Kommersant.az xəbər verir ki, “AccessBank”ın fiziki şəxslərdən topladığı əmanətlər ötən ilin sonu ilə müqayisədə 819 min manat artaraq 894 milyon 13 min manata yüksəlib. Amma bankın hüquqi şəxslərin əldə etdiyi depozitlərin həcmi 20.3 faiz və ya 48 milyon 579 min manat azalaraq 190 milyon 615 min manata düşüb. Buna görə də bankın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 47 milyon 753 min manat və ya 4.2 faiz azalaraq 1 milyard 84 milyon manata enib. Bu azalma bankın öhdəliklər cəminə də təsirsiz ötüşməyib. “AccessBank”ın cəmi öhdəlikləri altı ay ərzində 13 milyon 918 min manat və ya 0.9 faiz azalıb.
|
AccessBank |
2026 (II Rüb) |
2025 (IV Rüb) |
Fərq |
|
Cəmi Öhdəliklər |
1.523 740 |
1.537,658 |
-13 918 |
|
Depozit |
1.084 628 |
1.132,381 |
-47 753 |
|
Fiziki şəxslərin depozitləri |
894 013 |
893,187 |
819 |
|
Hüquqi şəxslərin depozitləri |
190 615 |
239,194 |
-48.579 |






