Ermənilərin Nyus.am saytı yazır ki, Azərbaycan tərəfi guya Ağdərədə ikinci dünya müharibəsi (1941–1945) iştirakçılarının xatirəsinə həsr olunmuş abidə “dağıdılıb”. Bu iddianı irəli sürənlər görəsən 28 il ərzində işğalda olan Qarabağda ikinci dünya müharibəsi iştirakçılarının xatirəsinə qoyulan abidələri məhv etdiklərini niyə görməzdən gəlir.
İşğal altındakı torpaqlar azad edildikdən sonra məlum oldu ki, təkcə dini və mədəni abidələr deyil, bu abidələrdə sistemli şəkildə məhv edilib. Füzuli, Cəbrayıl və Ağdam kimi rayonlarda sovet dövründə ucaldılmış "Naməlum Əsgər" abidələri və müharibə qurbanlarının xatirə kompleksləri demək olar ki, yerlə-yeksan edilib. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının büstləri ya sökülüb, ya da güllələnərək yararsız hala salınıb.
Bu abidələr işğalçı tərəf üçün "Azərbaycan irsi"nin bir parçası kimi görüldüyü üçün etnik təmizləmə siyasətinin hədəfinə çevrilib.
Ermənistan tərəfi bəzi ikinci dünya müharibəsi iştirakçılarının xatirəsinə abidələrini saxlasa da, onlara öz ideologiyalarına uyğun dəyişikliklər edib. İkinci Dünya Müharibəsi qələbəsini simvolizə edən abidələrin yanına terrorçu qruplaşma üzvlərinin abidələrini əlavə ediblər. Bu da həmin komplekslərin ilkin beynəlxalq statusunu və xarakterini tamamilə dəyişib. Ağdərədə də eyni vəziyyət olub.
Ermənistan mediasının diqqətinə çatdıraq ki, Azərbaycan dövləti hazırda azad edilmiş torpaqlarda bütün tarixi abidələrin, o cümlədən ikinci dünya müharibəsinə aid olanların siyahıyaalınması və bərpası ilə məşğuldur. Məsələn, Şuşada və digər şəhərlərdə xatirə komplekslərinin bərpası dövlət proqramına daxil edilib.
İndi isə işğal dövründə ermənilərin bu abidələri necə məhv etmələrini göstərim:
1) Füzuli şəhəri, ikinci dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidənin tamamilə dağıdılmış yeri
2) Tamamilə dağıdılmış Qubadlı şəhərində olan abidə
3) Tamamilə dağıdılmış Ağdam şəhərində olan abidə
4) Müharibdə həlak olanların xatirəsinə ucaldılmış abidənin yeganə salamat qalmış elementi üzərində "1941-1945" yazısı olan Cəbrayıl şəhəri
5) Zəngilan şəhəri, abidədən qorunub saxlanılan daş heykəllər
6) Laçın şəhəri, işğaldan əvvəl və sonra Müharibədə həlak olanların xatirəsinə ucaldılmış abidə
İkinci Dünya Müharibəsi abidələri həmin kənd və şəhərlərin Azərbaycanın sovet dövrü tarixinə aid olduğunu göstərən canlı sübutlar idi. Onların məhv edilməsi məcburi köçkün düşmüş insanların geri qayıtma ümidini qırmaq və onlara məxsus olan yaddaşı yox etmək məqsədi güdürdü.
Beynəlxalq hüquq münaqişə zonalarında mədəni və tarixi abidələrin dağıdılmasını müharibə cinayəti hesab edir. 1954-cü il Haaqa Konvensiyası, Cenevrə Konvensiyaları və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu, tarixi, dini və ya elmi abidələrə qəsdən hücum etməyi birbaşa müharibə cinayəti kimi təsnif edir.
Beynəlxalq hüquqda bunun bir adı var: İkinci Dünya Müharibəsi abidələrinin məqsədli şəkildə dağıdılması etnik nifrətin təzahürüdür. Bu abidələrin "görməzdən gəlinməsi" dövrü bitib, çünki artıq həmin ərazilər beynəlxalq ekspertlərin üzünə açıqdır. Gəlsinlər və görsünlər ki, əslində beynəlxalq cinayətə imza atan ermənilərdir.
Müəllif: Prof.Dr.Zaur Aliyev - Mənbə: "DİA-AZ"








