
Rus aktyor Aleksey Yarmuşçik Putini tənqid edən bir video yayımlayaraq, artıq susmaq istəmədiyini bildirib.
"DİA-AZ" xəbər verir ki, 25 yaşlı Yarmuşçikin sözlərinə görə, o, Putini sevən və hörmət edən bir dənə də olsun yaşıd tanımır - onlar yalnız ondan qorxurlar.
“Sənin mənim prezidentim olmağını istəmirəm. Həyatımda heç vaxt. Televizoruna baxmaq istəmirəm. Mahnılarımı dinləmək istəyirəm. VK-dan istifadə etmək istəmirəm. İnstaqramdan istifadə etmək istəyirəm. Krımın bizim olduğuna inanmıram. Bütün tanışlarım gedir. Səni prezident kimi sevən və sənə hörmət edən bu insanların harada olduğunu bilmirəm. Sən mənim prezidentim deyilsən.”


















