2 saylı Bakı Baza Tibb Kollecinin ŞÜBHƏLİ ORTAĞI - TƏFƏRRÜAT
Tarix: 7-11-2024, 08:15 | Çap et
 Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 31 min 100 manat olan tender müsabiqəsinin qalibi “Megastin LN” MMC (VÖEN - 1203616891) olub. “Megastin LN” MMC 2 nömrəli Bakı Baza Tibb Kollecinin sifarişilə bu quruma tibbi avadanlıqlar satacaq. Nizamnamə kapitalı 10 manat olan “Megastin LN”in hüquqi ünvanı Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Səfərzadə İsağ Arif oğludur. Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Megastin LN” MMC tender müsabiqəsinin başlamasından cəmi 3 ay əvvəl dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsi 2024-cü ilin 9 oktyabr tarixində başlayıb, tenderin qalibi olan “Megastin LN” MMC isə 2024-cü ilin 1 iyul tarixində dövlət qeydiyyatına alınıb. Qeyd edək ki, 1 iyul tarixində dövlət qeydiyyatına alınan şirkət bugünə kimi 8 tender müsabiqəsinin qalibi olub. Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır. Cəmi 2 ay əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqələrində (kimyəvi maddələr, tibbi avadanlıqlar və s.) qalib olması başa düşülən deyil. “Megastin LN” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Qısa müddətdə ümumi dəyəri 185 min manat olan 8 tenderi udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur. Onu da bildirək ki, “Megastin LN” MMC ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, şirkətin qanuni təmsilçisi Səfərzadə İsağ Arif oğlu eyni tarixlərdə fərqli ünvanlarda qeydə alınan daha 2 MMC-yə rəhbər təyin olunub. Bunlardan biri Xətai rayonu Məzahir Rüstəmov ev 11, m. 14-də qeydiyyata alınan “Şafin RR” MMC (VÖEN – 2008648171), digəri isə Nərimanov rayonu Mustafa Kamal Atatürk ev 35, m. 35-də qeydiyyata alınan “Fosfor RDC” MMC (VÖEN – 1506846651) olub. Sonda onu da bildirək ki, qeyd olunan ünvanlarda daha əvvəl də çoxsaylı şirkətlər qeydiyyata alınıb və bu şirkətlər də qısa müddətdə çoxsaylı tenderlərdə qalib olublar.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:29 |
|
|
|
| • İrəvanda sirli iclas: Azərbaycanın 4 kəndinə qarşılıq... - GƏLİŞMƏ
Bu gün, 01:26 |
|
|
|
| • Samirə Əfəndi “sülh göyərçini” oldu, amma qalib olmadı - AKTUAL
Bu gün, 01:24 |
|
|
|
| • Qarabağa Bakıdan MÜHÜM TRANSFER - bu, baş tutarsa...
Bu gün, 01:22 |
|
|
|
| • Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək - Qanuna dəyişiklik nələri tələb edir?
Dünən, 19:48 |
|
|
|
| • Ramiz Mehdiyev vəkilindən imtina etdi: “Boz kardinal” nə düşünür? - İLGİNC
Dünən, 19:44 |
|
|
|
| • Psixoloq Hacı Şahinə sataşdı - "O, hər ağlına gələni deyib"
Dünən, 19:40 |
|
|
|
| • FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi - DETALLAR
Dünən, 19:38 |
|
|
|
| • Agentlik Şərqi Zəngəzur filialı üçün ofis axtarır – Ayda 8 285 manat ödəyəcək
Dünən, 18:31 |
|
|
|
| • Avropa Parlamentinin keçmiş deputatı Rusiyadan rüşvət alıb – qalmaqalın TƏFƏRRÜATLARI
Dünən, 18:30 |
|
|
|
| • Bakıda ardıcıl baş verən yanğın və partlayış: Bədbəxt hadisə, yoxsa terror? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib
Dünən, 18:13 |
|
|
|
| • “AFB Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:49 |
|
|
|
| • Meqa Həyat və Meqa Sığorta şirkətində riskləri bu şəxs idarə edəcək - YENİ TƏYİNAT
Dünən, 17:45 |
|
|
|
| • İşsizlərə tibbi sığorta ödənişi tələbi narazılıq yaratdı - Deputat dəyişikliyə yenidən baxılmasını istəyir
Dünən, 17:39 |
|
|
|
| • “Başına benzin tökdü, gördüm ki, yanır” – Yanaraq ölən Zəhmətin MƏHKƏMƏSİ
Dünən, 17:36 |
|
|
|
| • 27 senator Bakıya qarşı - erməni canilərin azad edilməsi və sanksiyalar tələb olunur
Dünən, 17:33 |
|
|
|
| • Qərbi Azərbaycana qayıdış konsepsiyası - Tarixi ədalət, milli kimlik və beynəlxalq hüquq kontekstində yeni mərhələ
Dünən, 17:31 |
|
|
|
| • Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır
Dünən, 17:15 |
|
|
|
| • “SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda vergi borcu var
Dünən, 17:06 |
|
|
|
| • “Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək” - İranlı deputat
Dünən, 17:03 |
|
|
|
| • Paşinyan Amerikanın agenti olub - Eks-müdafiə naziri
Dünən, 16:59 |
|
|
|
| • Azarkeşlər TVNET platformasında matçları türkiyəli Ertem Şenerin şərhi ilə izləyəcəklər
Dünən, 16:51 |
|
|
|
| • Pedofil Mərdanı ögey qızı İFŞA EDİBMİŞ... - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
| • Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib
Dünən, 16:32 |
|
|
|
| • “Üzünə tüpürməliydi?” - Xalq artisti Samirənin müdafiəsinə qalxdı
Dünən, 16:31 |
|
|
|
| • Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ - “Lake Hotel”ində başqa “Xan Hamam”, “Çırağan Palace” da işlədirlər
Dünən, 16:26 |
|
|
|
| • “Aztelekom”un 2 xidməti ləğv edilir - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
| • “Bu komandanın etdiyi hərc-mərcliyi keçmişdə görməmişəm” - NHMT sədri elə faktları açıqladı...
Dünən, 16:09 |
|
|
|
| • Pirallahı MKTB rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
| • Nazir yüksək vəzifəli şəxsi işdən çıxardı - FOTO
Dünən, 15:58 |
|
|
|
| • Bakıda kişi onunla kobud danışan bacısı qızının ərini döydü - HÖKM
Dünən, 15:55 |
|
|
|
| • “Ömürlük Mübariz” növbəti dəfə əməliyyat olundu - AİLƏSİ PREZİDENTDƏN HUMANİZM GÖZLƏYİR
Dünən, 15:52 |
|
|
|
| • Bankların kredit və faiz MƏNGƏNƏSİ - "Borc gecikmələri zamanı tətbiq olunan mexanizm..."
Dünən, 15:22 |
|
|
|
| • Gərginlik pik həddə: 4 məşhur nazirliyə qarşı birləşdi – Nə baş verir?
Dünən, 15:18 |
|
|
|
| • Müdafiə Nazirliyi 4 milyon manata dərman preparatları alacaq
Dünən, 15:16 |
|
|
|
| • “Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır” - Bakıdan qayıdan Koçinyan
Dünən, 15:14 |
|
|
|
| • Qızı Nəriman Həsənzadənin son vəziyyətini açıqladı
Dünən, 15:12 |
|
|
|
| • “Prime Cotton”da mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:10 |
|
|
|
| • “Övladdan imtina anlayışı yoxdur” – Atası Nurcandan necə imtina edib?
Dünən, 15:07 |
|
|
|
| • Yanan binanın sakinləri kompensasiya tələb edirlər: Ayda 100 min manat... - MÜRACİƏT
Dünən, 14:58 |
|
|
|
| • Prezident "Sevan adlı göl yoxdur" deyir... "Rabitəbank"ın rəsmi saytı isə... - BU NƏDİ BELƏ?
Dünən, 14:53 |
|
|
|
| • SOCAR: DOST xətti ilə gələnlər... indi İŞSİZ QALIB! - Yalnız tanışı olanlar...
Dünən, 14:42 |
|
|
|
| • Şahin Şıxlinski Bakıda saxlanılan rusla dəyişdirilə bilər - belə deyirlər...
Dünən, 14:26 |
|
|
|
| • Şanlı zəfərin təcəssümü: 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi... - MƏQALƏ
Dünən, 14:19 |
|
|
|
| • Parkda SSRİ bayrağı qaldırdılar: ÇAĞIRIŞ EDİLDİ - ŞOK GÖRÜNTÜLƏR (VİDEO)
Dünən, 14:10 |
|
|
|
| • Qəbələdə sel TƏHLÜKƏSİ – Kəndlər SU ALTINDA qala bilər
Dünən, 13:12 |
|
|
|
| • III rüblük hesabat bankı ifşa edib... - BU NƏDİ BELƏ?
Dünən, 13:08 |
|
|
|
| • Region kifayət qədər simvolik hesab müəyyən edib: Qərbin xeyrinə 2:1 - Bəs bu geosiyasi model nə qədər sabit olacaq?
Dünən, 13:01 |
|
|
|
| • “İndiyədək arxamda kim olub ki?” – Samir Abasov danışdı
Dünən, 12:56 |
|
|
|
|