Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın paylaşdığı rəqəm marağa səbəb olub.
Axar.az xəbər verir ki, o, 2026-cı ilin yanvar-iyun aylarında Ermənistandan ixracın ötən ilin eyni dövrü ilə müqayisədə bu cür atrdığını yazıb:
- Çin, 83,4% böyüdü
- Hindistan, 81,3% böyüdü
- Avropa Birliyi: 80% artdı.
Papoyan Ermənistandan hansı məhsulların ixracının artmasına aydınlıq gətirməyib. Belə ki, Rusiyanın qadağası səbəbindən Ermənistanın kənd təsərrüfatı məhsullarının AB-yə ixracı üzərində iş gedir. Amma Çinə və Hindistana nə ixrac edildiyi haqda təsəvvür yoxdur.





















