“Bu yaşda evlənmək barədə düşünmürəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı “Bir gün” verilişində deyib.
Sənətçi şəxsi həyatı barədə danışıb:
“Deyirlər, evlən. Nə evlənmək? Mənim yaşım çoxdur, neçə olduğunu özüm demirəm. Bu yaşda evlənmək barədə düşünmürəm. Mənimlə evlənən ancaq evimə görə evlənəcək. Bir gözəl qadın gəldi ki, sən tək yaşayırsan, mən gəlib sənə kömək edərəm. Dedim yox, qohumlarım baxır. Çox gözəl qadınlar mənə müraciət edir”.
İllərin müğənnisi aparıcının “dünyanızı dəyişəndən sonra evinizi kimə verəcəksiniz” sualını da cavabllandırıb:
“Mənə maraqlı deyil öləndən sonra evim kimə qalacaq. Çünki dünyamı dəyişəndən sonra bu baş verəcək. Əsas odur, mən ölümdən qorxmuram. Dünyamı dəyişəndə gülə-gülə gedəcəm o tərəfə”.









