Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                     "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” .....                     SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib .....                     Rusiyanın gələcəyi və dünya nizamı haqqında: .....                     “Biz İran üzərində güclü bir qələbə qazanırıq” .....                     Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb .....                     Azərbaycan neftinin qiyməti 88 dolları ötüb .....                     Rusiya bazarı Ermənistan üçün bağlanır .....                     Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı .....                     "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb .....                     “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur .....                     Tıxaclar şairimizi də yorub... .....                     "Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                     Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... .....                     Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq .....                     Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR .....                 

Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Tarix: Bu gün, 11:19 | Çap et

ABŞ və İran arasında yenidən alovlanan hərbi qarşıdurma təkcə Yaxın Şərqin təhlükəsizlik mühitinə deyil, Azərbaycanın iqtisadi və nəqliyyat maraqlarına da birbaşa təsir göstərə biləcək mərhələyə daxil olub. Son raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən qarşılıqlı zərbələr Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarının və iştirak etdiyi beynəlxalq nəqliyyat marşrutlarının yerləşdiyi əraziləri hədəfə çıxarıb.

Musavat.com xəbər verir ki, dünən İran İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirib.

Yayılan peyk görüntülərində Ərbil Beynəlxalq Hava Limanında yerləşdirilmiş ABŞ-a məxsus "Patriot" hava hücumundan müdafiə sisteminin buraxılış qurğusunun vurulduğu əks olunub. Bildirilir ki, obyekt İranın "Shahed-136" kamikadze pilotsuz uçuş aparatı ilə hədəfə alınıb və tamamilə sıradan çıxarılıb. Hadisə nəticəsində insan itkisi və ya dəymiş ziyanın miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb. ABŞ da cavab olaraq İranın cənubundakı strateji obyektlərə hava zərbələri endirib. Məlumatlara əsasən, Bəndər-Abbas liman şəhərinin bir neçə rayonunda, eləcə də Əhvaz şəhərində və Kiş adasındakı liman ərazisində partlayışlar baş verib.

Xəbərlərdə diqqət çəkən tərəfi ondan ibarətdir ki, hücumların baş verdiyi hər iki məntəqə Azərbaycan üçün xüsusi iqtisadi əhəmiyyət daşıyır. Son illərdə Azərbaycanla İraq Kürdüstan Regionu arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. Xüsusilə Ərbil şəhəri Bakı üçün yeni investisiya və biznes istiqamətlərindən birinə çevrilməkdədir.Ekspertlərin fikrincə, Azərbaycanın regiona marağı yalnız investisiya qoyuluşu ilə məhdudlaşmır. Məqsəd Türkiyə ilə formalaşan iqtisadi əməkdaşlıq zəncirini genişləndirmək, Yaxın Şərq bazarlarında mövqeləri möhkəmləndirmək və Azərbaycan şirkətlərinin xarici layihələrdə iştirak imkanlarını artırmaqdır.

Mütəxəssislər hesab edirlər ki, İraqın nisbətən sabit bölgəsi hesab olunan Kürdüstan Regionu tikinti, infrastruktur, logistika, energetika, kənd təsərrüfatı və xidmət sektorlarında Azərbaycan şirkətləri üçün yeni imkanlar yarada bilər. Qarabağın bərpasında böyük təcrübə qazanan Azərbaycan şirkətlərinin gələcəkdə Ərbildə və regionun digər şəhərlərində iri layihələrdə iştirak perspektivləri də yüksək qiymətləndirilir.Bu baxımdan yaxın vaxtlarda Ərbildə keçirilməsi planlaşdırılan "Kürdüstan Regionu–Türkiyə–Azərbaycan" beynəlxalq iqtisadi konfransı xüsusi əhəmiyyət daşıyır. Regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi belə təşəbbüslərin həyata keçirilməsinə də təsir göstərə bilər.

ABŞ aviasiyasının zərbələri Azərbaycanın iştirak etdiyi "Şimal–Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üçün də strateji əhəmiyyət daşıyan Bəndər-Abbas limanı yaxınlığında baş verib. İranın ən iri dəniz limanlarından biri olan Bəndər-Abbas Fars körfəzi vasitəsilə beynəlxalq yükdaşımaların əsas mərkəzlərindən hesab olunur. Digər mühüm liman olan Çabahar isə Hind okeanına çıxışı təmin edir. "Şimal–Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi məhz bu limanlar vasitəsilə Hindistan və Cənub-Şərqi Asiyadan gələn yüklərin İran ərazisindən keçərək Azərbaycan və Rusiya üzərindən Avropaya daşınmasını nəzərdə tutur.

Marşrutun əsas hissələrindən biri Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xəttidir. Gələcəkdə Astara–Rəşt dəmir yolunun tam istifadəyə verilməsi ilə bu marşrutun ötürmə qabiliyyətinin daha da artacağı gözlənilir. Ekspertlərin hesablamalarına görə, dəhlizin potensial yükdaşımaları ildə 15 milyon tona çata bilər. Bu isə Azərbaycan üçün hər il təxminən 250–300 milyon ABŞ dolları həcmində tranzit gəliri formalaşdırmaq potensialına malikdir.

Diqqət çəkən məqamlardan biri də odur ki, ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsindən qısa müddət əvvəl Azərbaycanın yüksək səviyyəli nümayəndə heyəti Bəndər-Abbas limanında olub.Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri zamanı "Şimal–Cənub" nəqliyyat dəhlizinin əsas hissələrindən hesab olunan limanın fəaliyyəti ilə yaxından tanış olub. Səfər çərçivəsində nəqliyyat infrastrukturu və tranzit imkanları müzakirə edilib. Analitiklərin fikrincə, ABŞ və İran arasında qarşıdurmanın uzunmüddətli xarakter alması təkcə enerji bazarlarına deyil, regionun logistika və nəqliyyat marşrutlarına da ciddi təsir göstərə bilər. Bu vəziyyət Azərbaycanın son illərdə böyük sərmayə yatırdığı beynəlxalq tranzit layihələrinin təhlükəsizliyi baxımından da əlavə risklər yaradır. Xüsusilə "Şimal–Cənub" dəhlizi, İraq Kürdüstanı ilə iqtisadi əməkdaşlıq və Yaxın Şərq istiqamətində həyata keçirilən biznes layihələrinin gələcək inkişafı regiondakı hərbi-siyasi vəziyyətdən birbaşa asılı olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Bu gün, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15
Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13
Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR - ÇÜNKİ...
Bu gün, 06:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru