TV-də rüsvayçılıq: Küsülü ərlə arvadın “insidenti” .....                     II Qaregin və altı yepiskop barəsində cinayət işi .....                     Müqtəda əs-Sədr SEPAH-a .....                     Duma şizofreniyasının zirvəsi: .....                     Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurub .....                     Nazir müavini ilə bağlılığı olan şirkət Azərbaycana 52 din xadimi gətirir .....                     “Nə internet düzəlir, nə də zənglərə cavab verirlər” .....                     Mərkəzi Bank “Tiko Azərbaycan”a məcburi göstəriş verdi .....                     “P-Aqro” şirkətinin vəzifəli şəxsi sükan arxasında ürəktutmadan ölüb, maşın kanala aşıb .....                     Vüqar Əhmədov iki rayonun rəislərinin yerini dəyişdi .....                     Məhəmməd Hüseynov vəzifəsindən azad olundu .....                     “AzSığorta”nın mənfəətində milyonluq azalma: ŞİRKƏT ZƏRƏRLƏ İŞLƏYİR .....                     Sevinc Yusifova da vəzifəsindən azad edildi .....                     Azərbaycan əsilli model 13 yaş kiçik sevgilisi ilə əl-ələ .....                     Nərgiz Qurbanova Pakistana səfir təyin olunur? .....                     Şirkətin hesabından 37 min manat çıxaran mühasiblə bağlı .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Moskvada miqrantlar yenə alçaldılıb .....                     Tibbi preparat idxalı adı ilə şirkət rəhbərinin milyonlarla manatlıq dələduzluq əməli .....                     Sabiq deputat işsiz qalması ilə bağlı ilk dəfə danışdı .....                     Anar Bayramov bu xəstəxanaya direktor müavini təyin etdi .....                     Ermənistanda “əsrin məhkəməsi” başlayır .....                     Həmcinslərini Türkiyədə hədə-qorxu yolu ilə cinsi istismara məruz qoyan qadınla bağlı .....                     Saatlıda dövlətin SU EHTİYATI TÜKƏNİB? .....                     "E-manat"ın sahibinin dövlətə küllü miqdarda borcu yaranıb .....                     Dələduzluqda ittiham olunan FHN əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı .....                     Vüsal Nəsirli işdən çıxarılan sədr müavininə yeni vəzifə verdi .....                     3 il öncə DTX tərəfindən saxlanılan Arayik doğrudanmı qolundakı qandalın səbəbini bilmir? .....                     "TikTok" mübahisəsi bıçaqlanma ilə nəticələndi, .....                     1 milyon nəyə xərclənib? .....                     Rubinyan jurnalistlərə məhdudiyyət iddialarını təkzib etdi .....                     Rusiyanın ən dağıdıcı silahı ortaya çıxdı .....                     “Daşnaksütyun”un üzvü saxlanıldı .....                     Naxçıvanda Elvar Babayevin ŞÜBHƏLİ ÖLÜMÜ... .....                     Qızılın qiyməti ilə oynayıb, milyonlar qazanan kimlərdir? .....                     İran Ukrayna limanlarına cavab zərbəsi endirmək planından imtina edib .....                     "Hər dəfə fərqli bəhanə gətirirlər..." .....                     Dil suverenliyi, yoxsa iqtisadi praqmatizm? .....                     Dünyanın ən borclu ölkələri açıqlandı .....                     Lizinq şirkəti “Hermes Finance”nin xalis mənfəəti 79% azalıb .....                 

3 il öncə DTX tərəfindən saxlanılan Arayik doğrudanmı qolundakı qandalın səbəbini bilmir? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 11:46 | Çap et

İyulun 28-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Dövlət ittihamını müdafiə edən prokurorlar Anar Ələkbərov və Sevinc Qasımova çıxışlarında bildiriblər ki, adıçəkilən şəxslərin Azərbaycanın suveren ərazilərinin işğal edilməsində, müxtəlif qanunsuz fəaliyyətlərin həyata keçirilməsində, Ermənistanın formalaşdırdığı və himayə etdiyi cinayətkar birliklərin tərkibində və təcavüzkar müharibənin aparılmasında iştirakları təsdiq olunub. Məhkəmənin növbəti iclası iyulun 31-də keçiriləcək.

28 iyul tarixindəki məhkəmədə təəccüb doğuran bir sıra məqamlar olub ki, bunlardan da biri Arayik Harutyunyanın replika hüququndan istifadə edərək ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini söyləməsi olub.

Ənənəvi erməni həyasızlığının növbəti təzahürü olan bu davranış bir sıra sualları aktuallaşdırıb. Doğrudanmı 3 il öncə - 2023-cü ilin oktyabrında DTX tərəfindən saxlanılan Arayik Harutyunyan qoluna taxılan qandalın səbəbini bilmir? Həqiqətənmi tarixi Azərbaycan torpaqlarında qondarma respublika quraraq ona “prezidentlik” edən bu şəxs hesab edir ki, onun əməlində heç bir cinayət tərkibi yoxdur? Gerçəkdənmi cənnət Qarabağda cəhənnəm toxumları səpən bu şəxs hüquq pərdəsi altında öz terrorçu simasını gizlədə, yenidən azadlığa çıxacağına inanır?

Şübhəsiz ki, vaxtiylə işğal altındakı Azərbaycan torpaqlarında “baş separatçı” kimi fəaliyyət göstərən Arayik Harutyunyan nəinki ona qarşı irəli sürülən itthamaların tamamilə haqlı və yerində olduğunu bilir, bundan artıqlaması ilə əmindir. Çünki bu ittihamların hər birini sübut edən yüzlərlə şahid ifadəsi, təkzibedilməz foto-video faktlar və digər sübutlar mövcuddur. Hansı ki, bu faktların hər biri məhkəmə prosesində dönə-dönə öz təsdiqini tapıb, təkrar-təkrar isbatlanıb. Arayik qondarma “prezident” vəzifəsini icra edərkən də, 2023-cü ilin lokal anti-terror əməliyyatıəndan sonra qaçıb gizlənərkən də, DTX tərəfindən saxlanılarkən də, hakim qarşısına çıxarılarkən də kim olduğunu, bütün bunların niyə baş verdiyini yaxşı bilirdi. O, yaxşı bilirdi ki, müstəqil bir dövlətin suveren torpaqlarında oyuncaq “dövlət” qurmaq, bu torpaqları terror düşərgəsinə çevirmək, 44 günlük müharibə dönəmində Azərbaycanın yaşayış məntəqələrini raket zərbələrinə məruz qoymaq cinayətdir və bu cinayət əsla cəzasız qala bilməz. O, bütün bunları bilə-bilə öz çirkin əməllərindən imtina etməmiş, saxlanıldığı ana qədər mənfur əməllərini davam etdirmişdir. Və bu gün özünə qarşı irəli sürülən, qəti şəkildə təsdiqini tapan ittihamlarla barışmadığını bildirən Arayik, bunca faktlara rəğmən günahsız olduğunu iddia etməkdədir. Arayikin bu davranışı erməni həyasızlığının sərhəd tanımadığını, vaxtiylə Azərbaycan torpaqlarında cəhənnəm yaradan iblislərin bu gün cənnət axtarışına çıxdığını, törətdikləri minlərlə qanlı əməllərə baxmayaraq, azad olunmaq üçün növbəti yalanlara əl atdığını göstərir. Bu fakt sübut edir ki, erməni faşizmi düşünüldüyündən daha təhlükəli, daha qorxuncdur. Erməni faşizmi o qədər təhlükəli və həyasızdır ki, qanlı əməllərini sübut edən bunca faktlara rəğmən inkarçılıq mövqeyini sürdürməkdə, cəllad olduğu halda mələk rolunda çıxış etməkdə, məhkəmə və ictimaiyyəti aldatmağa çalışmaqda heç bir qəbahət görmür. Və erməni faşizmi o qədər axmaqdır ki, boynunda minlərlə insanın qanı olduğu, arxasında bütöv bir qan gölü buraxdığı halda, qolundakı qandalları azadlıq müjdəsi ilə dəyişə biləcəyinə ümid edir. Hüquq və ədalət, insanlıq və humanizm prinsipinə çoxdan xəyanət edən bu şəxslər, hələ də arxalarında cəhənnəm qoyub gəldikləri halda önlərində cənnət axtarmaqda davam edirlər.

Lakin Arayik realist olmağı bacarmalıdır. O, anlamalıdır ki, onun qolundakı qandallarla xəyalını qurduğu azadlıq arasında öz bəd əməlləri – törətdiyi saysız-hesabsız cinayətlər, günahsız insanların qan və göz yaşları dayanır. Və bu keçilməz sədd heç vaxt ona arzusunda olduğu azadlığa qovuşmağa, doğan günəşi, açılan səhərləri qorxusuz salamlamağa imkan verməyəcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Seymur ƏLİYEV - moderator.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TV-də rüsvayçılıq: Küsülü ərlə arvadın “insidenti” – Faciə yaşana bilərdi
Bu gün, 13:04
II Qaregin və altı yepiskop barəsində cinayət işi məhkəməyə göndərilib
Bu gün, 13:02
Müqtəda əs-Sədr SEPAH-a ÇAĞIRIŞ ETDİ
Bu gün, 13:01
Duma şizofreniyasının zirvəsi: - Mironov kimi "strateqi" olan ölkənin düşmənlərə ehtiyacı yoxdur
Bu gün, 12:59
Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurub
Bu gün, 12:56
Nazir müavini ilə bağlılığı olan şirkət Azərbaycana 52 din xadimi gətirir – 122 min manat ayrıldı
Bu gün, 12:52
“Nə internet düzəlir, nə də zənglərə cavab verirlər” – İstifadəçilər “Fibernet”dən şikayət edir
Bu gün, 12:51
Mərkəzi Bank “Tiko Azərbaycan”a məcburi göstəriş verdi - SƏBƏB
Bu gün, 12:47
“P-Aqro” şirkətinin vəzifəli şəxsi sükan arxasında ürəktutmadan ölüb, maşın kanala aşıb - TƏFƏRRÜAT
Bu gün, 12:42
Vüqar Əhmədov iki rayonun rəislərinin yerini dəyişdi - ADLAR
Bu gün, 12:41
Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 12:40
“AzSığorta”nın mənfəətində milyonluq azalma: ŞİRKƏT ZƏRƏRLƏ İŞLƏYİR – HESABAT
Bu gün, 12:35
Sevinc Yusifova da vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Bu gün, 12:31
Azərbaycan əsilli model 13 yaş kiçik sevgilisi ilə əl-ələ - FOTO
Bu gün, 12:28
Nərgiz Qurbanova Pakistana səfir təyin olunur? - DOSYE
Bu gün, 12:21
Şirkətin hesabından 37 min manat çıxaran mühasiblə bağlı QƏRAR
Bu gün, 12:18
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:15
Moskvada miqrantlar yenə alçaldılıb - sənədləri qaydasında olsa da...
Bu gün, 12:07
Tibbi preparat idxalı adı ilə şirkət rəhbərinin milyonlarla manatlıq dələduzluq əməli - MƏHKƏMƏ
Bu gün, 12:06
Sabiq deputat işsiz qalması ilə bağlı ilk dəfə danışdı -Elm adamı kimi auditoriyada dərs də deyə bilmirəm…
Bu gün, 12:04
Anar Bayramov bu xəstəxanaya direktor müavini təyin etdi - ƏMR
Bu gün, 12:02
Ermənistanda “əsrin məhkəməsi” başlayır - Qaregini hansı cəza gözləyir?
Bu gün, 12:00
Həmcinslərini Türkiyədə hədə-qorxu yolu ilə cinsi istismara məruz qoyan qadınla bağlı QƏRAR
Bu gün, 11:57
Saatlıda dövlətin SU EHTİYATI TÜKƏNİB? - NARAZILIQ VAR...
Bu gün, 11:54
"E-manat"ın sahibinin dövlətə küllü miqdarda borcu yaranıb - DETALLAR
Bu gün, 11:51
Dələduzluqda ittiham olunan FHN əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 11:50
Vüsal Nəsirli işdən çıxarılan sədr müavininə yeni vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 11:49
3 il öncə DTX tərəfindən saxlanılan Arayik doğrudanmı qolundakı qandalın səbəbini bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:46
"TikTok" mübahisəsi bıçaqlanma ilə nəticələndi, məhkəmə amnistiya tətbiq etdi
Bu gün, 11:44
1 milyon nəyə xərclənib? - BU NƏDİ BELƏ?
Bu gün, 11:37
Rubinyan jurnalistlərə məhdudiyyət iddialarını təkzib etdi - AÇIQLAMA
Bu gün, 11:28
Rusiyanın ən dağıdıcı silahı ortaya çıxdı – Putin də elan vermişdi
Bu gün, 11:27
“Daşnaksütyun”un üzvü saxlanıldı - KİV
Bu gün, 11:22
Naxçıvanda Elvar Babayevin ŞÜBHƏLİ ÖLÜMÜ... - HAMIYA TAPŞIRIBLAR Kİ...
Bu gün, 11:11
Qızılın qiyməti ilə oynayıb, milyonlar qazanan kimlərdir? – Pərdəarxası detallar
Bu gün, 11:05
İran Ukrayna limanlarına cavab zərbəsi endirmək planından imtina edib - NYT
Bu gün, 11:03
"Hər dəfə fərqli bəhanə gətirirlər..." - NARAZILIQ VAR...
Bu gün, 10:57
Dil suverenliyi, yoxsa iqtisadi praqmatizm? - Rus sektorunun gələcəyi
Bu gün, 10:45
Dünyanın ən borclu ölkələri açıqlandı - SİYAHI
Bu gün, 10:41
Lizinq şirkəti “Hermes Finance”nin xalis mənfəəti 79% azalıb
Bu gün, 10:39
Təranə Quliyeva yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 10:34
Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı - Görüntülər
Bu gün, 10:31
Ermənistanla sərhədlər bu tarixdə AÇILIR? – Mühüm ANONS
Bu gün, 10:19
Paşinyan çıxış yolu axtarır - konstitusiya islahatı sülh sazişinin taleyini müəyyən edəcək
Bu gün, 10:16
Rusiya “Teleqram”ın yaradıcısı Durovu terrorçuluğa yardım ittihamı ilə axtarışa verib - TASS
Bu gün, 10:13
"Səni deyirlər, ay İlqar müəllim..." - ETİRAZ VAR!
Bu gün, 08:12
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"YAXIN 2–3 AYDA VƏZİYYƏT ÇOX GƏRGİN VƏ FACİƏVİ OLACAQ" – "İrana qarşı quru əməliyyatı keçirmək risk deyil, ağılsızlıqdır!"
Bu gün, 08:00
Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC
Bu gün, 07:57
Fuad Nağıyev bacarmadı: BƏLKƏ... - Görünəni odur ki...
Bu gün, 07:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru