ABŞ Prezidenti Donald Tramp Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə məktub ünvanlayıb, həmin məktubda Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə təbrikə görə ona təşəkkürünü bildirib və Gürcüstanla əməkdaşlığın möhkəmləndirilməsinə ümid etdiyini ifadə edib.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Yayımçısı məlumat yayıb.
Tramp məktubda qeyd edir: "Suverenliyin, təhlükəsizliyin və uzunmüddətli rifahın dəstəklənməsi üzərində birlikdə çalışaraq, biz əhəmiyyətli tərəqqiyə nail ola bilərik. Daha təhlükəsiz, firavan və dinc gələcəyə doğru birgə irəlilədikcə əməkdaşlığımızın daha da möhkəmlənəcəyini səbirsizliklə gözləyirəm".

















