""Qarabağ" Addaini satışa çıxarıb, kim alsa, üstündə pul da verəcək..." .....                     İrana zərbə endirilərsə, Azərbaycan nə edəcək? .....                     Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar .....                     Vəziyyəti gərgindir .....                     Ukraynanın bərpası 10 il ərzində 588 milyard dollara başa gələ bilər .....                     YAP qurultaya gedir? .....                     “Pilot Residence” ilə sakinlər arasındakı çəkişmə .....                     Bakının məşhur qızıl mağazasının özbək işçisindən şikayət .....                     Ermənilər İkinci Dünya Müharibəsi abidələrini məhv ediblər .....                     Həbs edilən Aslan Əliyevin dövlətə milyonlarla borcu var .....                     Nazir yeni şöbə müdiri təyin etdi .....                     245 min manat vergi borcu olan “Uniklinika”... .....                     YAP 2 min üzvünü partiyadan xaric edib .....                     Sabunçuda qanlı gecə: "Heç kəs yox idi, əvvəl alışqan istədi, sonra hücum etdi" .....                     Tanınmış yazıçı-jurnalist DİN rəhbərinə müraciət edib .....                     İcra başçısı 43 nəfəri işsiz qoydu .....                     Partiya sədrlərindən sabiq nazirin israrına reaksiya .....                     Azərbaycanda KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılıb .....                     Görün, bizi hara endiriblər… .....                     Azərbaycan torpaqları hesabına: “Şərqi Kürdüstan”ı kim yaradır? .....                     Bayramlar niyə əvvəlki kimi hiss olunmur? .....                     “Sürmədiyim maşına üçün məndən 20 min tələb edirlər...” .....                     Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu .....                     Neftçala icra haklimiyyəti bu görüntüləri "görülmüş işlər" kimi təqdim edir .....                     AMEA-dan Ramiz Mehdiyevin kadrı olduğu deyilən şəxslə bağlı .....                     İranda etirazlar şiddətlənməyə başlayır .....                     Köçəryanın iqtidara gəlməsinə yol verilməməlidir! .....                     Ermənistan İranla ABŞ-yə qarşı hərbi təlimlərə hazırlaşır .....                     “Misir Mərdanov məndən 1,7 milyon alıb” .....                     Prezident Naxçıvanda 40 subartezian quyusunun qazılması üçün .....                     Söyüşlərin arxasında dayanan Kteml... .....                     İdxal olunan ərzağın gömrük dəyəri düşür, marketlərdə isə qiyməti artır .....                     BDU-nun xanım tələbələri şantaj olunur? .....                     Türkiyənin ən varlılarının siyahısı açıqlandı .....                     Hökümənin ailəsinin 80 minini ələ keçirənə bu cəza verildi .....                     2 telekanal QARA SİYAHIYA salındı .....                     Daha bir rayonda ehsan .....                     Sahib Məmmədov şöbə müdirini işdən çıxardı, yenisini təyin etdi .....                     MİDA daha bir tenderə yekun vurdu .....                     “Bolt”da rüşvətxorluq iddiaları .....                 

Sabunçuda qanlı gecə: "Heç kəs yox idi, əvvəl alışqan istədi, sonra hücum etdi" - TƏFƏRRÜAT
Tarix: Bu gün, 16:26 | Çap et

Bakının Sabunçu rayonunda 1997-ci il təvəllüdlü Şəmkir rayon sakini Elxan əvvəllər tanımadığı Fəridə (adlar şərtidir – red.) xəsarət yetirməkdə ittiham olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, ibtidai istintaq materiallarına görə, Elxan Böyük Şor qəsəbəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında əvvəllər tanımadığı Fəridə basqın edib.

Yumruq və təpiklə Fəridin başına, bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib. Yerə yıxdıqdan sonra 150 manat dəyərində “Samsung” markalı mobil telefonunu, içərisində 35 manat olan pul kisəsini, həmçinin 45 manat dəyərində əl çantasını götürüb.

Yenə də kəsici-deşici alətlə Elxanın baş və bədən nahiyələrinə bir neçə zərbə vurub.

İstintaq orqanı tərəfindən Elxanın barəsində Cinayət Məcəlləsinin 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddəsi ilə ittiham verilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə Elxan ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, qızı Bakı şəhərində yaşadığına görə arabir rayondan onu görməyə gəlib: “İyulun 13-də "Koroğlu" metrosu istiqamətindən körpüyə tərəf hərəkət edərkən yolun kənarında 4 nəfər şəxsin müxtəlif yerlərdə durduğunu gördüm. Yanlarından keçəndə Fəridin yaxınındakı şəxs məndən alışqan istədi. Mən siqareti yandıranda Fərid mənim intim yerlərimə əl ataraq əxlaqsız təklif etdi. Buna görə yumruqla vuraraq onu yerə yıxdım. Sonra isə qarın nahiyəsindən təpiklə vurdum, oradan uzaqlaşaraq getdim. Hadisə zamanı Fəridin hər hansı bir əşyasını götürməmişəm”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. Həmin ifadəsində o göstərib ki, Nərimanov rayonunda Montin qəsəbəsindəki nömrəsiz fərdi evdə tək yaşayıb:

“Şəmkir rayonundan Bakı şəhərinə işləmək məqsədilə gəlmişəm. Hadisə günü yaşadığım evdən gəzmək məqsədilə çıxdım. Böyük Şor qəsəbəsində olan zaman bir nəfər mənə yaxınlaşaraq alışqanım olub-olmadığını soruşdu. Onun əlində mobil telefon vardı. O, mobil telefonu sinəsi ilə paralel şəkildə arxası mənə tərəf tutdu. Alışqanı verdikdə, əlini mənim intim yerimə atdı, “nə gözəl bədənin var” dedi. Mobil telefonla məni qeydə ala biləcəyini ehtimal edərək əsəbləşdim və yumruqla onun üz nahiyəsinə vuraraq yerə yıxdım. Bundan sonra təpik və yumruqla onu döyməyə davam etdim. Əlimdə olan kiçik dırnaqtutan alətin uc hissəsi ilə onun başına vurdum”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra onun əlindəki mobil telefonu və çantanı əlindən dartaraq alıb: “Çantanın içərisinə baxdıqda çantanın içərisində şəxsiyyət vəsiqəsi və bank kartlarından başqa heç bir şey olmadığını gördüm. Həmin sənədlərə dəymədən çantanı içərisindəki sənəd və kartlarla birlikdə həmin ünvanda yol kənarına tullayaraq hadisə yerindən uzaqlaşdım. Çantadan götürdüyüm 32 manat pulu şəxsi ehtiyaclarıma xərclədim. Fəridin mobil telefonu tanışım İlkin adlı şəxsə əmanət olaraq saxlamaq üçün verdim. Ona həmin mobil telefonu cinayət yolu ilə əldə etdiyimi bildirməmişəm. Mobil telefonun üzərində olan mobil nömrəni çıxararaq özümdə saxlamışam. Sonradan həmin mobil nömrəni sındırmışam”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əmələ görə peşman olduğunu deyib.

O, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə özünü təqsirli bilməyib. İfadəsinin sonunda göstərib ki, Fəridə təpik və yumruqla vursa da, əlində deşici və ya kəsici alət olmayıb.

Zərərçəkmiş Fəridin sözlərinə görə, ailəlidir, bir qızı, bir oğlu var: “Özüm 1-ci Qarabağ müharibəsi veteranıyam, qardaşım isə şəhiddir. Mən hadisə günü axşam saat 20 radələrində “Olimpiya” stadionunun, eləcə də “Tosoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan zaman Elxan qarşımı kəsdi və “mənləsən sən” deyə səsləndi. Yanımda heç kim yox idi. Ona “sən kimsən, səni tanımıram” deyə bildirdim.

Elxan məni nalayiq ifadələrlə təhqir edərək üstümə hücum etdi. Zərbələrin təsirindən yerə yıxıldım. Çantamı çiynimdən dartaraq götürdü. Aldığım zərbələrin təsirindən huşumu itirdiyimə görə sonra nə baş verdiyini xatırlamıram”.

Zərərçəkmiş qeyd edib ki, həmin vaxtı onun 45 manat dəyərində olan əl çantasında 150 manat dəyərində “Samsung” markalı mobil telefonu, içərisində 15 manat dəyərində pul kisəsi, həmin kisənin içərisində 35 manat pul, bank və digər kartlar olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. O, 7 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiya həddində cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş edib.

Hökmdən təqsirləndirilən şəxs də apellyasiya şikayəti verib. O, məhkəmə kollegiyasından ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edib.

Hər iki şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimləri hər iki şikayəti araşdırıblar, sonda qərar qəbul ediblər.

Qərara görə, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib. Dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bu qərardan təqsirləndirilən şəxs kasasiya protesti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Yaxın günlərdə bu şikayətə baxılacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
""Qarabağ" Addaini satışa çıxarıb, kim alsa, üstündə pul da verəcək..." - deputat
Bu gün, 18:06
İrana zərbə endirilərsə, Azərbaycan nə edəcək? – Sabiq XİN rəhbərindən AÇIQLAMA
Bu gün, 18:00
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Bu gün, 17:54
Vəziyyəti gərgindir - Paşinyanın partiyasında narazılıq artır
Bu gün, 17:48
Ukraynanın bərpası 10 il ərzində 588 milyard dollara başa gələ bilər – DB
Bu gün, 17:39
YAP qurultaya gedir? - Partiya rəsmiləri danışdı
Bu gün, 17:37
“Pilot Residence” ilə sakinlər arasındakı çəkişmə – Məhkəmə yekun qərar verdi
Bu gün, 17:31
Bakının məşhur qızıl mağazasının özbək işçisindən şikayət - Minlərlə manat pulla bağlı məhkəmədə iddia qaldırıldı
Bu gün, 17:16
Ermənilər İkinci Dünya Müharibəsi abidələrini məhv ediblər - Görməzdən gəlinən vandalizm
Bu gün, 17:10
Həbs edilən Aslan Əliyevin dövlətə milyonlarla borcu var - FOTO
Bu gün, 17:01
Nazir yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 16:58
245 min manat vergi borcu olan “Uniklinika”... - işçilərinin maaşlarını gecikdirirmiş
Bu gün, 16:37
YAP 2 min üzvünü partiyadan xaric edib - HAKİM PARTİYANIN CİNAYƏT TÖRƏDƏN ÜZVLƏRİNİN SAYI
Bu gün, 16:34
Sabunçuda qanlı gecə: "Heç kəs yox idi, əvvəl alışqan istədi, sonra hücum etdi" - TƏFƏRRÜAT
Bu gün, 16:26
Tanınmış yazıçı-jurnalist DİN rəhbərinə müraciət edib - "İnanıram ki..."
Bu gün, 16:23
İcra başçısı 43 nəfəri işsiz qoydu - ƏMR
Bu gün, 16:10
Partiya sədrlərindən sabiq nazirin israrına reaksiya - Azərbaycandakı rus agentlərinin adı açıqlanacaq?
Bu gün, 16:05
Azərbaycanda KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradılıb - FƏRMAN
Bu gün, 16:02
Görün, bizi hara endiriblər… - ETİRAZ
Bu gün, 15:56
Azərbaycan torpaqları hesabına: “Şərqi Kürdüstan”ı kim yaradır? - ARAŞDIRMA
Bu gün, 15:51
Bayramlar niyə əvvəlki kimi hiss olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:44
“Sürmədiyim maşına üçün məndən 20 min tələb edirlər...” - GİLEY
Bu gün, 15:38
Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu - TƏFƏRRÜAT
Bu gün, 15:28
Neftçala icra haklimiyyəti bu görüntüləri "görülmüş işlər" kimi təqdim edir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:20
AMEA-dan Ramiz Mehdiyevin kadrı olduğu deyilən şəxslə bağlı AÇIQLAMA
Bu gün, 15:13
İranda etirazlar şiddətlənməyə başlayır - Universitetlər 3 gündür susmur
Bu gün, 15:10
Köçəryanın iqtidara gəlməsinə yol verilməməlidir! - Erməni vitse-spiker
Bu gün, 15:08
Ermənistan İranla ABŞ-yə qarşı hərbi təlimlərə hazırlaşır
Bu gün, 14:23
“Misir Mərdanov məndən 1,7 milyon alıb” - Elşad Abdullayev MÜDAFİƏ OLUNUR
Bu gün, 14:06
Prezident Naxçıvanda 40 subartezian quyusunun qazılması üçün SƏRƏNCAM imzalayıb
Bu gün, 14:03
Söyüşlərin arxasında dayanan Kteml... - RUS AGENTLƏRİ İŞ BAŞINDA!
Bu gün, 14:02
İdxal olunan ərzağın gömrük dəyəri düşür, marketlərdə isə qiyməti artır - BU NƏDİ BELƏ?
Bu gün, 13:57
BDU-nun xanım tələbələri şantaj olunur? - İddia
Bu gün, 13:50
Türkiyənin ən varlılarının siyahısı açıqlandı – Bayraktar ilk onluğa düşdü
Bu gün, 13:48
Hökümənin ailəsinin 80 minini ələ keçirənə bu cəza verildi - FOTO
Bu gün, 13:37
2 telekanal QARA SİYAHIYA salındı - Rusiyaya görə...
Bu gün, 13:34
Daha bir rayonda ehsan LƏĞV olundu
Bu gün, 13:05
Sahib Məmmədov şöbə müdirini işdən çıxardı, yenisini təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:02
MİDA daha bir tenderə yekun vurdu
Bu gün, 13:01
“Bolt”da rüşvətxorluq iddiaları - Rəhbər şəxslər işdən çıxarıldı
Bu gün, 12:57
Marketlərdə polietilen torbalar yenidən BAHALAŞDI - FOTOFAKT
Bu gün, 12:49
Aydın Talıbov ADA Universitetində keçirilən “Senior Talks” proqramında tələbələrlə görüşüb - FOTO
Bu gün, 12:42
"Artıq 60 gündən çoxdur maaşımız verilmir..." - İşçilər ÇƏTİN DURUMDA
Bu gün, 12:39
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:32
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir - İNCƏLƏMƏ
Bu gün, 12:31
Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu - SİYAHI
Bu gün, 12:27
“Rəqəmsal Tibbi Həllər” 4 ədəd təkər almaq üçün 2400 manat pul ayırıb - ARAŞDIRMA
Bu gün, 12:24
İlham Əliyevə sadiq olan diaspora rəhbəri Rusiya vətəndaşlığından ÇIXARILDI - Kreml soydaşlarımızı "verebovat" etməyə çalışır
Bu gün, 12:20
Azərbaycanda 2 milyon manatlıq şirkət ləğv edilir
Bu gün, 12:14
Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb - “Armenpress”
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru