Bakı Elektriktökmə ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq 13 aprel 2026-cı il saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 5 ünvanında – cəmiyyətin inzibati binasında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
-
ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi;
-
cəmiyyətin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiqi;
-
cəmiyyətin ləğv edilməsi barədə qərarın qəbul edilməsi;
-
ləğvetmə ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması və sədr ilə üzvlərin müəyyən edilməsi;
-
dövlət orqanlarında sənədlərin qeydiyyatı üçün səlahiyyətli şəxsin (hüquqi və ya fiziki şəxs) təyin olunması;
-
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.
Bildirilib ki, ümumi yığıncaqda iştirak etmək istəyən bütün səhmdarlar şəxsiyyətlərini təsdiq edən sənədlə iştirak etməlidirlər. Əks halda onların iştirakı qeydə alınmayacaq.
Xatırladaq ki, ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 124 780 manatdır və qanuni təmsilçisi Vüqar Kərimovdur.








