Avropa Şurasının himayəsi altında idman yarışlarının bütövlüyünü izləyən beynəlxalq ekspertlər və təşkilatlar qrupu “Copenhagen Group” DÇ-2026 ilə bağlı şübhəli məqamları aşıqlayıb.
Hesabatın müəllifləri qeyd edirlər ki, ABŞ yığmasının hücumçusu Baloqunun qovulmasından dərhal sonra “Polymarket” mərc platforması oyunçunun Belçika ilə matçda oynayıb-oynamayacağı ilə bağlı xüsusi bir mərc xətti açıb.
FİFA İntizam Komitəsinin qərarı üç gün sonra dərc edildi və turnir ərzində qeydə alınan digər 14 qovulmanın heç biri üçün oxşar mərc xətti açılmadı.
Suallar doğuran digər hadisələr arasında İspaniyanın Kabo-Verdeni məğlub edə bilməyəcəyinə qoyulan qeyri-adi dərəcədə böyük məbləğdə – təxminən 4,8 milyon dollar mərc (oyun 0-0 hesabı ilə başa çatdı) və İspaniyanın Səudiyyə Ərəbistanı üzərində 4-0 hesablı qələbəsində Ferran Torresin qolunu hesaba almayan üç dəqiqə yarımlıq VAR araşdırması var.
Müəllif: Natiq Muxtarlı - Mənbə: "DİA-AZ"





















