
"Məlumat üçün bildirirəm ki, Siyəzən Rayon Mərkəzi Xəstəxanası'nda özbaşınalıqların baş alıb getməsi səbəbindən rayonda vətəndaşların hüquqları kobud şəkildə pozulur". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında rayon sakini Mabəddin Zeynalov yazaraq əlaqədar qurum və şəxslərdən tədbir görülməsini istəyir.
Narazı vətəndaş daha sonra bildirir: "Əfsuslar olsun ki, hüquqları pozulan vətəndaşların arasında Qarabağ qaziləri də var. Ölkə başçısı Müzəffər Ali Baş Komandan cənab Ilham Aliyev öz çıxışlarında məmurun ilk vəzifə borcunun xalqa xidmət etmək olduğunu vurğulasada, Siyəzən Müalicə Diaqnostika Mərkəzi'ndə nəyin ki, məmurların xalqa xidmət etməsini zaman‐zaman dövlətə və dövlətçiliyə xidmət göstərən şəxslərin hüquqlarının kobud surətdə pozmasının şahidi oluruq. Odur ki, qanuna müvafiq tədbirlərin görülməsini Sizdən xahiş edirəm.
Qeyd edim ki, əgər "TƏBİB" tədbir görməzsə müəssisədə baş verən qanunsuzluqlarla bağlı, məndə olan sənəd və sübutları öz sosial şəbəkə hesablarım vasitəsilə işıqlandıracağam".











