"Mən Nəbiyev Eşqin hazırda SOCAR “Azəriqaz” İstehsalat Birliyində çalışıram və əlilliyi olan şəxsəm..." "DİA-AZ" xəbər verir ki, bu müraciət Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında yer alıb və "AzəriQaz"da müşahidə olunan qanunsuzluqların növbəti ifşasıdır.
Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Azərbaycan Respublikasının Prezidenti tərəfindən əlilliyi olan şəxslərə göstərilən xüsusi diqqət və qayğını nəzərə alaraq, onların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin olunması və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm addımlar atıldığı məlumdur.
Bildirirəm ki, ali təhsilim olmasına və hazırda ikinci ali təhsil almağıma baxmayaraq, daha yüksək dərəcələrə keçmək və eləcə də vəzifə üzrə daha yüksək dərəcə almaq məqsədilə dəfələrlə müraciətlər etmişəm. Lakin etdiyim müraciətlərə baxmayaraq, mənə nə vəzifə dəyişikliyi, nə də daha yüksək dərəcə verilməmişdir.
Hər dəfə mənə şablon cavabları verilmişdir İnsan Resursları Departmenti tərəfindən xahiş edirəm mənə qanuni müraciətimı rəsmi cavabları təqdim olunsun.
Eyni zamanda, daxili vakansiyalar üzrə müraciətlərim müxtəlif əsaslarla (təcrübə və ya uyğunluq göstərilərək) təmin olunmamış, mənə yalnız vakansiya əsasında müraciət etməyim bildirilsə də, faktiki olaraq müraciətlərim davamlı şəkildə imtina olunur. Halbuki təhsil daha aşağı səviyyədə olan və təcrübəsi həmən sahə ilə əlaqədar olmayan şəxslər işə qəbul olunur. Bu hal mənim karyera inkişafım üçün real imkanların yaradılmadığını göstərir.
Xüsusilə qeyd etmək istəyirəm ki, İnsan Resursları Departmentinin əvvəlki müvavini indiki rəhbəri Murad Kərimov Gömrük ixtisasını bitirərək Necə İnsan Resursları Departmentində rəhbər kategoriyada işləyə bilər niyə onlarda ixtisas müvafiq sahə üzrə olmadıqı Təqdirdə vəzifə dəyişiklikləri edə bilirlər ama bizə gələndə ixtisas ortaya atırlar!
Qeyd etmək istəyirəm ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Əlillər haqqında Qanununun 21-ci maddəsinə əsasən:
əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi və əmək hüquqlarının məhdudlaşdırılması qadağandır;
əlilliyi olan şəxsin səhhəti vəzifə öhdəliklərini yerinə yetirməyə mane olmadığı halda, onun işdə irəli çəkilməsindən imtina edilməsinə yol verilmir (21.3-cü maddə);
əlilliyi olan şəxslərin əmək hüquqları digər işçilərlə bərabər şəkildə təmin olunmalıdır.
Mənim vəziyyətimdə isə qeyd olunan hüquqlar formal olaraq tanınsa da, faktiki olaraq təmin edilmir və dəfələrlə etdiyim müraciətlərə baxmayaraq, vəzifədə irəliləməyimə və daha yüksək dərəcə almama şərait yaradılmır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm:
Mənim daxili müraciətlərimə verilmiş imtinaların əsaslılığının araşdırılmasını;
Əlilliyi olan şəxs kimi vəzifədə irəliləməyim və daha yüksək dərəcə almam üçün bərabər imkanların təmin olunmasını;
Qanunun 21-ci maddəsinin tələblərinə müəssisə daxilində riayət olunub-olunmamasının yoxlanılmasını;
Mənə daha yüksək dərəcə və ya yüksək dərəcəli başqa iş verilməsi üçün real şərait yaradılmasını.
Hörmətlə bildirirəm ki, müraciətimə formal deyil, mahiyyəti üzrə baxılmasını xahiş edirəm.
Əks halda, hüquqlarımın müdafiəsi məqsədilə aidiyyəti dövlət qurumlarına fəaliyyətləri ilə bağlı struktur dəyişiklikləri adıyla kimləri necə yerləşmə etdiklərini qeyd edərək müraciət edəcəm!
Əvvəlcədən təşəkkür edirəm..."










