"Neftçilər klinikasında qan, hormon analizi vermək üçün tam 3 gün sərf etdim. Sonra isə müraciət etmək üçün narkoloji arayışa ehtiyac vardı..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində Murad Əlibəyov adlı sosial şəbəkə istifadəçisi qeyd edib.
O daha sonra bildirir: "Nə Səhiyyə Nazirliyi, nə də TƏBİB bu sualın cavabını tapa bilmədi ki, mən rayon qeydiyyatındayamsa, ancaq rayondanmı almalıyam arayışı, yoxsa Şərifzadə küçəsindəki mərkəzdən də ala bilərəmmi? Şərifzadədəki mərkəzə yaxınlaşdım rüşvət istədi. Rayon xəstəxanasına getdim rüşvət istədi.
Səhiyyə Nazirliyi dedi TƏBİB baxır, TƏBİB dedi SN baxır.
Sonda hələ SN operatoru mənimlə başqa tonla danışdı, həddini bildirdim. Sual verirəm ki, nazirlik olaraq siz bu proses barədə məlumatlı deyilsinizsə, bu nazirlik niyə var?Başqa operator mənə deyir, ancaq rayondan almalısınız. Rayoma gedib zəng vurduğum operator mənə deyir ki, əsla bizim əməkdaş belə söz deyə bilməz. Çox biabırçı vəziyyətdə fəaliyyət göstərirlər..."