Ermənistan Azərbaycanla sərhəddə Sərhəd Qoşunlarını yerləşdirməyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, Laçın və Zəngilan istiqamətlərində “Kornidzor”, “Xndzoresk” və “Hartaşen” sərhəd zastavaları yaradılıb.
Qeyd edək ki, indiyə qədər Ermənistan Azərbaycan sərhəddində yalnız Müdafiə Nazirliyinin qüvvələrini yerləşdirmişdi. Hazırda da Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ermənistan Müddafiə Nazirliyinin hərbi hissəsləri fəaliyyət göstərirlər.
Bəzi yanaşmalara görə, İrəvanın bu addımı Bakı ilə aparılan danışıqların təsiri nəticəsində baş verib. Belə ki, Ermənistan sərhəddə Sərhəd Qoşunlarını yerləşdirməklə sərhəddin həmin hissəsinin tanındığını nümayiş etdirib. Həmçinin bununla Azərbaycana hər hansı ərazi iddiası olmadığını göstərib.









