Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 2025-ci ilin iyun-iyul aylarını əhatə edən dövr üçün dörd mühüm tender elan edib.
FED.az xəbər verir ki, bu tenderlər texnika və avadanlıq təminatını nəzərdə tutur və ümumi ehtimal olunan dəyəri 3 milyon 250 min manata yaxın qiymətləndirilib. Elanlara əsasən, satın alınması planlaşdırılan avadanlıqlar sırasında 2 ədəd evakuator, 2 ədəd buldozer, 4 ədəd tırtıllı ekskavator, 4 ədəd təkərli yükləyici ekskavator, 10 ədəd otbiçən traktor və müxtəlif sürtkü yağları yer alır.
İlk tender evakuatorların satın alınması ilə bağlıdır. Bu satınalma üzrə ehtimal olunan qiymət 473.416 AZN təşkil edir. Təkliflərin qəbul müddəti 27 iyun 2025-ci il saat 17:00-da başa çatacaq, həmin gün zərflər açılacaq. Müsabiqədə iştirak haqqı 350 AZN müəyyən edilib. Əlaqələndirici şəxs Tural Gülüşov, şöbə müdiridir. ([email protected], +994 55 455 31 30)
İkinci elan isə xüsusi təyinatlı texnikaların alınmasına aiddir və bu ən yüksək dəyərli tenderdir – 1.926.966,40 AZN. Təkliflərin qəbulu 4 iyul 2025-ci il saat 17:00 tarixində bitəcək və zərflər həmin vaxt açılacaq. İştirak haqqı 600 AZN-dir. Əlaqə üçün yenə Tural Gülüşov qeyd edilib.
Üçüncü satınalma otbiçən traktorlarla bağlıdır. Bu texnikaların alınması üçün ehtimal olunan məbləğ 528.500 AZN olaraq göstərilib. Müsabiqə 25 iyun 2025-ci il saat 17:30-da başa çatacaq və həmin vaxt zərflər açılacaq. Bu tender üzrə əlaqələndirici şəxs Fuad Əfəndiyev – böyük mütəxəssisdir. ([email protected], +994 55 710 17 00)
Dördüncü tender isə sürtkü yağlarının satın alınması ilə bağlıdır. Bu sahə üzrə ayrılan vəsait 321.800,21 AZN təşkil edir. Təkliflərin son qəbul vaxtı 25 iyun 2025-ci il saat 15:00, zərflərin açılış vaxtı isə eyni tarixdə və saatda baş tutacaq.
Bütün bu elanlar Agentliyin texniki təminatının yenilənməsi və əməliyyat imkanlarının gücləndirilməsi istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilir. İştirak etmək istəyən şirkətlər üçün müraciət tarixləri və şərtlər açıq şəkildə təqdim olunub.