nüfuz qazanması, sevilməsi nəinki şübhə doğurur, heç müzakirə mövzusu da deyil.

Digər tərəfdən, şəxsən mən Hikmət Babaoğlunu hakim dairənin siması kimi qəbul edə bilmirəm. Belə olmağı üçün, onun heç olmasa, tanınmış olmağı lazımdır. Ancaq təəssüf ki, Hikmət Babaoğlu heç cəmiyyətdə çox da pis tanınmır, müzakirə mövzusu deyil, siyasi çəkisi yox səviyyəsindədir. Yəni onun dövlət əhəmiyyətli məsələlərdə verdiyi açıqlamalar, yazdığı yazılar heç bir formada heç nəyə təsir etmir, fikir formalaşdırmır.

Məsələn, indiyə qədər kim, hansı vətəndaş açıb Hikmət Babaoğlunun hansısa analizini oxuyub?

Hikmət Babaoğlunun həyat yolu, vikipediyası adama olduqca ciddi təsir bağışlayır. Belə baxanda, müəllimin boşa ömür keçirməyib, müxtəlif ictimai vəzifələrdə fəaliyyət göstərib. Hətta deyilənə görə, Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır. Ancaq şəxsən buna qətiyyən ehtiyac yox idi. Öyrəndi, tədqiqat etdi də nə oldu? Hansı xeyri var?

Hikmət Babaoğlu hələ İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçı olub bu cür danışır, olmasa nələr deyərdi?

Bu gün bir neçə söz var ki, həmin sözləri Hikmət Babaoğlu və onun kimi bir neçəsinə qadağan etsən, hər şey dağılacaq.

Məsələn, “geosiyasi aspekt”, “politoloji baxış”, “Enerji resursları”, “BMT-nin missiyası”, “anti-milli ünsür” və s.

Buraya Qərbi Azərbaycan ilə bağlı məsələlər, terminlər də əlavə etmək olar, ancaq təəssüf ki, artıq o məsələ bir qədər aktuallığını itirib.

Onu da soruşmaq olar ki, Hikmət Babaoğlu hər yerdədir, yazılı mətbuatda yazır, efirlərdə görsənir. Bəs siması niyə tanınmır? Niyə bu ad insana heç nə ifadə etmir?

Cavab, əslində, çox sadədir. Çünki Hikmət Babaoğlunu axtarmırlar, Hikmət Babaoğlu adamın qabağına özü çıxır. Lakin üzün və adın axtarılmırsa, heç nəyin xeyri yoxdur.

Orxan Saffari

Gununsesi.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biləcəridən o yana keçə bilməyən təhsilimiz... - MALƏSƏF...
Bu gün, 06:56
Günün fotosu: - BU NƏDİ BELƏ?
Bu gün, 06:43
İşçinin maaşı yerində sayır, amma rəhbərlər... - AXI NİYƏ?..
Bu gün, 06:40
Rutte NATO ölkələrinin ABŞ tərəfindən qoyulan sınaqdan keçmədiyini etiraf edib
Bu gün, 06:23
Bir azdan Hörmüz kiminsə yadına da düşməyəcək... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:22
Tramp nə etməlidir ki... - REPLİKA
Bu gün, 06:17
“Onlar bizim qardaşlarımıza da hücum edirlər” − İran uğrunda döyüşməkdən imtina etdi
Bu gün, 06:03
SEPAH mina təhlükəsinə görə Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib - DETALLAR
Bu gün, 05:56
Xəstə çağırışçını orduya CƏLB EDİRLƏR... - MÜRACİƏT
Bu gün, 05:45
Hicran Əyyubovaya qarşı MƏHKƏMƏ İDDİASI - Tovuzda etdikləri...
Bu gün, 05:39
106 saylı məktəbdə NƏLƏR BAŞ VERİR? - TƏFƏRRÜAT
Bu gün, 05:35
Burda özbaşınalıq və pulyığma ADİ HALDIR - İTTİHAM VAR...
Bu gün, 05:31
MİDA binalarında kanalizasiya problemi - Mənzillər üfunət içində
Bu gün, 05:21
Zakir Qaralovun DÖVRANI BİTMƏYİB Kİ? - Qaralova kimə güvənir?
Bu gün, 05:18
ABŞ–İran arasında atəşkəs Azərbaycana bu cür TƏSİR EDƏCƏK - AKTUAL
Bu gün, 05:14
İranın səlahiyyətsiz danışan başı – Bəqaini Azərbaycanla bağlı kim təlimatlandırıb?
Bu gün, 05:12
"ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…" - Etibar Məmmədov
Bu gün, 05:10
Naxçıvan Şəhər İcra Hakimiyyətinin tenderi ləğv edilib - BUNA GÖRƏ...
Bu gün, 05:08
"Bu, uşaqların istismarı sayılır və cinayət məsuliyyəti yaradır" - ÇAĞIRIŞ
Bu gün, 05:06
Mingəçevirin icra başçısı Prezidentdən və xalqdan üzr istəməlidir... - "O, "Zəfər seyrəngahı"nı yox, Yusuf zibilgahını dəstəkləyir"
Bu gün, 05:03
Efirdən gedən Tolikdən şok ultimatum - “Pulumu verməsəniz, hamınızı ifşa edəcəyəm!”
Bu gün, 04:51
ABŞ NATO müttəfiqlərini "cəzalandıra" bilər - "The Wall Street Journal"
Bu gün, 04:47
İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını və qazini ziyarət edib - FOTO
Dünən, 22:27
“Qarabağdakı dağıntılara göz yumanlar....” - Dini hesabata SƏRT ETİRAZLAR
Dünən, 17:48
Bakıda vətəndaş məhkəmədən özünü həbs olunmasını istədi: Hakim qərar verdi - TƏFƏRRÜAT
Dünən, 17:39
Türkiyə kəşfiyyatı ABŞ və İran arasında atəşkəsdə mühüm rol oynayıb - KİV
Dünən, 17:37
Hər yerdə olsa da, heç yerdə görünməyən deputatımız - Orxan Saffari yazır...
Dünən, 17:29
İsrailli məmur paylaşımında Trampı TƏHQİR ETDİ, sonra isə… - FOTO
Dünən, 17:16
“Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı“ - “Mediline” Tədris Mərkəzindən şikayət
Dünən, 17:14
"Putin Afrikada yeni dayaq nöqtəsi tapır - Trampın diqqəti İrana yönəlib"
Dünən, 17:10
Vüsal Qasımlıdan yeni təyinat - FOTO
Dünən, 17:00
Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı - ARAŞDIRMA APARILDI VƏ...
Dünən, 16:58
Bakıda 6 yaşlı uşağa işgəncə verən dələduz "general"ın oğlu həbsdə qaldı
Dünən, 16:56
Lənkəran sakininə qarşı şok dələduzluq – 47 MİN MANATLIQ EVİ ALDADILARAQ ƏLƏ KEÇİRİLDİ...
Dünən, 16:51
Əli Əkbər Vilayətidən atəşkəsə reaksiya: - ABŞ-ı məcbur etdik...
Dünən, 16:46
"Kollektorun üstündəki evlər SÖKÜLƏCƏK" — Kompensasiya necə ödəniləcək?
Dünən, 16:39
Keçmiş deputatımız Azərbaycandan OĞURLADIQLARINI Rusiyaya yatırır... - FOTO
Dünən, 16:36
Hörmüzdən icazəsiz keçən gəmilər məhv ediləcək - SEPAH
Dünən, 16:33
İranla müharibədə həm qazanan, həm də narazı qalan tərəf İsraildir - Hərbi ekspert
Dünən, 16:31
Rauf Xəlilov bu federasiyanın prezidenti seçildi
Dünən, 16:30
Atəşkəsdən sonra İsrail QARIŞDI
Dünən, 16:28
ABŞ-ın müharibə naziri: - Müctəba Xamenei əlil qalıb
Dünən, 16:25
“Ukrayna taktiki pauza ilə həm hərbi, həm diplomatik mövqeyini qoruyur” - Politoloq
Dünən, 16:23
Gəncə Beynəlxalq Xəstəxanasının sahibi 3 milyon manat borca düşüb
Dünən, 16:22
İran ordusunu məhv etdik, atəşkəs üçün yalvarırdılar - ABŞ-ın müharibə naziri
Dünən, 16:18
“Nar” Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub - FOTO
Dünən, 16:16
ABŞ-İran razılaşması: 14 gün sonra nə olacaq? - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Dünən, 16:12
İşdən çıxarılan müavin nazirlikdə müşavir oldu - ƏMR
Dünən, 16:08
Vəzifəli şəxsin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub - TƏFƏRRÜAT
Dünən, 16:07
"Əsəbiləşib dedim ki, uşağımı pay vermişəm" - Övladının dəfnində canlı yayım açan ata
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru