Yunan general canlı yayında ağzından qaçırdı: .....                     Bacısı ilə bağlı mübahisəyə görə həmyerlisini öldürdü .....                     Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma .....                     "3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..." .....                     Bacısının ayrılığına görə qisas almaq istədi, xalası oğluna ov tüfəngi ilə atəş açdı .....                     Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət? .....                     “Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram” .....                     “PAŞA Həyat Sığorta”nın səhmdarları toplanır .....                     Yeni savadlılıq: məktəblərdə media savadlılığının təqdimi .....                     Elə bil tibb ocağı deyil... restorandır... tibb bacıları da ofisiant... .....                     Ukrayna “Qazprom”a məxsus müəssisəni vurdu .....                     Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları .....                     ABŞ-nin nüfuzlu nəşri İlham Əliyevdən sitat gətirdi... .....                     "Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik" .....                     800 min erməniyə MÖHTAC qalan ölkə .....                     Türkiyəli nazirə qarşı SENSASİON sui-qəsdin pərdəarxası .....                     Qiyabi olaraq 15 il iş aldı... .....                     SOCAR-da iri məmurlar bu idarə uğrunda SAVAŞA QALXIB .....                     Nahidə Babaşlı Halim Baydudla nişanlanıb .....                     Anası ağlar qalan Gəncə təhsil sistemi .....                     "Azərbaycan” Nəşriyyatının müəmmalı taleyi .....                     “Cənub” Yük Terminalında yeni “cərimə” metodu .....                     Qlobal çağırışlara qarşı konsolidasiya: milli ideya beynəlxalq təşəbbüs kimi .....                     Razılaşmaya yaxın idik, Qərb pozdu .....                     Deputatdan İctimai TV-nin futbol şərhçilərinə İRAD: .....                     Bir sahədə oxu, başqa sahədə alim ol: Azərbaycan modeli... .....                     ABŞ ordusu İran limanlarını bloklamaqda çətinliklərlə üzləşib .....                     Xəzərdə gizli təhlükə: Peşəkar üzgüçülər belə xilas ola bilmir .....                     İran Küveytdə ABŞ hərbi bazasına və hərbi gəmisinə zərbə endirdiyini açıqlayıb .....                     Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ... .....                     DSMF Qarabağ qazisinə dəstək olmur? .....                     "Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişafı heç bir halda Ağ Ev əleyhinə deyil" .....                     “Agro Norm”un təsisçiləri 4,4 milyon manatı geri götürüb .....                     Azərbaycanlının "FETÖ-də adın hallanır" deyərək, qızıllarını və pulunu aldılar .....                     Firəngiz Mütəllimova Şuşaya köçür? .....                     Neft, qaz və boru kəmərləri dövrü bitmir, amma artıq qalibləri başqa resurs müəyyənləşdirir .....                     ABŞ və İran hələ də razılığa gələ bilərlər .....                     "Azerbaijan Integrated Steel Mill Complex" MMC fəaliyyətini dayandırdı .....                     Ədliyyə Nazirliyinin tenderlərinə maraq yoxdur, YOXSA?.. .....                     Paşinyan 3 min metr yüksəklikdə .....                 

800 min erməniyə MÖHTAC qalan ölkə - İFŞA faktı
Tarix: Bu gün, 08:21 | Çap et

“Fransa hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağ məsələsinə yanaşması rasional səbəblərdən deyil, daxili siyasi maraqlardan qaynaqlanır”. Bunu Modern.az-a fransalı jurnalist Jan Mişel Brun deyib.

Onun sözlərinə görə, Parisin bu mövqeyinin əsas səbəblərindən biri Fransada yaşayan çoxsaylı erməni diasporunun seçki proseslərinə təsir imkanlarıdır: “Fransa hökumətinin Azərbaycan və Ermənistan arasındakı münaqişəyə, eləcə də Qarabağ məsələsinə münasibəti mənim üçün o qədər də maraqlı deyil. Çünki bu siyasətin arxasında heç bir rasional və məntiqli səbəb yoxdur. Əsas motiv Fransada təxminən 800 min erməninin yaşaması və onların əsasən Paris, Lion və Marsel kimi böyük şəhərlərdə məskunlaşmasıdır. Fransa hökuməti və siyasi partiyalar bu məsələyə daha çox seçki prizmasından yanaşır. Onlar nə Ermənistan, nə də Azərbaycan xalqını düşünür. Onları maraqlandıran tək məsələ seçkilərdə səs qazanmaqdır”.

Mişel Brun əlavə edib ki, Fransadakı erməni diasporunun siyasi təsiri təkcə say üstünlüyü ilə deyil, həm də fəallığı ilə bağlıdır. Qeyd edək ki, Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Əhalinin sayı 68 milyondan çoxdur.

O halda 68 milyonluq ölkə 800 min erməninin əlində niyə əsir-yesir qalıb? Nəhəng Fransada seçkilərin taleyinə cəmi 800 min nəfər necə təsir edə bilər ki?Hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-a qeyd edib ki, fransalı jurnalistin bu fikri ilk baxışdan bir qədər emosional və məsələyə sadəşdirilmiş yanaşma təsiri kimidir: “Belə ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən və Avropanın əsas dövlətlərindən biri olan Fransanın seçicilərinin çox az bir hissəsini təşkil edən erməni diasporu tərəfindən yönləndirildiyi həm təəccüblü, həm də bir o qədər inandırıcı olmayan kimi görünür. Lakin bu fikir ümumi şəkildə faktiki vəziyyəti əks etdirir və reallığa daha çox yaxındır. Məsələ bundan ibarətdir ki, demokratik rejimlərdə, o cümlədən Fransada müəyyən bir qrupun hakimiyyətə və onun siyasətinə təsir imkanları həmin qrupun üzvlərinin sayı ilə və bu sayın seçicilərin ümumi sayına nisbəti ilə müəyyən olunmur. Yəni siyasi təsir qruplarının faktiki imkanlarını yalnız rəqəmlərlə qiymətləndirmək düzgün deyil və heç də həmişə əhalinin sayına proporsional olmur. Yaxşı təşkilatlanmış, fəal və siyasi cəhətdən səfərbər olan azsaylı seçici qrupu, o cümlədən diaspor və lobbi qrupu milyonlarla passiv seçicidən daha böyük təsir gücünə malik ola bilir. Başqa sözlə, seçici qruplarının siyasi həyata və proseslərə təsir gücünün mənbəyi sadəcə say deyil. Bu məsələdə mühüm olan seçicinin və qrupun coğrafiyası, təşkilatlanma səviyyəsi, institusional əlaqələri, siyasi fəallığı və uzun illər ərzində formalaşdırılmış etimad kapitalıdır. Göstərilən amillər nəzərə alınmaqla, erməni lobbisi bu gün Fransanın ən uğurlu təşkilatlanmış və çevik etnik icmalarından biridir və onun təsir gücü məhz bu xüsusiyyətlərdən qaynaqlanır. Fransanın mövcud seçki sistemi də bu məsələdə az əhəmiyyət kəsb etmir və erməni lobbisinin ciddi təsirini mümkün edən əsas amillərdən biridir”.

Q.Əlibəyli onu da deyib ki, Fransa parlamentinin aşağı palatası olan Milli Məclis ümumi seçki hüququ əsasında birmandatlı dairələr üzrə iki turlu majoritar sistemlə keçirilir: “Bu sistemdə seçicilərin bütün ölkə üzrə deyil, konkret dairədə səs çoxluğunu qazanmaq lazımdır. Parlamentin yuxarı palatası olan Senat departamentlər üzrə müxtəlif seçki sistemləri əsasında birbaşa olmayan seçkilər vasitəsilə seçki kollegiyası adlanan xüsusi qurum tərəfindən seçilir. Seçki kollegiyasının tərkibində müvafiq departamentin, həmin departamentin tərkibinə daxil olan bölgələrin və kommunaların bələdiyyə üzvləri çoxluq təşkil edir. Yəni hər 2 palataya seçkilərdə ölkə əhalisinin ümumi sayı deyil, müəyyən dairələrdə cəmləşməsi həlledici rol oynayır.

Fransadakı erməni icmasının əsas hissəsi Paris və ətrafı, Lion, Marsel və başqa iri şəhərlərdə yaşayır. Regional və yerli siyasi həyatda fəal iştirak edir. Bu şəhərlərin merləri ənənəvi olaraq ölkənin ən nüfuzlu siyasətçiləri sırasında yer alırlar. Bu da bir reallıqdır ki, seçkilər dövründə siyasətçilərin əksəriyyəti qlobal geosiyasi maraqlara deyil, rəqiblərinə nisbətən daha çox səs toplayaraq qalib gəlməyə üstünlük verirlər. Belə bir şəraitdə siyasətçilərin fəal şəxslərə, o cümlədən etnik icmaların dəstəyinə daha çox ehtiyacı olur. Erməni diasporu da ilk növbədə məhz bu səviyyədə təsir göstərir. Beləliklə, Fransada erməni icmasının üstünlüyü yalnız siyasi fəallığında və uzun illər ərzində formalaşdırdığı institusional əlaqələrdir. Fransada fəaliyyət göstərən erməni təşkilatları siyasi partiyalar, perspektivli siyasətçilər, senatorlar, deputatlar, merlər, bələdiyyə üzvləri, media nümayəndələri ilə universitet və akademik mərkəzlərlə davamlı işləyirlər. Həm də bu fəaliyyət yalnız seçkidən seçkiyə deyil, seçkilərarası dövrdə də fasiləsiz şəkildə aparılır. Nəticədə Ermənistanla bağlı hər hansı bir məsələ gündəmə gələndə artıq hazır münasibətlər şəbəkəsi mövcud olur.
Bununla belə, Fransanın Güney Qafqaz siyasətini yalnız erməni icması və diasporu amili ilə izah etmək də yanlışlıq olardı. Fransanın Güney Qafqaz siyasətinə təsir edən daha böyük geosiyasi faktorlar mövcuddur. Fransa ilk növbədə Avropa İttifaqında liderliyini möhkəmləndirmək və davamlı etmək istəyir. Rusiyanın zəiflədiyi şəraitdə Cənubi Qafqazda yeni siyasi balans formalaşdırmağa, Türkiyənin və Azərbaycanın regiondakı nüfuzunun artmasını əngəlləməyə çalışır. Avropa İttifaqının genişlənmə siyasəti, enerji təhlükəsizliyi, regional kommunikasiya və bağlantı layihələri, İran faktoru və NATO daxilindəki maraqlar da bu siyasaətin prioritetlərinə təsir göstərir. Ermənistan bu geosiyasi strategiyada Fransa üçün daha münasib tərəfdaş kimi görünür. Eyni zamanda, Fransanın yeni müstəmləkəçilik siyasətinin Azərbaycan tərəfindən ictimailəşdirilməsi və ifşası da bu ölkənin Güney Qafqaz siyasətinə təsir göstərən amillərdən biri kimi nəzərdə keçirilməlidir. Deməli, seçki amili geosiyasəti əvəz etmir. Sadəcə onu tamamlayır”.

Onun fikrincə, Fransanın Ermənistan siyasətini yalnız "800 min erməni seçicisi" ilə izah etmək kifayət deyil: “Fransada siyasi təsirin mənbəyi sadəcə say deyil. Həlledici olan seçicinin coğrafiyası, təşkilatlanma səviyyəsi, institusional əlaqələri, siyasi fəallığı və uzun illər ərzində formalaşdırılmış etimad kapitalıdır. Erməni diasporu bu baxımdan Fransanın ən uğurlu təşkilatlanmış etnik icmalarından biridir və onun təsiri məhz bu xüsusiyyətlərdən qaynaqlanır. Azərbaycan üçün isə əsas nəticə ondan ibarətdir ki, Fransa ilə dialoq yalnız hökumətlər arasında deyil, bütövlükdə Fransa cəmiyyətinin bütün təsir mərkəzləri ilə aparılmalıdır”.


Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yunan general canlı yayında ağzından qaçırdı: - Afinanın “Türkiyə planı” deşifrə oldu
Bu gün, 11:06
Bacısı ilə bağlı mübahisəyə görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI
Bu gün, 10:57
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini görür, yoxsa…
Bu gün, 10:54
"3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..." - GİLEY
Bu gün, 10:49
Bacısının ayrılığına görə qisas almaq istədi, xalası oğluna ov tüfəngi ilə atəş açdı - TƏFƏRRÜAT
Bu gün, 10:30
Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət? - GƏLİŞMƏ
Bu gün, 10:23
“Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram” - EHTİRAM FƏRZƏLİBƏYOV ONU İTTİHAM EDƏNLƏRƏ CAVAB VERDİ
Bu gün, 10:18
“PAŞA Həyat Sığorta”nın səhmdarları toplanır - YIĞINCAQ
Bu gün, 10:05
Yeni savadlılıq: məktəblərdə media savadlılığının təqdimi - AKTUAL
Bu gün, 10:04
Elə bil tibb ocağı deyil... restorandır... tibb bacıları da ofisiant... - BU NƏDİ BELƏ...
Bu gün, 09:53
Ukrayna “Qazprom”a məxsus müəssisəni vurdu - NEXTA
Bu gün, 09:43
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
Bu gün, 09:37
ABŞ-nin nüfuzlu nəşri İlham Əliyevdən sitat gətirdi... - "The Floridian" yazır ki...
Bu gün, 09:24
"Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik" - SAKİNLƏR ETİRAZ EDİR!
Bu gün, 09:19
800 min erməniyə MÖHTAC qalan ölkə - İFŞA faktı
Bu gün, 08:21
Türkiyəli nazirə qarşı SENSASİON sui-qəsdin pərdəarxası – Onu nəyə məcbur etmək istəyiblər?
Bu gün, 08:18
Qiyabi olaraq 15 il iş aldı... - BUNA GÖRƏ...
Bu gün, 08:05
SOCAR-da iri məmurlar bu idarə uğrunda SAVAŞA QALXIB - NƏ BAŞ VERİR?
Bu gün, 07:52
Nahidə Babaşlı Halim Baydudla nişanlanıb - FOTO
Bu gün, 07:39
Anası ağlar qalan Gəncə təhsil sistemi - İTTİHAM VAR...
Bu gün, 07:31
"Azərbaycan” Nəşriyyatının müəmmalı taleyi - “əsaslı təmir” vədi niyə bir ildən sonra da reallaşmayıb?
Bu gün, 07:25
“Cənub” Yük Terminalında yeni “cərimə” metodu - Sahibkarlar çıxılmaz vəziyyətdə
Bu gün, 07:19
Qlobal çağırışlara qarşı konsolidasiya: milli ideya beynəlxalq təşəbbüs kimi - İNCƏLƏMƏ
Bu gün, 07:14
Razılaşmaya yaxın idik, Qərb pozdu - Blanar
Bu gün, 07:09
Deputatdan İctimai TV-nin futbol şərhçilərinə İRAD: - Futbolçu qol vurur, ifa etmir
Bu gün, 07:00
Bir sahədə oxu, başqa sahədə alim ol: Azərbaycan modeli... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:55
ABŞ ordusu İran limanlarını bloklamaqda çətinliklərlə üzləşib - CNN
Bu gün, 06:51
Xəzərdə gizli təhlükə: Peşəkar üzgüçülər belə xilas ola bilmir - AKTUAL
Bu gün, 06:44
İran Küveytdə ABŞ hərbi bazasına və hərbi gəmisinə zərbə endirdiyini açıqlayıb
Bu gün, 06:38
Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ... - İLGİNC İDDİA
Bu gün, 06:29
DSMF Qarabağ qazisinə dəstək olmur? - MÜRACİƏT
Bu gün, 05:38
"Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişafı heç bir halda Ağ Ev əleyhinə deyil" - deputat
Bu gün, 05:31
“Agro Norm”un təsisçiləri 4,4 milyon manatı geri götürüb – ŞİRKƏTDƏN AYRILDI
Bu gün, 05:29
Azərbaycanlının "FETÖ-də adın hallanır" deyərək, qızıllarını və pulunu aldılar - TƏFƏRRÜAT
Bu gün, 05:26
Firəngiz Mütəllimova Şuşaya köçür? - “Evimiz mərkəzdə olduğu üçün...”
Bu gün, 05:22
Neft, qaz və boru kəmərləri dövrü bitmir, amma artıq qalibləri başqa resurs müəyyənləşdirir - ARAŞDIRMA
Bu gün, 05:20
ABŞ və İran hələ də razılığa gələ bilərlər - Tramp belə deyir...
Bu gün, 05:18
"Azerbaijan Integrated Steel Mill Complex" MMC fəaliyyətini dayandırdı - Dövlətə 210 min manatdan çox borcu qaldı
Bu gün, 05:16
Ədliyyə Nazirliyinin tenderlərinə maraq yoxdur, YOXSA?.. – QURUMUN 3 TENDERİ LƏĞV EDİLDİ
Bu gün, 05:14
Paşinyan 3 min metr yüksəklikdə - Video
Bu gün, 05:03
Avropa ölkələri Ukraynanı ciddi şəkildə silahlandırır - Vuçiç
Bu gün, 04:59
Tramp Netanyahuya dəstəyini dayandırmadığını bildirib
Bu gün, 04:57
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Dünən, 18:06
“Kərki Azərbaycana təhvil verilib” - KİV
Dünən, 17:53
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
Dünən, 17:49
Rusiya heç kimə heç nə sübut etməyəcək - Peskov
Dünən, 17:47
“Mirəsədulla Mirqasımovu tanıyanlar Hacı Şahini tanıyanlardan qat-qat azdır” - Etibar Əliyev
Dünən, 17:40
Dövlət Agentliyinin rəhbərinə iki müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:34
Dövlət Departamenti TRIPP marşrutu ilə bağlı suallara belə CAVAB VERDİ
Dünən, 17:31
Erməni idmançılar Bakıya gəlməkdən NİYƏ qorxdular? – İLGİNC SƏBƏB
Dünən, 17:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru