Rusiyanın Noyabrsk şəhərində avtomobilinin salonundan ekstremist simvolika aşkarlanan sürücünü məhkəmə cərimələyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, şəhər sakini avtomobilinə səkkizguşəli ulduz formasında hava təravətləndiricisi asıb. Hüquq-mühafizə orqanlarının qiymətləndirməsinə görə, bu simvol Rusiyada ekstremist hesab edilən AUE hərəkatının atributlarından biridir.
Sürücü məhkəmədə ifadəsində bildirib ki, həmin hava təravətləndiricisini 2025-ci ildə Azərbaycanda olarkən alıb. O, səkkizguşəli ulduzun kriminal aləmlə əlaqələndirildiyini bildiyini etiraf edib. Lakin təravətləndiricinin qoxusunu çox bəyəndiyi üçün onu avtomobilində saxlamaq qərarına gəlib.
























