İranşünasdan Bakıya qarşı .....                     “İtirən siz olarsınız, Türkiyə yox” .....                     Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır .....                     Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi .....                     "Cəhənnəmə gedən özünə yoldaş axtarır" .....                     Azərbaycan daha az buğda alıb, .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     “Əsgər formasında rəqs: .....                     "Paşa Bank"dan "Paşa Holdinq"ə... .....                     “Qutusu açılmayıb” deyib köhnə telefon satırlar .....                     Məhkəmə deputatın professor olan qudası ilə bağlı .....                     Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib .....                     “Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” .....                     Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: .....                     “Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” .....                     Agentlik sədri özünə yeni müşavir təyin etdi .....                     DSX-nin hərbi qulluqçuları təltif edilib .....                     Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib .....                     Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib .....                     "Unibank kartdakı pulumu oğurlayıb..." .....                     Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? .....                     “TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu .....                     İran AzTV-yə danışan məmurları həbs edəcək .....                     Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... .....                     Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir .....                     "Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? .....                     Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. .....                     Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri .....                     Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı .....                     Məhkəmə deputatın professor olan qudası ilə bağlı .....                     Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? .....                     " Uşağı doyunca qucaqlaya bilmədik..." .....                     Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub .....                     Rusiya Təhlükəsizlik Şurasının radikal ritorikasının arxasında nə gizlənir? .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib .....                     Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər: Qiymət dəyişəcək? .....                     Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur .....                     “Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR... .....                     Bakıda axşam konsertləri davam edir .....                     İrandan Zəngəzura yeni TƏHDİD .....                 

Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Tarix: 18-07-2026, 06:37 | Çap et

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır.

İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin sərt tələblərinə cavab verməlidir.

Məsələ ilə bağlı AQTA-nın şöbə müdiri Q. Əbdüləliyev qeyd edib ki, bu tələblər daşınma zamanı heyvanlarda yaranan stresin azaldılmasına, onların rifahının qorunmasına və xəstəlik riskinin minimuma endirilməsinə xidmət edir.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən Azərbaycana gətirilən heyvanlar artıq bu cür ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınır. Məqsəd Rusiya və Gürcüstandan idxal olunan heyvanların da həmin standartlara uyğun şəkildə daşınmasını təmin etməkdir.

Respublikanın baş dövlət baytarlıq müfəttişi bu sahədə fəaliyyət göstərən sahibkarlara cari ilin sonunadək yeni tələblərə uyğun hazırlıq işlərini başa çatdırmağı tövsiyə edib və bildirib ki, növbəti ildən etibarən ölkəyə idxal olunan heyvanların yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınması nəzərdə tutulur.

Azərbaycana idxal olunan diri heyvanların yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınması barədə yeni tələblər ictimai müzakirələrə səbəb olub.

Xüsusilə sahibkarlar üçün yaranacaq əlavə xərclərin sonradan ətin satış qiymətinə təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar yaranıb.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, AQTA-nın tətbiq etdiyi yeni tələblər idxal olunan heyvanların daşınması zamanı xüsusi nəqliyyat vasitələrindən istifadəni zəruri edir:

“Bu isə heyvan daşıyan avtomobillərin alınması, uyğunlaşdırılması, dezinfeksiyası və saxlanılması kimi əlavə xərclər yarada bilər. Nəticədə idxalçılar bu xərclərin bir hissəsini məhsulun satış qiymətinə əlavə etməyə cəhd göstərə bilərlər.

Bununla belə, yeni qaydaların ətin qiymətinə təsiri yalnız daşınma xərclərindən asılı deyil. Bazarda rəqabət, idxal həcmi, yem qiymətləri, valyuta məzənnəsi və digər iqtisadi amillər də qiymətlərin formalaşmasına təsir göstərir”.

O qeyd edib ki, buna görə də təkcə bu tələblərin ətin qiymətində ciddi bahalaşmaya səbəb olacağını qəti şəkildə söyləmək mümkün deyil:

“Eyni zamanda, beynəlxalq standartlara uyğun daşınmanın təmin edilməsi heyvanların sağlamlığının qorunmasına, xəstəlik riskinin azalmasına və qida təhlükəsizliyinin yüksəlməsinə xidmət edir. Uzunmüddətli perspektivdə bu cür tədbirlər məhsulun keyfiyyətinin və təhlükəsizliyinin artırılması baxımından müsbət nəticələr verə bilər”.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə bildirib ki, bəzən dövlət orqanları və ya dövlət məmurları hər hansı addım atan kimi müxalif fikirli insanlar dərhal buna irad bildirirlər:

“Xaricdən diri heyvanların müasir dövrün tələblərinə cavab verən xüsusi avtomobillərlə daşınmasını müsbət hal kimi qəbul etmək lazımdır. Mən kifayət qədər müşahidə aparmışam, xaricdən gətirilən heyvanların necə daşındığını görmüşəm. Təəssüf ki, onlara bəzən işgəncə verilir, ayaqları sınır, müxtəlif xəsarətlər alırlar.

Yəni heyvanlar normal şəraitdə daşınmırlar. Ona görə də hesab edirəm ki, xaricdən ölkəyə idxal olunan diri heyvanların müasir standartlara cavab verən yük avtomobillərində daşınması həm onların sağlamlığı, həm də daşınma zamanı xəstəliklərə yoluxma riskinin azalması baxımından vacibdir”.

Onun sözlərinə görə, bu tələbi ölkədaxili heyvan daşınmasına şamil etmək düzgün olmaz:

“Bizim kəndlilərin və fermerlərin xüsusi avtomobillər almaq imkanı yoxdur. Onlar heyvanlarını bazara aparıb-gətirmək üçün əlavə xərc çəkməməlidirlər. Düşünmürəm ki, buna ehtiyac var. Hesab etmirəm ki, bu dəyişiklik ətin qiymətinin artmasına səbəb olacaq.

Azərbaycan sahibkarları diri heyvanı başqa ölkələrdən idxal edirlər və həmin ölkələrdə bu standartlara cavab verən nəqliyyat vasitələri mövcuddur. Bu baxımdan, əlavə xərc çox cüzi olacaq.

Üstəlik, mənim məlumatıma görə, xaricdən diri heyvanların idxal dəyəri kifayət qədər aşağıdır. Bunu nəzərə alsaq, bu prosesin ətin qiymətinə təsir etməsi gözlənilmir”.

Ekspert qeyd edib ki, bu sahə ilə məşğul olan idxalçılar məsələyə öz münasibətlərini bildirə bilərlər:

“Hökumət də bunu nəzərə almalı, zərurət yaranarsa, rüsumlarda müəyyən güzəştlər tətbiq etməli və ya sahibkarlarla müzakirələr aparmalıdır ki, süni qiymət artımına yol verilməsin.

Mən inanmıram ki, heyvanların daşınması üçün istifadə olunacaq xüsusi avtomobillər əhəmiyyətli dərəcədə daha çox yanacaq sərf etsin. Eyni zamanda, bu nəqliyyat vasitələri də əvvəlki kimi eyni sayda və eyni çəkidə heyvan daşıya biləcək. Yəni daşınma baxımından ciddi əlavə xərc yaranacağını düşünmürəm."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranşünasdan Bakıya qarşı SƏRSƏMLİK
Bu gün, 13:18
“İtirən siz olarsınız, Türkiyə yox” - Ərdoğandan MESAJ
Bu gün, 13:16
Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:09
Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi – AÇIQLAMA
Bu gün, 13:05
"Cəhənnəmə gedən özünə yoldaş axtarır" - Xarici "ət" və Belarus domeni ".bel"
Bu gün, 13:03
Azərbaycan daha az buğda alıb, amma daha çox xərc çəkib
Bu gün, 12:59
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 12:57
“Əsgər formasında rəqs: - Müğənninin görüntüləri etiraz doğurdu”
Bu gün, 12:55
"Paşa Bank"dan "Paşa Holdinq"ə... - Əmir Məmmədov menecer təyin edildi
Bu gün, 12:51
“Qutusu açılmayıb” deyib köhnə telefon satırlar - Azərbaycanda alıcıları necə aldadırlar?
Bu gün, 12:48
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:40
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib - İyun ayında saxlanılmışdı...
Bu gün, 12:34
“Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” – meşədəki qətlin TƏFƏRRÜATI
Bu gün, 12:31
Tehrandan İraq Kürdüstanına gözlənilməz hücum: - Məsrur Bərzaninin rezidensiyası hədəf alındı
Bu gün, 12:28
“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” - FOTO
Bu gün, 12:23
Agentlik sədri özünə yeni müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:20
DSX-nin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM
Bu gün, 12:14
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib - SİYAHI
Bu gün, 12:13
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib - ADLAR
Bu gün, 12:12
"Unibank kartdakı pulumu oğurlayıb..." - BU NƏDİ BELƏ?
Bu gün, 12:06
Paşinyanın "dost", "düşmən", "qələbə" və "məğlubiyyət" mesajı nəyi hədəfləyir? - İNCƏLƏMƏ
Bu gün, 11:57
“TikTok”da tanış olduğu qadına qarşı 91 minlik dələduzluq edən “vəzifəli şəxs”ə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:53
İran AzTV-yə danışan məmurları həbs edəcək – Tehranda yeni qanun
Bu gün, 11:51
Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR... - AÇIQLAMA
Bu gün, 11:42
Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə
Bu gün, 11:35
"Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır? - NARAZILIQ VAR...
Bu gün, 11:25
Vaxtı keçmiş dondurmanı niyə yığışdırmırlar ki?.. - FOTOFAKT
Bu gün, 11:15
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri AÇIQLANDI
Bu gün, 11:03
Milli fəal Abbas Lisaninin xanımı “ETTELAAT”-a çağırıldı - Rejim güneylilərə qarşı basqıları artırdı...
Bu gün, 11:01
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 10:58
Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? - TƏFƏRRÜAT
Bu gün, 10:55
" Uşağı doyunca qucaqlaya bilmədik..." - NARAZILIQ VAR...
Bu gün, 10:50
Pakistanın Azərbaycandakı kredit biznesinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:36
Rusiya Təhlükəsizlik Şurasının radikal ritorikasının arxasında nə gizlənir? - GƏLİŞMƏ
Bu gün, 10:34
“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib
Bu gün, 10:32
Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər: Qiymət dəyişəcək? - AKTUAL
Bu gün, 10:28
Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur - “Fars News”
Bu gün, 10:23
“Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:20
Bakıda axşam konsertləri davam edir - FOTO
Bu gün, 09:58
İrandan Zəngəzura yeni TƏHDİD – Tehran HƏDDİ aşdı
Bu gün, 09:54
"Adamına de ki Xəqani Bəşirliyə desin... sənə ştat versin..." - ƏMƏLLİ-BAŞLI BAZAR AÇIBLAR!
Bu gün, 09:45
Kəlbəcərdə narazılıq yaradan KİMDİR? - Görünəni odur ki...
Bu gün, 07:23
Bu sahədə də GERİDƏ QALMIŞIQ... - MALƏSƏF...
Bu gün, 07:17
Keçmiş deputatın şirkəti QANUN BİLMİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:13
Maliyyə Nazirliyi kimə kimdən gileylənir ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
Ruslar “Fire Point” zavodunu vura bilib? - Rəsmi Kiyev təkzib edir...
Bu gün, 07:00
Allahı sonradan tanıya bildim... - REPLİKA
Bu gün, 06:54
Səs sala bilmişdi... - SƏSSİZ GETDİ...
Bu gün, 06:47
Erməni yalan təbliğatının qurbanı olan yaşlı qadın - Bir fotonun izi ilə...
Bu gün, 06:32
Tramp əgər Azərbaycanın dostudursa... - "Etmir, deməli, etmək istəmir..."
Bu gün, 06:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru