
Salyan Melioservis İdarəsinin dövlət büdcəsinə iri məbləğdə vergi borcu var.
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən idarənin hazırda dövlət qarşısında 184.823,17 AZN məbləğində vergi borcu mövcuddur.
Qeyd edək ki, 309.458,60 AZN nizamnamə kapitalına malik olan idarə Salyan rayonu, Salyan şəhəri, 20 Yanvar küçəsində hüquqi qeydiyyatdadır.
Qurumun qanuni təmsilçisi Əzər Abasqulu oğlu Nəcəfovdur.




















