“İlk dəfə bunu toylarda dəbə mən gətirmişəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Mətanət İsgəndərli “Evdəkilərə salam” verilişində deyib.
Sənətçi bildirib ki, toylarda bəylə gəlin məclisə daxil olarkən oxunan “İncə bellim” mahnısını ilk dəfə dəbə o gətirib:
“Qızım Ülkərin toyunda Xalq artisti Yalçın Rzazadənin məşhur “İncə bellim” mahnısını oxudum. Bəy türk idi, o, bir əlində Azərbaycan, bir əlində də Türkiyənin bayrağı məclisə daxil oldu. Həmin vaxtdan bəri o mahnı bəy-gəlin mahnısı kimi dəbə düşdü. Bütün toylarda bəylə gəlin o mahnının sədaları altında zala daxil olur”.



















