"Şəmkir Un-Yem" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə milyonlarla vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 2.708.125,23 manat vergi borcu var.
Qeyd edək ki, ötən ilin may ayında "Şəmkir Un-Yem" MMC-nin direktoru Aslan Əliyev həbs edilib. O, xüsusilə külli miqdar təşkil edən 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında ittiham olunur.
Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Aslan Əliyev Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. "Şəmkir Un-Yem" MMC 2018-ci ildə fəaliyyətə başlayıb.








