Ermənistan KİV-lərinin məlumatına görə, Lilit Makunts Ermənistan Baş nazirinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
KONKRET.az xəbər verir ki, bununla yanaşı, ABŞ-da keçmiş səfir olan Makunts Baş nazir Nikol Paşinyanın baş müşaviri vəzifəsindən azad edilib.
Lilit Makunts 2018-2021-ci illərdə Ermənistan parlamentində hakim “Mənim addımım” fraksiyasının rəhbəri olub. Daha sonra Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Onun yeni vəzifəyə gətirilməsi Paşinyan administrasiyasında struktur dəyişiklikləri və kadr yenilənməsi çərçivəsində qiymətləndirilir.















