"Azərbaycan Gömrük Komitəsi sədri Şahin Soltan oğlu Bağırova müraciət edirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Nəbi Ramazanlı adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Hörmətli Şahin müəllim! Siz Kömrük komitəsi rəhbərliyinə gətirilən zaman bütün insanlar kimi, mən də xeyli ümidlənmişdim ki, bu idarədə gömrük bəyannamələrinin və bəzi işlərin sürətlənməsində xeyli dəyişiliklər olacaq. Lakin sizin rəhbərlik etdiyiniz komitənin hesab edirəm nə saytları, nə də emaillərinə daxil olan müraciətlər əməkdaşlarınız tərifindən nə nəzarətə götürülür, nə də cavablandırılır. İnternet üzərində yayımlanmış 196/6 və 0124042200 (daxili 8809 ə 8818) telefon nömrələri isə bir neçə siqnaldan sonra ya susur, ya da rədd edilir. Sadəcə bu qədər bəsit!"









