Başçı deputatın adamından da QORXUR? .....                     Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı .....                     “Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” .....                     Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu .....                     Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb .....                     “Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... .....                     Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib .....                     QHT əməkdaşları Ağdərədə minaya düşdülər .....                     Müharibə Əfqanıstana sıçradı .....                     Sabiq icra başçısı müavini AQC sədrinin müşaviri təyin olundu .....                     Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur .....                     Magistratura ilə bağlı SOS .....                     Ölkədə ARANI QARIŞDIRMAQ istəyənlər var... .....                     Ermənistanın hakim partiyası: Qaregini katolikos kimi tanımırıq .....                     Manatı BUNDAN SONRA nə gözləyir... .....                     Britaniya şirkəti Azərbaycan bazarından çəkilir .....                     "Azəriqaz"ın əsas problemi qaz itkisidir, yoxsa idarəetmə fəlsəfəsi? .....                     Bu il Xankəndidə 2 milyonluq nizamnamə kapitalı ilə yaradılmış şirkət .....                     Lilit Makunts Ermənistan baş nazirinin aparat rəhbəri təyin olundu .....                     Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi .....                     “SOCAR Petroleum” Naxçıvana benzin və dizel daşınmasını 17.2 milyon manata .....                     Uşaq bağçasında BÖYÜKLƏR HOQQA VERİR .....                     Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxır .....                     BTQ Korsika Assambleyasının qondarma "Artsax"la bağlı qanunvericilik təşəbbüsünü pisləyib .....                     Lerik rayon Dövlət Arxivinin eks-müdiri azadlığa buraxıldı .....                     Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir .....                     ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib .....                     "Mən nə millət vəkiliyəm, nə nazir, nə də hansısa dövlət qurumunun rəhbəri..." .....                     AzəriQaz-da KORRUPSİYA BUMU... .....                     PKK Türkiyə cəbhəsindən çəkilib İran sərhədlərinə toplandı .....                     İspaniya Avropa Birliyindən qovulur? .....                     "Məni hansı hüquqi əsasla bloklamısınız?" .....                     AzəriQaz-da hesab-kitabı da bilmirlər? .....                     Gürcüstanda ali təhsil pulsuz olacaq... BİZDƏ İSƏ... .....                     "Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?" .....                     Qusarda sağ qalmaq üçün... .....                     "Pulunuz yoxdursa su üzünə həsrət qalmalısınız..." .....                     Kartdan karta köçürməyə QADAĞA: Məmur korrupsiyası... .....                     10 il gizləndi, ancaq bu səhv onu ələ verdi .....                     Azərbaycan ət niyə bahalaşır? .....                 

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!
Tarix: 6-05-2025, 08:42 | Çap et
Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?
“Azərbaycanda su qıtlığı yoxdur. Amma içməli su problemi var”. Bu ifadə sizə ziddiyyətli görünə bilər. Amma məhz bu ziddiyyət ölkənin su böhranının əsas mahiyyətini təşkil edir. Yeraltı və yerüstü su ehtiyatlarımız ölkənin müxtəlif bölgələrində, kifayət qədərdir — xüsusilə də Abşeron yarımadasında. Lakin problem bu resursların azlığında deyil, onların necə idarə olunmasındadır. Bu problemin əsasında su ehtiyatının çatışmazlığı dayanmayıb. Su siyasətindəki sistemsizlik, infrastrukturda mövcud olan boşluqlar və nəzarətsizlik ölkəni get-gedə daha ciddi bir ekoloji və ictimai təhlükə ilə üz-üzə qoyur.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

Bunun ən bariz nümunəsi isə Ceyranbatan gölüdür — ölkənin ən böyük və strateji içməli su ehtiyatı hesab olunan bu göl illərdir paytaxt Bakı və ətraf rayonların su təchizatında əsas rol oynayır. Amma bu gün gəlib elə bir nöqtəyə çıxmışıq ki, Ceyranbatan gölü artıq sadəcə içməli su mənbəyi yox, çirkab sularının, kanalizasiya axıntılarının, heyvan və quş leşlərinin toplaşdığı bir bataqlığa çevrilmək təhlükəsi ilə üz-üzədir. Bu iddia heç də emosional və əsassız deyil. Sosial şəbəkələrdə yayılan kadrlar, ətrafda yaşayan sakinlərin illərdir etdiyi şikayətlər, bəzən isə məsul qurumların verdiyi dolayı etiraflar bu vəziyyəti açıq şəkildə təsdiqləyir. Yeni salınan yaşayış massivlərindən, çoxmərtəbəli binalardan, sənaye obyektlərindən gələn kanalizasiya sularının Ceyranbatan gölünə axıdılması artıq gizli saxlanıla bilməyəcək qədər açıq bir fəlakət halıdır.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

Bu göl — hansı ki, onilliklər əvvəl böyük zəhmət və xərclə tikilən su təmizləmə qurğularının mərkəzində yerləşir — öz funksiyasını get-gedə itirir. Çünki bu gün ora tökülən çirkabın miqdarı, təmizləmə sistemlərinin gücündən və texniki imkanlarından qat-qat artıqdır. Sistem sadəcə bu yükü daşıya bilmir. Üstəlik, bu, yalnız texniki yox, ictimai sağlamlıq və ekoloji təhlükəsizlik məsələsidir. İçdiyimiz suyun haradan və hansı yolla gəldiyi artıq təkcə ekspertləri və ekologiyanı düşünənləri narahat etməməlidir — bu, hər bir vətəndaşın həyatına, sağlamlığına təsir edən birbaşa milli təhlükəsizlik məsələsidir.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

Bunun paralelində, Azərbaycanın başqa bir təbii sərvəti də, xüsusilə Masazır Duz gölü ekoloji təhdidlərə məruz qalır. Bir zamanlar Masazır Duz gölü Azərbaycanın təbii sərvəti kimi tanınırdı. Qədimdən bəri xalq bu göldən hasil edilən duzu yalnız mətbəxdə yox, həm də müalicəvi məqsədlərlə istifadə edirdi. Amma bu gün həmin gölün adı artıq sağlamlıq yox, zəhərlənmə, laqeydlik və təhlükə ilə yanaşı çəkilir. Masazır gölü indi, kanalizasiya tullantılarının birbaşa axıdıldığı bataqlığa çevrilməkdədir. Ətrafdakı yaşayış massivlərindən, fərdi evlərdən, hətta bəzi sənaye obyektlərindən gələn kanalizasiya suları gölə tökülür. Həmin göldə isə duz hasil olunur — bəli, məhz bizim mağazalarda, restoranlarda, mətbəxlərdə istifadə etdiyimiz duz. İctimaiyyəti sakitləşdirmək üçün bəzən “duz mikrobları öldürür”, – deyə cavab verilir. Bu fikir, ilk baxışda elmi əsaslı görünə bilər. Amma sadə məntiq göstərir ki, məsələ heç də bu qədər sadə deyil. Kanalizasiya sularında təkcə mikroblar deyil, ağır metallar, zərərli kimyəvi maddələr, toksinlər və parazitlər də mövcuddur. Duzun yüksək konsentrasiyası, bəlkə də, bəzi bakteriyaların yaşamasına mane ola bilər, amma bu, həmin duzun tam təhlükəsiz olduğu anlamına gəlmir. Bir duz təbəqəsinin üzərindən kanalizasiya suları axıb keçirsə, o məhsulun gigiyenik keyfiyyəti necə təmin oluna bilər? Həmin duzun emalı prosesi hansı şəraitdə aparılır? Gigiyenik və sanitariya nəzarəti necə həyata keçirilir? Bu suallara isə aydın və ictimaiyyətə açıq cavab verən yoxdur.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

Əvvəllər “xəzinə” sayılan Masazır duzu bu gün, bəlkə də, ən təhlükəli qida əlavəsinə çevrilib. Zəhərli tullantılarla qarışmış duzun gündəlik qidalanmada istifadəsi, uzunmüddətli dövrdə orqanizmdə ciddi xəstəliklərin yaranmasına yol aça bilər — mədə-bağırsaq pozğunluqları, xərçəng riskləri, dəri və böyrək problemləri və daha nələr… Burada məsələ təkcə qidanın dadında deyil — məsələ onun təmizliyində, sağlamlıq üçün təhlükə yaratmamasındadır. İndi isə vaxtilə “duz mikrobları öldürür”, – deyərək ictimaiyyəti susdurmağa çalışan bəzi rəsmilərə sual vermək lazım gəlir: Əgər duz mikrobu öldürürsə, bəs görəsən insan sağlamlığını da “öldürürmü”?

Təəssüf doğuran məqam odur ki, vətəndaşlardan hər ay kanalizasiya pulu yığılır, amma bu vəsait nə kanalizasiya sistemlərinin yenilənməsinə, nə də təmizləmə qurğularının qurulmasına yönəlir. Əksinə, bu sistemlər ya mövcud deyil, ya da işlək vəziyyətdə deyil. Məqsəd yalnız pul toplamaqdırsa, bu sistemin adını “xidmət” deyil, “rüsum” qoymaq daha dürüst olar.

Gəlin tarixə bir nəzər salaq. 20-ci əsrin əvvəllərində, imkanlar olduqca məhdud olduğu bir dövrdə Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə Şollar su kəmərini çəkdirərək Bakıya təmiz içməli su gətirdi. O zaman maşın yox idi, texnologiya yox idi, amma niyyət vardı. Bu gün isə texnologiya var, büdcə var, imkanlar saysızdır. Amma nə su təmizdir, nə duz. Sözün açığı, nə də niyyət var. Əhalinin sağlamlığı göz görə-görə bəzi qurumların laqeydsizliyindən təhlükəyə atılır.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

“ƏSAS GÜNAHKAR KİMDİR? Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinə baxan əsas qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Onlar kanalizasiya xətlərinin çəkilişinə, istismarına və tullantı sularının idarə olunmasına məsuldurlar. Bəs bu qədər aydın və real təhlükə qarşısında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nə edir? Sadəcə susur. Bəlkə də, statistik hesabatlarda hər şey qaydasındadır, amma əhalinin qarnına gedən suyun tərkibi reallığı deyir.

“Yuxarıda qeyd etdiyimiz Ceyranbatan və Masazır Duz göllərinin ekoloji problemləri, əslində sadəcə ekoloji təhdidlərdən ibarət deyil. Bu vəziyyət artıq bir ictimai təhlükəyə çevrilmişdir. Sadəcə bir dəfə Ceyranbatan və ya Masazır Duz gölünün ətrafına getmək və ya internetdə 5 dəqiqə araşdırma aparmaq, vəziyyətin nə qədər ciddi olduğunu görməyə yetər. Bu ölkədə insanlar xəstələnir, müalicə axtarır, amma çox vaxt bu xəstəliklərin mənbəyi içdiyimiz və istifadə etdiyimiz suyun içində gizlənir.
İndi isə bizə yalnız bir sual qalır: bu təhlükənin qarşısı nə vaxt alınacaq? Həm ekoloji vəziyyətin qorunması, həm də əhalinin sağlamlığı baxımından atılacaq addımlar həyati əhəmiyyət daşıyır. Belə bir vəziyyətdən çıxış yolu aydındır: Ceyranbatan gölünün üzərinə qoruyucu setka çəkilməsi və axan mikrobial suların ümumi kanalizasiya sisteminə birləşdirilməsi. Bu sadə tədbirlər, yalnız su ehtiyatlarının keyfiyyətini artırmayacaq, həm də əhalinin sağlamlığını və ətraf mühitin qorunmasını təmin edəcəkdir.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

Əgər belə sadə bir həlli tapmaq bu qədər çətindirsə, amma, məsələnin həlli daha mürəkkəb olmamalıdır. Bu yazı, müvafiq qurumların bu məsələyə ciddi yanaşması və ekoloji vəziyyətə diqqət yetirməsi üçün bir çağırışdır”.

Elşad FƏRMANOĞLU - tezadlar.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Başçı deputatın adamından da QORXUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:47
Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı - FOTO
Bu gün, 11:41
“Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” - Şəfəq Abdullayeva
Bu gün, 11:39
Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu – AĞIR CƏZA
Bu gün, 11:37
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
Bu gün, 11:34
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
Bu gün, 11:32
Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib - "Newsarmenia"
Bu gün, 11:26
QHT əməkdaşları Ağdərədə minaya düşdülər - Yaralananlar var...
Bu gün, 11:24
Müharibə Əfqanıstana sıçradı - TƏFƏRRÜAT
Bu gün, 11:21
Sabiq icra başçısı müavini AQC sədrinin müşaviri təyin olundu - FOTOLAR
Bu gün, 11:16
Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur - AÇIQLAMA
Bu gün, 11:11
Magistratura ilə bağlı SOS - “İxtisaslı kadrlar kənarda qalır”
Bu gün, 11:09
Ölkədə ARANI QARIŞDIRMAQ istəyənlər var... - MÜRACİƏT
Bu gün, 11:07
Ermənistanın hakim partiyası: Qaregini katolikos kimi tanımırıq - KİV
Bu gün, 11:05
Manatı BUNDAN SONRA nə gözləyir... - AKTUAL
Bu gün, 11:03
Britaniya şirkəti Azərbaycan bazarından çəkilir
Bu gün, 11:01
"Azəriqaz"ın əsas problemi qaz itkisidir, yoxsa idarəetmə fəlsəfəsi? - Görünəni odur ki...
Bu gün, 10:54
Bu il Xankəndidə 2 milyonluq nizamnamə kapitalı ilə yaradılmış şirkət “maya”sını azaldıb
Bu gün, 10:50
Lilit Makunts Ermənistan baş nazirinin aparat rəhbəri təyin olundu - Makunts isə...
Bu gün, 10:47
Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi – Şok səbəb
Bu gün, 10:29
“SOCAR Petroleum” Naxçıvana benzin və dizel daşınmasını 17.2 milyon manata BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 10:27
Uşaq bağçasında BÖYÜKLƏR HOQQA VERİR - İTTİHAM VAR...
Bu gün, 10:21
Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxır – ABŞ–İran danışıqları qiymətləri BELƏ DƏYİŞƏCƏK
Bu gün, 10:16
BTQ Korsika Assambleyasının qondarma "Artsax"la bağlı qanunvericilik təşəbbüsünü pisləyib - BƏYANAT
Bu gün, 10:14
Lerik rayon Dövlət Arxivinin eks-müdiri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:24
Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir – Sona Qazaryan
Bu gün, 08:18
ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib - Tramp belə deyir...
Bu gün, 08:16
"Mən nə millət vəkiliyəm, nə nazir, nə də hansısa dövlət qurumunun rəhbəri..." - REPLİKA
Bu gün, 08:03
AzəriQaz-da KORRUPSİYA BUMU... - vətəndaşın canı ilə risqə gedirlər...
Bu gün, 07:59
PKK Türkiyə cəbhəsindən çəkilib İran sərhədlərinə toplandı - NƏ BAŞ VERİR?
Bu gün, 07:46
İspaniya Avropa Birliyindən qovulur? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Məni hansı hüquqi əsasla bloklamısınız?" - GİLEY
Bu gün, 07:41
AzəriQaz-da hesab-kitabı da bilmirlər? - GİLEY
Bu gün, 07:30
Gürcüstanda ali təhsil pulsuz olacaq... BİZDƏ İSƏ... - AXI NİYƏ?..
Bu gün, 07:21
"Hökumətdə iqtisadi mövzulara hərtərəfli baxış niyə zəifdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
Qusarda sağ qalmaq üçün... - GƏRƏK YUXARIDA TANISIN OLA...
Bu gün, 07:10
"Pulunuz yoxdursa su üzünə həsrət qalmalısınız..." - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Kartdan karta köçürməyə QADAĞA: Məmur korrupsiyası... - BUNA GÖRƏ İMİŞ...
Bu gün, 06:51
10 il gizləndi, ancaq bu səhv onu ələ verdi – Ərdoğana sui-qəsd qrupunun son üzvü belə yaxalandı
Bu gün, 06:41
Azərbaycan ət niyə bahalaşır? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 06:21
Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL - Narazı qalan türkiyəli qonaq çağırış etdi
Bu gün, 06:15
"Bir meymun var idi, konsertdə qəfəsin ağzını açıb tutuquşunu uçurtdu"
Bu gün, 06:10
"Brent" markalı neftin qiyməti 82 dollardan aşağı düşüb
Bu gün, 06:08
İranla danışıqlar bu gün bərpa olunacaq - Tramp belə deyir...
Bu gün, 06:05
Günün günorta çağı QARƏT... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 08:36
Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb - "Truth Social"
Dünən, 08:26
Suriya İraqa xəbərdarlıq etdi: - Hücum cavabsız qalmayacaq
Dünən, 08:24
Bu ölkə bizə Qara dənizdə kömək edə bilər - Zelenski
Dünən, 08:22
Müharibə Azərbaycan sərhədlərinə yaxınlaşır? – Tehran narahatdır…
Dünən, 08:21
AzəriQaz-da ABSURD BÜROKRATİYA... - Nəticədə vətəndaş yenə eyni sualı verir...
Dünən, 07:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru