“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     Putin ailəsi haqda sirri açdı: .....                     Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi .....                     ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik .....                     Anar Əsədli barəsində qərar verilib .....                     “Kanalizasiya yağış suyunu daşıya bilmir” .....                     Moskva ilə İrəvan arasında dərinləşən böhran .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” .....                     AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib .....                     Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı .....                     Ermənistanda 2 yeni “Rus evi” açılacaq .....                     Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır .....                     Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                     “Bu, ədalətli deyil!” .....                     İcra Hakimiyyəti bir milyonluq gül alır .....                     “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” .....                     TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib .....                     Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                     Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? .....                     "Boğulurdum, hələ belə ağrı görməmişdim" .....                     Bakıda qızını bıçaqlayan qadına hökm oxundu .....                 

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Tarix: 17-07-2026, 12:24 | Çap et

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qanunlar kobud şəkildə tapdalandığı və ağır xəstələrin həyatının təhlükəyə məruz qaldığı iddia olunur

Səhiyyə sistemindəki islahatlar, icbari tibbi sığortanın tətbiqi əhalinin keyfiyyətli tibbi xidmətə çıxışını təmin etməli olduğu halda, bəzi dövlət tibb müəssisələri hələ də köhnə idarəetmə metodlarından, korrupsiya və qohumbazlıq iddialarından can qurtara bilmir.

Poliqon qeyd edir ki, redaksiyamıza daxil olan şikayət və məlumatlar əsasında apardığımız araşdırma göstərir ki, belə acınacaqlı vəziyyətin hökm sürdüyü ocaqlardan biri də Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutudur. Burada rentgen, kompyuter tomoqrafiyası (KT) və spiometriya müayinələri ətrafında qurulan "sistem" həm dövlət qanunlarını heçə sayır, həm də ağır xəstələrin həyatını təhlükəyə atır.

İnstituta müraciət edən xəstələr, xüsusilə də vərəm və ağır tənəffüs yolları xəstəliyindən əziyyət çəkənlər bildirirlər ki, KT (kompyuter tomoqrafiyası) müayinəsindən keçmək üçün aylarla növbədə gözləməli olurlar. Rentgen otaqlarının qarşısında isə saatlarla davam edən insan növbələri adi hala çevrilib.

Maraqlı və düşündürücü məqam ondan ibarətdir ki, institutun digər korpuslarında analoji aparatlar mövcud olsa da, onlar xidmətə verilmir, sanki qəsdən gizli saxlanılır. Xəstələrin iddiasına görə, bu süni növbələrin yaradılmasının yeganə səbəbi "növbədənkənar" müayinə xidməti təşkil etmək və xəstələrdən qeyri-qanuni pul qoparmaqdır. Beləliklə, dövlətin xalqın istifadəsi üçün ayırdığı bahalı avadanlıqlar bəzi şəxslərin şəxsi gəlir mənbəyinə, institut isə qapalı bazara çevrilib.

Daxil olan məlumatlarda ən vahiməli iddialardan biri də institutda reallığa çevrilən "pensiya və hərbi çağırış" alveridir. İddia olunur ki, saxta diaqnozların qoyulması, pensiya təyinatı üçün əsas sayılan sənədlərin düzəldilməsi və hərbi xidmətdən yayınmaq istəyənlərə "yardım" edilməsi sahəsində müəssisədə "açıq bazar" formalaşıb.

"Pensiya işində və hərbi komissiyadan keçid prosesində ən əsas, taleyüklü müayinələr məhz rentgen, KT və spirometriadır. İşbazlar məhz bu üç müayinənin cavablarını manipulyasiya edərək qanunsuz işləri həll edirlər. Ona görə də hazırda institutda Rentgen şöbəsi, KT və Spirometriya otağı bu qanunsuzluqların öncül sırasındadır".

Bəs institutda bərqərar olan bu dözülməz vəziyyətin arxasında kim dayanır?

İddialara görə, 2022-ci ildə instituta direktor təyin olunan İradə Axundova tabeliyindəki aparatların işlədilməməsindən tam məlumatlıdır və mövcud "status-kvo"nun qalmasında birbaşa maraqlıdır.

Qeyd edilir ki, İradə Axundova təyinatından qısa müddət sonra tibb ocağını sanki özünün şəxsi obyekti kimi idarə etməyə başlayıb, qohum-əqrabasını institutun ən gəlirli və strateji vəzifələrinə yerləşdirib:

Qəmər Əhmədzadə (yaxın qohumu) – Laboratoriya şöbəsinin müdiri;

Atif (yaxın qohumu) – Ümumi şöbənin müdiri;

Afaq (xalası qızı) – Statistika şöbəsinin müdiri;

Atəş müəllim (yaxın qohumu) – Direktor müavini / Şöbə müdiri.

Direktor öz yaxın qohumlarına dövlət büdcəsindən 2-3 min manat civarında yüksək maaşlar təyin etməklə müəssisədə tam bir "ailə podratı" yaradıb. İnstitutda hər hansı bir həkim və ya əməkdaş bu özbaşınalığa, qanunsuzluğa etiraz etdikdə isə dərhal direktorun qohum-əqrabası və onların tabeliyindəki işçilərin əli ilə təzyiqlərə məruz qalır, "gözümçıxdı"ya salınır.

Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununa əsasən, vəzifəli şəxslərin öz yaxın qohumlarını birbaşa tabeçiliyində olan işə götürməsi qəti qadağandır. Belə bir hal yarandıqda, həmin şəxslər qısa müddətdə başqa işə keçirilməli və maraqlar toqquşması aradan qaldırılmalıdır. Lakin İradə Axundova hər ötən gün bu qanunu nümayişkaranə şəkildə pozmaqda davam edir.

İnstitutun adının çəkilməsini istəməyən əməkdaşları redaksiyamız vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət ediblər: "Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və ya Hesablama Palatası bu institutda ən səthi yoxlama belə aparsa, İradə Axundovanın və onun qohum şəbəkəsinin yol verdiyi milyonluq yeyintilər, laboratoriya, reanimasiya, rentgen və KT şöbələrində batan korrupsiya bataqlığı ifşa olunacaq".

Ümid edirik ki, Səhiyyə Nazirliyi və müvafiq hüquq-mühafizə orqanları Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaşanan bu "ailə dramı" və maliyyə yeyintiləri barədə təcili tədbirlər görəcək.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna sorğu ünvanlayıb. Kifayət qədər vaxt keçməsinə baxmayaraq, sorğumuza cavab ala bilməmişik. Bütün hallarda Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun və direktor İradə Axundovanın mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Dünən, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Dünən, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Dünən, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Dünən, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Dünən, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Dünən, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Dünən, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Dünən, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Dünən, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Dünən, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Dünən, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Dünən, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Dünən, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Dünən, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Dünən, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Dünən, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Dünən, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Dünən, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Dünən, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Dünən, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Dünən, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Dünən, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Dünən, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Dünən, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Dünən, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Dünən, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Dünən, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Dünən, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru