" "Azad Logistic" şirkəti ilə Amerikadan maşın sifariş vermişəm. Maşın 6 aydan sonra Potiyə çatdı, konteynerdən də çıxarılıb, amma..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Orxan Quluyev adlı istifadəçi qeyd edir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə deyir: "Amma artıq 1 aydır maşını təhvil ala bilmirik. Deyirlər ki, guya maşın “yaşıla keçməlidir”, amma hər dəfə fərqli bəhanə gətirirlər.
Bu 1 ay ərzində məni ancaq aldadıblar. Şirkətin bütün nömrələrinə zəng edirəm, ya cavab vermirlər, ya da deyirlər nömrə işləmir. Çox məsuliyyətsiz yanaşmadır.
Kimin başına belə hadisə gəlib? Bu problemi necə həll etmisiniz? Heç kimə bu şirkətlə işləməyi məsləhət görmürəm..."









