Həmcinslərini Türkiyədə hədə-qorxu yolu ilə cinsi istismara məruz qoyan qadınla bağlı .....                     Saatlıda dövlətin SU EHTİYATI TÜKƏNİB? .....                     "E-manat"ın sahibinin dövlətə küllü miqdarda borcu yaranıb .....                     Dələduzluqda ittiham olunan FHN əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı .....                     Vüsal Nəsirli işdən çıxarılan sədr müavininə yeni vəzifə verdi .....                     3 il öncə DTX tərəfindən saxlanılan Arayik doğrudanmı qolundakı qandalın səbəbini bilmir? .....                     "TikTok" mübahisəsi bıçaqlanma ilə nəticələndi, .....                     1 milyon nəyə xərclənib? .....                     Rubinyan jurnalistlərə məhdudiyyət iddialarını təkzib etdi .....                     Rusiyanın ən dağıdıcı silahı ortaya çıxdı .....                     “Daşnaksütyun”un üzvü saxlanıldı .....                     Naxçıvanda Elvar Babayevin ŞÜBHƏLİ ÖLÜMÜ... .....                     Qızılın qiyməti ilə oynayıb, milyonlar qazanan kimlərdir? .....                     İran Ukrayna limanlarına cavab zərbəsi endirmək planından imtina edib .....                     "Hər dəfə fərqli bəhanə gətirirlər..." .....                     Dil suverenliyi, yoxsa iqtisadi praqmatizm? .....                     Dünyanın ən borclu ölkələri açıqlandı .....                     Lizinq şirkəti “Hermes Finance”nin xalis mənfəəti 79% azalıb .....                     Təranə Quliyeva yüksək vəzifəyə təyin olundu .....                     Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı .....                     Ermənistanla sərhədlər bu tarixdə AÇILIR? .....                     Paşinyan çıxış yolu axtarır .....                     Rusiya “Teleqram”ın yaradıcısı Durovu terrorçuluğa yardım ittihamı ilə axtarışa verib .....                     "Səni deyirlər, ay İlqar müəllim..." .....                     Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır? .....                     "YAXIN 2–3 AYDA VƏZİYYƏT ÇOX GƏRGİN VƏ FACİƏVİ OLACAQ" .....                     Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb .....                     Fuad Nağıyev bacarmadı: BƏLKƏ... .....                     Bu da AAYDA-nın MƏRİFƏTİ .....                     Tramp Netanyahunu əvvəlki səfərlərlə müqayisədə daha soyuq qarşılayıb .....                     Şəmsi Səmədzadə buna görə həbs olunubmuş... .....                     Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə .....                     Krım körpüsü tezliklə dağıdılacaq .....                     Oman Hörmüz boğazı ilə bağlı İrana yeni plan təqdim edib .....                     SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb .....                     Dambrauskas müəllim Azərbaycan futbolu adına NİYƏ DANIŞIR Kİ? .....                     Putin Bakıya niyə zəng etmişdi.... .....                     "Çevikin həbsi vəziyyətin heç də ürəkaçan məcrada getmədiyini göstərir" .....                     Nə başıörtülü qadın təhqir olunmalıdır, nə də başıaçıq qadın! .....                     Zelenski Trampla görüşdən məmnun ayrılıb .....                 

Paşinyan çıxış yolu axtarır - konstitusiya islahatı sülh sazişinin taleyini müəyyən edəcək
Tarix: Bu gün, 10:16 | Çap et

Ermənistan Milli Assambleyasının 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkiləri nəticəsində formalaşan IX çağırışı avqustun 2-də ilk iclasına başlayacaq. Yeni parlamentdə müxalifətdə yer alan hakim “Vətəndaş Müqaviləsi” Partiyası Milli Assambleyada 64 mandat əldə edib. “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat qazanıb.

Yeni parlamentin qarşısında duran ən mühüm siyasi məsələlərdən biri də Ermənistan Konstitusiyasına dəyişikliklərin həyata keçirilməsi olacaq. Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasını davamlı sülh üçün əsas şərtlərdən biri hesab edir. Məhz buna görə də parlamentin fəaliyyəti təkcə daxili siyasi proseslər baxımından deyil, həm də regionda sülhün taleyi baxımından xüsusi əhəmiyyət daşıyacaq.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə 64 mandata sahib olsa da, konstitusiyanın dəyişdirilməsi təkcə parlament çoxluğu ilə həll edilən məsələ deyil. Ermənistan qanunvericiliyinə əsasən, yeni konstitusiyanın qəbulu və ya əsaslı konstitusiya dəyişiklikləri ümumxalq referendumu vasitəsilə təsdiqlənməlidir.

Yeri gəlmişkən, Ermənistanın fövqəladə və səlahiyyətli keçmiş səfiri Dzyunik Ağacanyan “Politik.am”ın YouTube kanalına müsahibəsində “TRIPP” layihəsi və Zəngəzur istiqamətində kommunikasiyaların açılması ilə bağlı ciddi iddialar səsləndirib. Ağacanyan Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizi ilə bağlı hər hansı razılaşma ölkənin ərazi bütövlüyünə birbaşa təsir göstərdiyindən yalnız ümumxalq referendumu vasitəsilə təsdiqlənə biləcəyini deyib.

Ermənistanda Mərkəzi Seçki Komissiyası da “Avrasiya Alyansı” vətəndaş təşəbbüs qrupunun keçirilməsi üçün müraciətini təsdiqləyib. Qeyd olunur ki, mümkün referendum Ermənistanın qarşısında duran əsas sualı - Avropa İttifaqına inteqrasiya, yoxsa Aİİ-də qalmaq seçimini həll edə bilər.

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hazırda öz gələcəyi üçün kifayət qədər təhlükəli və taleyüklü seçim qarşısındadır: “Baş nazir Nikol Paşinyanın qarşısında duran ən əsas geosiyasi dilemmalardan biri Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında strateji seçim etməkdir. Bu xəttin hüquqi müstəviyə daşınması, həm də Azərbaycana qarşı olan ərazi iddialarından rəsmən imtina olunduğunu bildirmək üçün ölkə konstitusiyasında köklü dəyişikliklərin edilməsi üçün referendumun keçirilməsi zərurətini yaradır. Ehtimal olunur ki, ümumxalq səsverməsində məhz bu iki mühüm məsələ - xarici siyasi kurs və ana qanuna dəyişikliklər xalqın mühakiməsinə verilə bilər.

Siyasi reallıq ondan ibarətdir ki, referendumun elan edilməsi üçün Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyasının parlamentdə kifayət qədər səs çoxluğu yoxdur. Konstitusiya islahatları və ya referendum qərarının parlament yolu ilə qəbul edilməsi üçün deputatların ümumi sayının ən azı üçdə iki (2/3) hissəsinin, yəni ən azından 70 deputatın dəstəyi mütləqdir. Lakin son seçkilərdə Paşinyanın partiyası cəmi 64 deputat mandatı qazanıb ki, bu da onlara təkbaşına konstitusion qərarlar qəbul etmək imkanı vermir.

Konstitusiyaya əsasən, qanunverici prosesin mərhələlərinə görə dəyişiklik təklifini deputatların ən azı üçdə biri (1/3), hökumət və ya 200 min seçici vətəndaş təşəbbüsü ilə irəli sürə bilər. Lakin təşəbbüsün kimdən gəlməsindən asılı olmayaraq, layihənin referenduma göndərilməsinə dair yekun qərar yenə də parlamentdə deputatların ümumi sayının ən azı 2/3 səs çoxluğu ilə təsdiqlənməlidir. Məhz bu hüquqi boşluq fonunda, Mərkəzi Seçki Komissiyası tərəfindən müraciəti təsdiqlənən “Avrasiya Alyansı” vətəndaş təşəbbüsü qrupunun fəaliyyəti diqqət çəkir. Sabiq deputat Tiqran Urixanyanın təmsil etdiyi qüvvələr və “Alyans” Partiyasının nümayəndələrindən ibarət olan bu qrupa avqustun 3-dən etibarən 60 gün ərzində 200 min imza toplamaq tələbi qoyulub. Lakin bu imzalar toplansa belə, layihə parlamentə gəldikdə yenə də 2/3-lik ciddi səs maneəsi ilə üzləşəcək ki, bu da yekun qərarın qəbulunda böyük çətinliklərin olacağından xəbər verir.

Parlamentin yeni sessiyasının ilk rəsmi iclası ərəfəsində Paşinyanın təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə arasında baş tutan telefon danışığı da bu mənada təəccüb doğurur. Bu danışıq zamanı Ermənistanın gələcək siyasi-iqtisadi xətti, regional kommunikasiyaların açılması layihələri və regionda sülh-sabitlik məsələlərinin müzakirə olunduğu bildirilir. Parlament iclası qabağı Moskvaya edilən bu zəng Paşinyanın həm Rusiya ilə iqtisadi gərginliyi yumşaltmaq, həm də referendum təzyiqləri qarşısında balans yaratmaq cəhdi kimi də qəbul oluna bilər".

Deputat deyib ki, keçmiş səfir Ağacanyanın kommunikasiyaların açılması barədə səsləndirdiyi fikirlər Zəngəzur dəhlizi ilə bağlı Ermənistan daxilində kifayət qədər gərgin münasibətlərin olduğunu göstərir: “O hesab edir ki, bu məsələ də referendum vasitəsilə həll olunmalıdır. Ermənistanda bəzi dairələr tərəfindən Zəngəzur dəhlizi məsələsi ölkənin suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirildiyindən belə bir təklif üzərində təkid edilir. Bütün bunlar Ermənistanda Zəngəzur marşrutu ətrafında siyasi mübarizənin və qütbləşmənin daha da güclənəcəyini göstərir. Paşinyan iqtidarının bu məsələ ilə bağlı manevr imkanları da faktiki olaraq minimuma yaxınlaşır. Ona görə də Paşinyan siyasi məsuliyyətin cəmiyyətlə bölüşdürülməsi məqsədilə bu məsələnin referenduma çıxarılmasını dəstəkləyə bilər”.

A.Badamov yaxın dövrdə Ermənistanda bir-biri ilə əlaqəli üç böyük referendum gündəliyi ilə baş-başa qaldığını dedi: “Bunlar konstitusiya islahatı, Zəngəzur dəhlizi və ölkənin xarici siyasi kursu məsələsidir. "Putin ittifaqı" ifadəsi də məhz bu kontekstdə ortaya çıxır. Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqında qalmağa üstünlük verərsə, bu, Rusiyanın regiondakı təsirini qoruyub saxlaması deməkdir. Əksinə, Avropa İttifaqına inteqrasiyaya üstünlük verilərsə, Moskvanın Cənubi Qafqazdakı mövqelərinə ciddi zərbə vurulmuş olur. Buna görə də Ermənistanın mümkün referendumları təkcə ölkədaxili siyasi proses deyil, həm də Rusiya-Qərb rəqabətinin bu ölkədə üzə çıxan təzahürüdür.

Belə görünür ki, avqustun 2-də fəaliyyətə başlayacaq yeni parlamentin əsas missiyası qanunvericilik fəaliyyətindən daha çox bu referendumlara siyasi və hüquqi zəmin hazırlamaq və onu hökumətin arzu etdiyi kimi nəticələndirməkdir. Referendumların nəticələri həm Azərbaycan-Ermənistan sülh prosesinin taleyini, həm Zəngəzur marşrutunun reallaşmasını, həm də Ermənistanın gələcək geosiyasi kursunu müəyyən edəcək".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həmcinslərini Türkiyədə hədə-qorxu yolu ilə cinsi istismara məruz qoyan qadınla bağlı QƏRAR
Bu gün, 11:57
Saatlıda dövlətin SU EHTİYATI TÜKƏNİB? - NARAZILIQ VAR...
Bu gün, 11:54
"E-manat"ın sahibinin dövlətə küllü miqdarda borcu yaranıb - DETALLAR
Bu gün, 11:51
Dələduzluqda ittiham olunan FHN əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 11:50
Vüsal Nəsirli işdən çıxarılan sədr müavininə yeni vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 11:49
3 il öncə DTX tərəfindən saxlanılan Arayik doğrudanmı qolundakı qandalın səbəbini bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:46
"TikTok" mübahisəsi bıçaqlanma ilə nəticələndi, məhkəmə amnistiya tətbiq etdi
Bu gün, 11:44
1 milyon nəyə xərclənib? - BU NƏDİ BELƏ?
Bu gün, 11:37
Rubinyan jurnalistlərə məhdudiyyət iddialarını təkzib etdi - AÇIQLAMA
Bu gün, 11:28
Rusiyanın ən dağıdıcı silahı ortaya çıxdı – Putin də elan vermişdi
Bu gün, 11:27
“Daşnaksütyun”un üzvü saxlanıldı - KİV
Bu gün, 11:22
Naxçıvanda Elvar Babayevin ŞÜBHƏLİ ÖLÜMÜ... - HAMIYA TAPŞIRIBLAR Kİ...
Bu gün, 11:11
Qızılın qiyməti ilə oynayıb, milyonlar qazanan kimlərdir? – Pərdəarxası detallar
Bu gün, 11:05
İran Ukrayna limanlarına cavab zərbəsi endirmək planından imtina edib - NYT
Bu gün, 11:03
"Hər dəfə fərqli bəhanə gətirirlər..." - NARAZILIQ VAR...
Bu gün, 10:57
Dil suverenliyi, yoxsa iqtisadi praqmatizm? - Rus sektorunun gələcəyi
Bu gün, 10:45
Dünyanın ən borclu ölkələri açıqlandı - SİYAHI
Bu gün, 10:41
Lizinq şirkəti “Hermes Finance”nin xalis mənfəəti 79% azalıb
Bu gün, 10:39
Təranə Quliyeva yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 10:34
Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı - Görüntülər
Bu gün, 10:31
Ermənistanla sərhədlər bu tarixdə AÇILIR? – Mühüm ANONS
Bu gün, 10:19
Paşinyan çıxış yolu axtarır - konstitusiya islahatı sülh sazişinin taleyini müəyyən edəcək
Bu gün, 10:16
Rusiya “Teleqram”ın yaradıcısı Durovu terrorçuluğa yardım ittihamı ilə axtarışa verib - TASS
Bu gün, 10:13
"Səni deyirlər, ay İlqar müəllim..." - ETİRAZ VAR!
Bu gün, 08:12
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"YAXIN 2–3 AYDA VƏZİYYƏT ÇOX GƏRGİN VƏ FACİƏVİ OLACAQ" – "İrana qarşı quru əməliyyatı keçirmək risk deyil, ağılsızlıqdır!"
Bu gün, 08:00
Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC
Bu gün, 07:57
Fuad Nağıyev bacarmadı: BƏLKƏ... - Görünəni odur ki...
Bu gün, 07:46
Bu da AAYDA-nın MƏRİFƏTİ - GİLEY
Bu gün, 07:42
Tramp Netanyahunu əvvəlki səfərlərlə müqayisədə daha soyuq qarşılayıb - WSJ
Bu gün, 07:34
Şəmsi Səmədzadə buna görə həbs olunubmuş... - FOTO
Bu gün, 07:31
Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə – Ermənistan ordusu güclənir?
Bu gün, 07:04
Krım körpüsü tezliklə dağıdılacaq - Ekstrasens
Bu gün, 07:02
Oman Hörmüz boğazı ilə bağlı İrana yeni plan təqdim edib - TƏFƏRRÜAT
Bu gün, 07:01
SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb - "Tasnim"
Bu gün, 06:58
Dambrauskas müəllim Azərbaycan futbolu adına NİYƏ DANIŞIR Kİ? - dünən meydanda azərbaycanlı var idi?
Bu gün, 06:24
Putin Bakıya niyə zəng etmişdi.... - AKTUAL
Bu gün, 06:13
"Çevikin həbsi vəziyyətin heç də ürəkaçan məcrada getmədiyini göstərir" - REAKSİYA
Bu gün, 06:07
Nə başıörtülü qadın təhqir olunmalıdır, nə də başıaçıq qadın! - ÇAĞIRIŞ
Bu gün, 06:01
Zelenski Trampla görüşdən məmnun ayrılıb - KİV
Bu gün, 05:47
"Sənin mənim prezidentim olmağını istəmirəm" - Gənc rus aktyor Putinə OD PÜSKÜRDÜ
Bu gün, 05:41
Natiq Cəfərli hakim partiyaya MEYDAN OXUDU - "...sən DEyəsən, onlar BATa!"
Bu gün, 05:29
Rövşən Nəcəf cənabları da büdcə pullarını BELƏ MƏNİMSƏYİR - Rəşad Əsgərovun ƏLİ İLƏ...
Bu gün, 05:23
Merilin Monronun görünməyən tərəfi ekrana gəlir
Bu gün, 04:57
Dövlətə borcu olan "Avto Qarant" MMC "qapılarını bağladı" - FOTO
Bu gün, 00:18
Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi – səssiz savaş başlayır
Bu gün, 00:16
Yaşlı qadını xüsusi amansızlıqla öldürən şəxsdən xəbər var
Dünən, 17:58
"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR - FOTO
Dünən, 17:54
"Guya oğullarını öldürüb qurban kəsmişik" - Qonşularını öldürən ər-arvadın İŞİ
Dünən, 17:36
YAP Nizami Rayon Təşkilatının Yay Məktəbi iştirakçıları Veysəloğlu Şirkətlər Qrupunda maarifləndirici infoturda iştirak ediblər - FOTO
Dünən, 17:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru