Hazırda Rusiyanın “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə Azərbaycan, Ermənistan, Gürcüstan və Qazaxıstana pul köçürmələri əlçatan deyil.
"DİA-AZ" “Qafqazinfo”ya istinadən xəbər verir ki, rəsmi saytda Rusiyadan onlayn pul köçürülməsi mümkün olan ölkələr arasında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qeyd olunub.
Bu məhdudiyyətin Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul etməsindən sonra tətbiq olunduğu bildirilir.
Qeyd edək ki, “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan “Platejnıy Sentr” (“Платежный центр”) Rusiya Qeyri-Bank Kredit Təşkilatı Aİ-nin sanksiyalar paketinə daxil edilib.
Xatırladaq ki, dünən köçürmə üçün əlçatan qalan dörd ölkə var idi: Özbəkistan, Türkiyə, Qırğızıstan və Azərbaycan.
Bu gün isə Azərbaycana da pul köçürmələri əlçatan deyil.





















