Ötən il Azərbaycan xarici ölkələrə ümumi dəyəri 169 milyon 864,9 min dollar olan 18 min 674,6 ton qabığı təmizlənmiş meşə fındığı (fındıq ləpəsi)ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan fındıq ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri 9,1 dollar (15,5 manat) təşkil edib.
Qeyd edək ki, fındıq ləpəsi ən çox Rusiyaya (8 369 ton), Almaniyaya (3 664 ton) və İtaliyaya (1 888 ton), ən az isə Səudiyyə Ərəbistanı (0,01 ton), İsrail (24 ton) və Livana (24 ton) satılıb. Fındıq ləpəsi ən baha qiymətə Bolqarıstana (bir kiloqramı 19 manat), ən ucuz qiymətə isə Ukraynaya (8,8 manat) ixrac edilib.
Ötən il fındıq ləpəsinin ixrac edildiyi ölkələr, ixrac həcmi və 1 kiloqramının orta gömrük dəyəri belə olub:
Belarus – 78,17 ton (14,23 manat);
Qazaxıstan – 60,12 ton (19,60 manat);
Qırğızıstan – 44 ton (10,46 manat);
Özbəkistan – 45,01 ton (10,64 manat);
Rusiya – 8 368,82 ton (13,62 manat);
Ukrayna – 103 ton (8,82 manat);
Birləşmiş Ərəb Əmirlikləri – 120 ton (15,71 manat);
Gürcüstan – 203 ton (12,55 manat);
İsrail – 24 ton (20,06 manat);
İsveç – 960 ton (19,12 manat);
Livan – 24 ton (13,26 manat);
Səudiyyə Ərəbistanı – 0,01 ton (17 manat);
Suriya – 316 ton (17,56 manat);
Türkiyə – 1265,46 ton (12,87 manat);
Almaniya – 3 664,22 ton (18,75 manat);
Bolqarıstan – 172,8 ton (19,14 manat);
Çexiya – 120 ton (16,35 manat);
Fransa – 222 ton (16,95 manat);
İspaniya – 171,62 ton (16,35 manat);
İtaliya – 1 888 ton (17,17 manat);
Latviya – 88 ton (12,10 manat);
Litva – 242 ton (16,54 manat);
Polşa – 494,39 ton (14,45 manat).
Məlumat üçün bildirək ki, əvvəlki illərdən fərqli olaraq son zamanlar bazarda fındıq ləpəsinin qiymətlərində kəskin bahalaşma müşahidə olunur. Rəsmi statistika göstərir ki, ötən ilin yanvar ayında fındıq ləpəsinin orta satış qiyməti 15 manat olduğu halda, son bir ildə 40% bahalanaraq bu ilin yanvar ayında 21 manata yüksəlib.








