Əsas Səhifə > Ana xəbər / Güney Press > Lilit Makunts Ermənistan baş nazirinin aparat rəhbəri təyin olundu

Lilit Makunts Ermənistan baş nazirinin aparat rəhbəri təyin olundu


Bu gün, 10:47

Ermənistan KİV-lərinin məlumatına görə, Lilit Makunts Ermənistan Baş nazirinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

KONKRET.az xəbər verir ki, bununla yanaşı, ABŞ-da keçmiş səfir olan Makunts Baş nazir Nikol Paşinyanın baş müşaviri vəzifəsindən azad edilib.

Lilit Makunts 2018-2021-ci illərdə Ermənistan parlamentində hakim “Mənim addımım” fraksiyasının rəhbəri olub. Daha sonra Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Onun yeni vəzifəyə gətirilməsi Paşinyan administrasiyasında struktur dəyişiklikləri və kadr yenilənməsi çərçivəsində qiymətləndirilir.


Geri qayıt