Belə davam etsə, Göytəpə BOZTƏPƏ olacaq... .....                     Elməddin Cəfərovun əsas demək istədiyi təkcə kino sahəsi ilə bağlı deyildi... .....                     Trampın helikopterinin uçuşu zamanı təhlükəsizlik standartları pozulub .....                     İrəvandan Bakıya müsbət siqnallar: Referenduma gediləcəkmi? .....                     SOCAR KÜTLƏVİ İXTİSAR faktını NİYƏ DANIR? .....                     "Rəhbər şəxslərini bu gəmiyə gətirsək, dözə bilərlər?" .....                     "Bu ideyanı verən, içkili olub ideya verərkən?" .....                     Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT .....                     Eşqi Bağırov nazir postuna gətirilir .....                     "Hələ avtobusdakı davaları demirəm..." .....                     İcra başçısı XALQ ÇİMƏRLİYİNİ satıb? .....                     "Banklar bu xərcləri kompensasiya etmək üçün faiz dərəcələrini yüksəldirlər" .....                     “Xarici görünüşləri üzərində işləyirlər, intellektləri üzərində də işləsələr yaxşı olar” .....                     Cənubi Qafqazın taleyini dəyişəcək layihə: Anakliya işə salınır .....                     Gürcüstana gedən turistlər Azərbaycana niyə gəlmirlər? .....                     Neft kəskin ucuzlaşdı .....                     "Nigar Klinikası" BAĞLANDI: Külli miqdarda borcla .....                     Ailə büdcənizi yenidən qurun: Bu mallarda bahalaşma olacaq .....                     Ordumuzla üzbəüz döyüş mövqeyində şok .....                     ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı .....                     “A4 Ofis” MMC ay ərzində beşnci satınalma müqaviləsini .....                     Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib .....                     Jurnalistdən “Bank Respublika”ya ağır ittiham .....                     “Yelo Bank” 55 milyon manatdan çox əmanət “itirib” .....                     ABŞ İranla müharibədə yüksək dəqiqlikli uzaqmənzilli raketlərin, demək olar, hamısını istifadə edib .....                     15 gün qazsız qalacaq rayona .....                     İlan sancan aktyordan xəbər var: .....                     Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb? .....                     11 nəfərlik dəstənin içində dünya çempionu da var: 4 milyon ələ keçirilib .....                     "Unibank"da ixtisarlar .....                     Göygöldə 2 sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında .....                     ABŞ bu günlərdə İranla saziş bağlaya bilər .....                     ”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR .....                     Moskva Paşinyanı açıq-aşkar HƏDƏLƏDİ .....                     Prosesi Azərbaycan Ordusu başlatdı .....                     Rusiyada Ermənistan istehsalı olan bir sıra suların satışı qadağan edilib .....                     "Brent" neftinin qiyməti 81 dollardan aşağı düşdü .....                     Sülh sazişi bu il imzalana bilər .....                     Birinin borcuna görə hamının suyunu kəsən komendatdan .....                     Bakıda 22,5 milyon manata .....                 

Cənubi Qafqazın taleyini dəyişəcək layihə: Anakliya işə salınır - GƏLİŞMƏ
Tarix: Bu gün, 05:53 | Çap et

Gürcüstanda Rusiyadan yan keçməklə Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin mühüm halqası və gələcəyin regional logistika mərkəzi hesab olunan Anakliya dərin dəniz limanının tikintisinin əsas mərhələlərindən biri başlayıb. Bu barədə Georgia Online nəşri məlumat yayıb.

Ölkənin İqtisadiyyat Nazirliyinin məlumatına görə, Belçikanın “Jan De Nul” şirkətinə məxsus ixtisaslaşmış gəmi limanın akvatoriyasına daqxil olub. Gəmi iri tonnajlı konteyner daşıyan gəmilərin qəbulunu təmin etmək üçün dəniz dibinin dərinləşdirilməsi və giriş kanalının yaradılması işlərinə başlayacaq.

Layihə çərçivəsində dəniz dibinin dərinliyi 17,5 metrə çatdırılacaq. Növbəti mərhələdə isə uzunluğu 1380 metr olan dalğaqıranın tikintisinə başlanacaq. Nazirliyin məlumatına əsasən, layihə plan üzrə icra olunur və dibin dərinləşdirmə işlərinin 2027-ci ilin mayında başa çatdırılması nəzərdə tutulur.

2024-cü ildə dəniz infrastrukturunun tikintisi müqaviləsini qazanan Belçikanın “Jan De Nul” şirkəti işləri gürcü tərəfdaşları ilə birlikdə həyata keçirir. Dövlət isə gələcək limana avtomobil və dəmir yolunun tikintisini öz üzərinə götürüb.

Hakimiyyət layihənin birinci mərhələsini 2029-cu ilədək başa çatdırmağı planlaşdırır. İstismara verildikdən sonra liman ildə 600 minədək konteyner emal etmək gücünə malik olacaq. Layihənin ilk mərhələsinə yatırılacaq investisiyanın həcmi isə təxminən 600 milyon ABŞ dolları qiymətləndirilir.

Gürcüstanda “əsrin layihəsi” adlandırılan Anakliya limanının tikintisi dəfələrlə təxirə salınmışdı. 2020-ci ildə hökumət Gürcüstan-Amerika konsorsiumu ilə bağlanmış müqaviləni ləğv etdikdən sonra layihə faktiki olaraq dondurulmuşdu. Lakin beynəlxalq ticarətdə Orta Dəhlizin əhəmiyyətinin artması bu layihəyə yeni təkan verib.

İyul ayında Gürcüstan hakimiyyəti bəyan edib ki, liman Landlord modeli əsasında inkişaf etdiriləcək. Bu modelə əsasən, torpaq sahələri və əsas infrastruktur dövlətin nəzarətində qalacaq, ayrı-ayrı terminalların idarə olunması isə özəl və beynəlxalq operatorlara həvalə ediləcək.

İqtisadiyyat naziri Mariam Kvrivişvilinin sözlərinə görə, bu yanaşma yük axınlarının şaxələndirilməsinə və Anakliya limanının beynəlxalq nəqliyyat şəbəkəsinə daha sürətlə inteqrasiyasına imkan verəcək.

Çoxdan gözlənilən bu layihənin nəhayət ölü nöqtədən tərpəndiyini demək olarmı? Bu limanın fəaliyyətə başlaması Gürcüstan, Azərbaycan və Ermənistan üçün nə ifadə edəcək? O, Çin və Mərkəzi Asiya ölkələrindən Avropa İttifaqına yönələn yükdaşımaların həcminin nəzərəçarpacaq dərəcədə artmasına səbəb ola bilərmi?

Pressklub.az-ın suallarını politologiya professoru, Gürcüstanın əməkdar jurnalisti Badri Naçkebiya cavablandırıb.

Onun sözlərinə görə, məsələ ondadır ki, Gürcüstan Anakliya limanı ətrafındakı ajiotajı müəyyən qədər azaltmağa imkan verən mühüm addımlardan birini atıb. “Bu limanın tikintisi uzun illərdir siyasi çalar daşıyır. Əvvəla, yəqin, çoxları bilir ki, əvvəlcə limanın ABŞ şirkəti tərəfindən tikilməsi nəzərdə tutulurdu. Daha sonra tenderi Çin şirkəti qazandı. Lakin sonda belə qənaətə gəlindi ki, bu məsələdə bir çox ölkələrin siyasi maraqları üst-üstə düşmür. Məhz buna görə Gürcüstanın tətbiq etdiyi model ən məqbul variant oldu. Bu, əslində, Landlord modelidir. Həmin modelə əsasən torpaq dövlətin nəzarətində qalır, terminalların idarə olunması isə özəl və beynəlxalq operatorlara verilir.

Biz gələcəkdə belə bir modelin tətbiqini gözləyirdik. Ancaq Gürcüstan hökuməti bu qərarı gözlənilmədən və qısa müddətdə qəbul etdi. Buna görə də düşünürəm ki, Gürcüstan bu məsələdə ABŞ-ın, Çinin və hətta Rusiyanın maraqlarını nəzərə alaraq məsləhətləşmələr aparıb”, – professor bildirib.

Onun fikrincə, məhz bu model ən optimal seçim olub.

İqtisadiyyat naziri Mariam Kvrivişvilinin də dediyi kimi, Gürcüstan bu model sayəsində yük axınlarını şaxələndirə və Anakliya limanının beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasını sürətləndirə biləcək. Hesab edirəm ki, bundan təkcə Gürcüstan deyil, bütün region faydalanacaq.

İstisna etmirəm ki, Gürcüstan ilk növbədə bütün regionun maraqlarını ön planda saxlamağa çalışacaq. Ola bilsin ki, ən əlverişli şərait, məsələn, Azərbaycan və ya Qazaxıstan investisiyalarına yaradılacaq.

Hazırda Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər tam problemsiz olmasa da, yaxın gələcəkdə Aİ-dən investisiyalar yenə də gələcək. Bu nəqliyyat dəhlizi yalnız Gürcüstan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün faydalı olacaq”, – Naçkebiya vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Belə davam etsə, Göytəpə BOZTƏPƏ olacaq... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:45
Elməddin Cəfərovun əsas demək istədiyi təkcə kino sahəsi ilə bağlı deyildi... - REPLİKA
Bu gün, 07:37
Trampın helikopterinin uçuşu zamanı təhlükəsizlik standartları pozulub - WSJ
Bu gün, 07:25
İrəvandan Bakıya müsbət siqnallar: Referenduma gediləcəkmi? - AKTUAL
Bu gün, 07:23
SOCAR KÜTLƏVİ İXTİSAR faktını NİYƏ DANIR? - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
"Rəhbər şəxslərini bu gəmiyə gətirsək, dözə bilərlər?" - NARAZILIQ VAR...
Bu gün, 07:13
"Bu ideyanı verən, içkili olub ideya verərkən?" - ETİRAZ
Bu gün, 07:02
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
Bu gün, 06:49
Eşqi Bağırov nazir postuna gətirilir - İDDİA
Bu gün, 06:36
"Hələ avtobusdakı davaları demirəm..." - GİLEY
Bu gün, 06:30
İcra başçısı XALQ ÇİMƏRLİYİNİ satıb? - "Glam Beach"in sahibinə KİM AYAQ VERİR?
Bu gün, 06:22
"Banklar bu xərcləri kompensasiya etmək üçün faiz dərəcələrini yüksəldirlər" - Əkrəm Həsənov
Bu gün, 05:57
“Xarici görünüşləri üzərində işləyirlər, intellektləri üzərində də işləsələr yaxşı olar” - Ceyran Rəhimova
Bu gün, 05:55
Cənubi Qafqazın taleyini dəyişəcək layihə: Anakliya işə salınır - GƏLİŞMƏ
Bu gün, 05:53
Gürcüstana gedən turistlər Azərbaycana niyə gəlmirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Neft kəskin ucuzlaşdı - son durum...
Bu gün, 05:48
"Nigar Klinikası" BAĞLANDI: Külli miqdarda borcla - FOTO
Bu gün, 05:46
Ailə büdcənizi yenidən qurun: Bu mallarda bahalaşma olacaq - ÇAĞIRIŞ
Bu gün, 05:36
Ordumuzla üzbəüz döyüş mövqeyində şok – Erməni hərbçi heyrətləndirdi
Bu gün, 05:34
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
Dünən, 18:18
“A4 Ofis” MMC ay ərzində beşnci satınalma müqaviləsini – "AZƏRİŞIQ"LA BAĞLADI
Dünən, 18:12
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib - Ermənistan mediası
Dünən, 18:01
Jurnalistdən “Bank Respublika”ya ağır ittiham - “Əməkhaqqı hesabımı qanunsuz bloklayıblar”
Dünən, 17:45
“Yelo Bank” 55 milyon manatdan çox əmanət “itirib” - DETALLAR
Dünən, 17:44
ABŞ İranla müharibədə yüksək dəqiqlikli uzaqmənzilli raketlərin, demək olar, hamısını istifadə edib - "Reuters"
Dünən, 17:41
15 gün qazsız qalacaq rayona kompensasiya veriləcək?
Dünən, 17:39
İlan sancan aktyordan xəbər var: - "Böyük qorxu keçirdim"
Dünən, 17:32
Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb? - İTTİHAM VAR...
Dünən, 17:23
11 nəfərlik dəstənin içində dünya çempionu da var: 4 milyon ələ keçirilib - TƏFƏRRÜAT
Dünən, 17:19
"Unibank"da ixtisarlar - 150 nəfər işdən çıxarılıb
Dünən, 17:18
Göygöldə 2 sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında
Dünən, 17:10
ABŞ bu günlərdə İranla saziş bağlaya bilər - KİV
Dünən, 17:00
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
Dünən, 16:52
Moskva Paşinyanı açıq-aşkar HƏDƏLƏDİ - Görünəni odur ki...
Dünən, 16:41
Prosesi Azərbaycan Ordusu başlatdı – Rusiya kritik qərar verə bilər
Dünən, 16:39
Rusiyada Ermənistan istehsalı olan bir sıra suların satışı qadağan edilib
Dünən, 16:37
"Brent" neftinin qiyməti 81 dollardan aşağı düşdü
Dünən, 16:36
Sülh sazişi bu il imzalana bilər - “Paşinyan 300 min imza ilə buna getsə…”
Dünən, 16:34
Birinin borcuna görə hamının suyunu kəsən komendatdan ŞİKAYƏT VAR
Dünən, 16:32
Bakıda 22,5 milyon manata Təbiət Tarix Muzeyi yaradılacaq
Dünən, 16:29
Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? - SİYAHI
Dünən, 16:28
Məcburi köçkünlərin qaldığı başqa vətəndaşlara məxsus evlərin taleyi necə olacaq? - AKTUAL
Dünən, 16:23
Paşinyana yaxın kanal Karapetyanı ələ saldı
Dünən, 16:19
“ITOCHU” Azərbaycandan çıxmır – SOCAR-la əməkdaşlıq genişlənəcək
Dünən, 15:57
İki dəfə yüksək məbləğdə cərimələnən məşhur klinika borca düşdü
Dünən, 15:53
Paşinyan niyə Putinə tez-tez zəng edir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:50
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub p “Vedomosti”
Dünən, 15:33
"Birinci ağzından vurdum, dişləri qırıldı" - Həbsxanada məhkumu öldürən Nurullah
Dünən, 14:43
Onlayn ticarət mağazaları BAĞLANACAQ? — "Rəqabəti qorumaq üçün..."
Dünən, 14:38
“Dələduzluğun kökünü kəsmək üçün…” - Tanınmış vəkildən ÇAĞIRIŞ
Dünən, 14:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru