Saleh Səmədovu niyə DTX həbs etdi, onu nə gözləyir? .....                     Lavrov ABŞ dövlət katibinə zəng edib .....                     Araşdırma başladıldı, amma nəticə yoxdur .....                     Ailələrimizi televiziyalar məhv edir: Real addımlar atılmalıdır .....                     Akif İslamzadə Ağdama köçür? .....                     İrəvan sülh sazişini “çərçivə”yə salır .....                     Ekspert nazirliyi TOPA TUTDU .....                     “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” .....                     "Siz nə deyirsiniz, başlayım ya yox?" .....                     Paşinyana qarşı kilsə qalmaqalı: .....                     Paşinyan erməni kilsəsinə hücum etdi, keşişlər silahlanır .....                     Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var .....                     Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var .....                     Müştərilərin pulları qeybə çəkildi: şirkət aradan çıxdı... .....                     “Qarabağda hər kəs ev tikə bilməz” .....                     "Özəl xəstəxanaların əksəriyyəti insanları soymaq üçündür" .....                     Paşinyan üçün ölümcül təhlükə var .....                     İrəvanda məktəbə atəş açıldı .....                     Adı Saleh olan, əməli saleh olmayan adam .....                     Tramp və Putin bunu anlayır .....                     Naxçıvanda vəziyyət daha da acınacaqlıdır... .....                     Regionda güc mərkəzi artıq Azərbaycan və Türkiyədir .....                     Rusiyanın təsiri: Pxenyan ordusu yenidən güclənir... .....                     Yenə də 'Kontakt Home'... Yenə də narazılıq... .....                     Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər .....                     Stiv Deynsin Bakı səfəri sadəcə bir səfər deyil .....                     Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır .....                     Ağlar günə qalan Azərbaycan səhiyyəsi... .....                     Bu şikrət tenderdə 988 min ucuz qiymətlə qalib gəldi .....                     Ayaz Musayevə SUİ-QƏSD CƏHDİ: Daha kimlərin başı ağrıya bilər? .....                     Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib .....                     Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə... .....                     “Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?” .....                     Zəngəzurda konsulluq "savaşı" qızışır: .....                     Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək .....                     "Mənim niyə bahalı maşınım olmasın?" .....                     Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür .....                     Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi .....                     "Arvad ərinə belə sillə vurmaz" .....                 

I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Tarix: 31-05-2025, 17:14 | Çap et

İyunun 1-də I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçiriəcək. Bununla da qəbulun ikinci mərhələsinin I cəhdi tam yekunlaşacaq. Ötən həftə də II və III ixtisas qrupları üzrə blok imtahanı keçirildi.

Bəs görəsən bu dəfəki imtahandan gözləntilər nədir?

Təhsil eksperti Kamran Əsədov Lent.az-a bildirib ki, bu il I ixtisas qrupunda kəskin rəqabət olacaq:

“İyunun 1-i I və IV ixtisas qruplarının imtahanları ilə ali təhsil müəssisələrinə qəbul prosesinin birinci cəhd mərhələsi yekunlaşacaq. Bu imtahan həm iştirakçı sayı, həm də rəqabət səviyyəsinə görə strateji əhəmiyyət daşıyır. Xüsusilə I qrup ənənəvi olaraq riyaziyyat, fizika və texniki ixtisaslara yönəlmiş abituriyentlərin toplandığı ən kütləvi qrupdur və rəqabət burada daha kəskindir. IV qrup isə tibb sahəsi üzrə hazırlaşan abituriyentlərin cəmləşdiyi qrupdur və keçid balları bu sahədə hər zaman yüksək olub.

2025-ci il imtahan sessiyası bir neçə mühüm faktor baxımından əvvəlki illərdən fərqlənir. İlk olaraq, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, cari ildə qəbul imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş abituriyentlərin sayı 132 mini ötüb, bu isə əvvəlki illə müqayisədə təxminən 12 min nəfər çoxdur. Bu artım fonunda rəqabətin də güclənəcəyi, xüsusilə yüksək bal toplayan abituriyentlərin sayında sıxlıq yaşanacağı proqnozlaşdırılır”.

500-700 bal aralığında bal toplayanlar arasında ixtisas seçimi zamanı ciddi sıralama fərqləri ortaya çıxacaq

Kamran Əsədov deyib ki, II və III qruplar üzrə imtahanlarda müşahidə edilən sualların çətinlik səviyyəsi, xüsusilə də riyaziyyat və məntiq tapşırıqları bir sıra abituriyentlər üçün çətinlik yaratdı:

"Apardığım ilkin təhlillərlə qeyd edim ki, II və III qrupda riyaziyyat üzrə orta nəticə 9-11 bal aralığında dəyişir. Bu, fənnin strukturunun və sual dizaynının abituriyentlərin intellektual səviyyəsinə uyğunlaşdırılmasında balans problemini gündəmə gətirir.

2025-ci ilin I qrup imtahanlarında xüsusilə riyaziyyat və fizika suallarının daha yüksək taksonomiya səviyyəsində (təhlil, tətbiqetmə, yaradıcılıq) formalaşdırılacağı gözlənilir. Bu isə yalnız əzbər biliklə deyil, konseptual anlayış və məntiqi düşünmə qabiliyyəti ilə uğur qazanmağı tələb edir. Bu, həm də məktəb mühitində formalaşan təhsil ilə repetitor mərkəzlərində verilən bilik arasında fərqi bir daha üzə çıxaracaq. Eyni zamanda, bəzi məktəblərdə bu tip suallarla işləmə vərdişləri formalaşmadığı üçün, məktəb təhsilinə arxalanan abituriyentlər qeyri-bərabər start vəziyyətində qalır.

IV qrup üzrə imtahanda biologiya və kimya fənləri üzrə sualların praktiki bilik və anlayışlara əsaslanan tapşırıqlar şəklində təqdim olunması ehtimalı var. Bu, yalnız nəzəri bilik deyil, məsələyə elmi yanaşmanı tələb edir. 2024-cü ildə IV qrup üzrə ən çox rast gəlinən problem, kimya fənnində maddələrin qarşılıqlı təsirlərinə dair sualların səhv başa düşülməsi və qavrama səviyyəsindəki çatışmazlıq olmuşdu.

Bu il qəbul prosesindəki başqa bir dəyişiklik də dövlət sifarişli yerlərin sayında cüzi artımdır – cəmi 2% artım qeyd olunub. Bu artım rəqəmsal olaraq kiçik görünsə də, yüksək bal toplayan abituriyentlərin daha geniş ixtisas seçimi üçün mühüm əhəmiyyət daşıyır. Amma real təsiri əsasən yüksək nəticə göstərənlərə olacaq, çünki aşağı balla dövlət sifarişinə düşmək əvvəlki illərlə müqayisədə daha çətin olacaq.

Digər diqqətçəkən məqam isə əmək bazarına uyğun ixtisas seçiminin aktuallığıdır. Bu il ilk dəfə olaraq bir çox valideyn və abituriyentlər üçün yalnız “prestijli ixtisas” deyil, iş tapmaq perspektivinə malik sahələr – mühəndislik, proqramlaşdırma, süni intellekt, biotexnologiya daha cazibədar görünür. Bu tendensiya da I və IV qruplarda marağın artmasına səbəb olub".

2025-ci ildə imtahanlar rəqabətli, və psixoloji təzyiqlərin yüksək olduğu bir mühitdə keçirilir

“DİM-in strukturu dəyişməsə, məktəb və repetitor fərqliliyi aradan qaldırılmasa, qiymətləndirmə metodikasına təkmilləşmə gətirilməsə, bu imtahanlar nəticə yox, sosial təbəqələşmənin bir göstəricisi kimi qalacaq.

İmtahanların nəticələri təkcə ali təhsilə qəbul göstəricisi deyil, eyni zamanda təhsil sisteminin real vəziyyətini, məktəblərdə fənn tədrisinin keyfiyyətini və idarəetmənin effektivliyini də açıq şəkildə üzə çıxaracaq. Ona görə də 1 iyun yalnız imtahan tarixi deyil, həm də təhsil sisteminin güzgüsünə çevriləcək bir gün olacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Səmədovu niyə DTX həbs etdi, onu nə gözləyir? – Sensasion gəlişmələr
Bu gün, 02:26
Lavrov ABŞ dövlət katibinə zəng edib - KİV
Bu gün, 02:20
Araşdırma başladıldı, amma nəticə yoxdur – Mənzər Nurəliyeva olayının sirri nədir?
Bu gün, 02:17
Ailələrimizi televiziyalar məhv edir: Real addımlar atılmalıdır - AKTUAL
Bu gün, 01:44
Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma”
Bu gün, 01:42
İrəvan sülh sazişini “çərçivə”yə salır - FAKT BUDUR!
Bu gün, 01:39
Ekspert nazirliyi TOPA TUTDU - "Fazil Mustafanın da qeyd etdiyi..."
Bu gün, 01:30
“Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik”
Bu gün, 01:26
"Siz nə deyirsiniz, başlayım ya yox?"
Bu gün, 01:23
Paşinyana qarşı kilsə qalmaqalı: - Ermənistan müxalifəti ayağa qalxdı
Bu gün, 01:21
Paşinyan erməni kilsəsinə hücum etdi, keşişlər silahlanır - Qərb isə yenə Ermənistanı gücləndirmək niyyətinə düşüb
Dünən, 20:33
Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var
Dünən, 20:30
Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var
Dünən, 20:29
Müştərilərin pulları qeybə çəkildi: şirkət aradan çıxdı... - MÜRACİƏT
Dünən, 12:39
“Qarabağda hər kəs ev tikə bilməz” - ÇÜNKİ...
Dünən, 12:24
"Özəl xəstəxanaların əksəriyyəti insanları soymaq üçündür" - ETİRAZ
Dünən, 12:20
Paşinyan üçün ölümcül təhlükə var – Şahnazaryan
Dünən, 12:17
İrəvanda məktəbə atəş açıldı
Dünən, 12:14
Adı Saleh olan, əməli saleh olmayan adam – İki səhvi 4 aylıq həbslə nəticələnidi
Dünən, 12:12
Tramp və Putin bunu anlayır - Yeni sistem
Dünən, 09:06
Naxçıvanda vəziyyət daha da acınacaqlıdır... - ETİRAZ VAR!
Dünən, 08:51
Regionda güc mərkəzi artıq Azərbaycan və Türkiyədir - FAKT BUDUR!
Dünən, 08:28
Rusiyanın təsiri: Pxenyan ordusu yenidən güclənir... - NYT
Dünən, 08:25
Yenə də 'Kontakt Home'... Yenə də narazılıq... - Borcu ödəsən də borclusan...
Dünən, 08:22
Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər – Daimi yaşamaq üçün…
Dünən, 07:40
Stiv Deynsin Bakı səfəri sadəcə bir səfər deyil - ÇÜNKİ...
Dünən, 07:36
Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır - GƏLİŞMƏ
Dünən, 07:29
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - NARAZILIQ VAR...
Dünən, 07:26
Bu şikrət tenderdə 988 min ucuz qiymətlə qalib gəldi - DETALLAR
Dünən, 07:16
Ayaz Musayevə SUİ-QƏSD CƏHDİ: Daha kimlərin başı ağrıya bilər? - Bakıda istintaq qurulacaqmı?
Dünən, 07:10
Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib - KİV
Dünən, 06:56
Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir - Ərdoğanın İrana Zəngəzur mesajı
Dünən, 06:53
Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə... - Ermənistan ciddi siyasi və iqtisadi itki yaşaya bilər
Dünən, 06:51
“Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:47
Zəngəzurda konsulluq "savaşı" qızışır: - İran artıq oradadır, Fransa və Rusiya da açıq mübarizəyə keçib
Dünən, 06:45
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - DİQQƏT
Dünən, 06:21
"Mənim niyə bahalı maşınım olmasın?"
Dünən, 00:17
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Dünən, 00:12
Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi
31-05-2025, 18:03
"Arvad ərinə belə sillə vurmaz" - Peskov da reaksiya verdi
31-05-2025, 18:01
Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: - Katolikos və baş nazir qırğında
31-05-2025, 17:58
Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... - KİV
31-05-2025, 17:49
Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
31-05-2025, 17:47
"Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" - deputat
31-05-2025, 17:45
“Biz İrəvanı sülhə məcbur edəcəyik” - Başqa cür ola da bilməz...
31-05-2025, 17:39
Növbəti danışıqlara hazırlıq və: - hələ də təqdim olunmayan memorandum
31-05-2025, 17:37
İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: - Zəngəzurda İrana qarşı yeni plasdarm
31-05-2025, 17:36
Jurnalistə vəzifə verildi - FOTO
31-05-2025, 17:30
Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır - DETALLAR
31-05-2025, 17:27
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
31-05-2025, 17:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru