""TƏBİB-in tabeliyindəki bütün tibb müəssisələrində icbari tibbi sığortadan yararlana bilərsiz." Bu bəzəkli cümlə qulağa xoş gəlsə də praktikada özünü doğrultmur hal-hazırda..." "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində ictimai fəal Tacəddin Poladzadə qeyd edib.
Narazı vətəndaş daha sonra bildirir:
"TƏBİB-in tabeliyində olan Bakı Yeni Klinikaya MRT və Rentgen üçün müraciət elədim.
1) Qeydiyyat bölməsinə yaxınlaşmaq üçün səhər saat 6da gedib növbə götürməlisən. Çünki online növbələr bundan sonrakı 1 ay ərzində dolu göstərir.
2) Qeydiyyat bölməsində 4 saatlıq nöbədən sonra həkim muayinəsinə göndərdilər. Müraciət elədiyin sahə üzrə həmin gün sadəcə "1 həkim" var və həmin həkimin qəbuluna düşmək üçün səhər saat 6da yenidən gəlib növbə götürməlisən. Həkimin saat 9da işə başladığını və səndən də qabaq sırada adamların olduğunu nəzərə alsaq 5-6 saat ümumilikdə həkimi gözləmiş olursan.
3) Sonra həkim səni, məsələn, MRT və Rentgen üçün göndərir və sən yenidən növbə götürüb ən azı 3-4 saat gözləməli olursan. Çünki həmin aparatdan sadəcə "1 ədəd" və həmin gün ən azı 40 xəstə var. Əgər bəxtin gətirsə və 2-3 gün ərzində bunları edə bilsən cavabları 1 həftə sonra əldə edə bilərsən. Nəzərə alsaq ki, bu xidmətlərdən yararlanmaq istəyən insan xəstədir və agrıları var, 10 gün növbədə gözləmək onun üçün dözülməzdi və xəstələri bu qədər növbədə gözlətmək bu sistemi bu cür bərbad quran rəhbərlik üçün utancvericidir. Bu xidmətləri təklif edən özəl müəssisələrdə sadəcə 1 günə muayinədən keçib nəticəni almaq mümkündür. Sığortadır, pulsuzdur deyib xəstələri bu formada yormaq etik deyil. Həkim sayını, aparat sayını artırmaq və xəstə qəbulunu bir neçə xəstəxanaya yönəltmək, özəl tibbi müəssisələrlə bu sahədə əməkdaşlıq eləmək alternativ ola bilər. İcbari tibbi sığortadan yararlanmaq istəyən və buna çox çox peşman olan biri olaraq bunu heç kimə məsləhət görmürəm. Çünki hal-hazırda bu sistemdə vəziyyət bərbaddır!"