Yerli sakinlərdən aldığımız məlumata görə Şirvan şəhərində yerləşən "Təbəssüm" Otelində əcnəbi ovçuların bir qismi hələ də qalır və maşınlarla hər gün əraziyə (Mil düzü - Biləsuvar/Sabirabad) çıxırlar. "DİA-AZ" xəbər verir ki, bu barədə narahatçılıq dolu sosial şəbəkə paylaşımında qeyd olunur.
Bildirək ki, hoteldə onların işlərini görən "Səyid" adlı Suriya vətəndaşıdır, bəzgəkləri tutub şeyxə satan da odur. O da qeyd olunub ki, soruşanda nə edirlər burda "Pulumuz var edirik, şeyx xüsusi qonaqdır" cavabı verilib.
Ya da ki, yuxarı şəxslərin adından istifadə edərək özlərini müdafiə edən bu xarici ovçulara niyə imtiyaz verildiyi açıqlansın.
"DİA-AZ" olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə tövsiyəmiz odur ki, yola verdi açıqlama verməsinlər. Məsələni araşdırsınlar.
"DİA-AZ" xatırladır ki, Mil düzündə ovda olan BƏƏ vətəndaşlarından biri Şeyx Zayeddir. O, BƏƏ-nin hakim sülaləsinin başçısı sayılan Şeyx Muhəmmədin oğludur. Qardaşı Abdulla BƏƏ-də Media Nazirdir. Digər qardaşı Şeyx Saif ilə birgə Şeyx Zayed ən azı 5 ildir ölkəmizə bəzgək ovuna gəlir və bunu gizlətməyərək sosial mediada bölüşürlər!








