İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir .....                     Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib .....                     İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü: .....                     21 yaşlı oğlan bıçaqlandı .....                     Xankəndi şəhər stadionunun təmirinə əlavə 2.1 milyon manat pul ayrıldı .....                     ““Ehsan mafiyası” var, niyə fətva vermirlər?” .....                     Türkiyə-İsrail qarşıdurması hələ siyasi mərhələdədir .....                     Kılıçdaroğludan yeni partiya quracağı deyilən Özələ .....                     “Rus bölmələrinə qəbul dərhal dayandırılsın!” .....                     Yunan general canlı yayında ağzından qaçırdı: .....                     Bacısı ilə bağlı mübahisəyə görə həmyerlisini öldürdü .....                     Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma .....                     "3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..." .....                     Bacısının ayrılığına görə qisas almaq istədi, xalası oğluna ov tüfəngi ilə atəş açdı .....                     Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət? .....                     “Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram” .....                     “PAŞA Həyat Sığorta”nın səhmdarları toplanır .....                     Yeni savadlılıq: məktəblərdə media savadlılığının təqdimi .....                     Elə bil tibb ocağı deyil... restorandır... tibb bacıları da ofisiant... .....                     Ukrayna “Qazprom”a məxsus müəssisəni vurdu .....                     Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları .....                     ABŞ-nin nüfuzlu nəşri İlham Əliyevdən sitat gətirdi... .....                     "Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik" .....                     800 min erməniyə MÖHTAC qalan ölkə .....                     Türkiyəli nazirə qarşı SENSASİON sui-qəsdin pərdəarxası .....                     Qiyabi olaraq 15 il iş aldı... .....                     SOCAR-da iri məmurlar bu idarə uğrunda SAVAŞA QALXIB .....                     Nahidə Babaşlı Halim Baydudla nişanlanıb .....                     Anası ağlar qalan Gəncə təhsil sistemi .....                     "Azərbaycan” Nəşriyyatının müəmmalı taleyi .....                     “Cənub” Yük Terminalında yeni “cərimə” metodu .....                     Qlobal çağırışlara qarşı konsolidasiya: milli ideya beynəlxalq təşəbbüs kimi .....                     Razılaşmaya yaxın idik, Qərb pozdu .....                     Deputatdan İctimai TV-nin futbol şərhçilərinə İRAD: .....                     Bir sahədə oxu, başqa sahədə alim ol: Azərbaycan modeli... .....                     ABŞ ordusu İran limanlarını bloklamaqda çətinliklərlə üzləşib .....                     Xəzərdə gizli təhlükə: Peşəkar üzgüçülər belə xilas ola bilmir .....                     İran Küveytdə ABŞ hərbi bazasına və hərbi gəmisinə zərbə endirdiyini açıqlayıb .....                     Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ... .....                     DSMF Qarabağ qazisinə dəstək olmur? .....                 

Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət? - GƏLİŞMƏ
Tarix: Bu gün, 10:23 | Çap et

Avropa İttifaqı Cənubi Qafqazda təhlükəsizlik sahəsində iştirakını genişləndirir. Brüssel bu dəfə Ermənistanın sərhədində müşahidə aparan missiyadan fərqli olaraq, ölkənin dövlət qurumları ilə işləyəcək yeni Avropa İttifaqının Tərəfdaşlıq Missiyasını (EUPM Armenia-red) yaradıb.

Missiyanın əsas məqsədi Ermənistanın dezinformasiya, kiberhücumlar, xarici müdaxilə və digər hibrid təhlükələrə qarşı dayanıqlığını artırmaqdır. Bunun üçün Aİ ekspertləri müxtəlif dövlət qurumlarına strateji və əməliyyat xarakterli məsləhətlər verəcək, təhlükəsizlik sahəsində institusional potensialın gücləndirilməsinə dəstək göstərəcəklər.

İlk baxışdan texniki xarakter daşıyan bu qərar əslində regionun təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bəs yeni missiya əvvəlkindən nə ilə fərqlənir? Onun səlahiyyətləri nələrdir? Missiya Azərbaycan-Ermənistan sülh prosesinə təsir göstərə bilərmi? Azərbaycanın maraqları baxımından hansı risk və imkanlar yaranır?

Yeni missiya nə ilə məşğul olacaq?

Avropa İttifaqı Şurasının qərarına əsasən, yeni missiya Ermənistanın demokratik dayanıqlığını və böhranların idarə olunması imkanlarını gücləndirməyə xidmət edəcək.

Missiya Ermənistanın xarici informasiya manipulyasiyası və müdaxiləsi, dezinformasiya, kiberhücumlar, qanunsuz maliyyə axınları və digər hibrid təhlükələrə qarşı mübarizəsinə dəstək verəcək. Bunun üçün müxtəlif nazirliklərə və dövlət qurumlarına strateji məsləhətlər təqdim olunacaq, onların peşəkar hazırlığı artırılacaq, dövlət strukturları arasında vahid koordinasiya mexanizminin qurulmasına kömək göstəriləcək.

Bundan əlavə, missiyanın tərkibində konkret layihələrin hazırlanması və icrası ilə məşğul olacaq ayrıca layihə qrupu fəaliyyət göstərəcək.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ermənistan hazırda genişmiqyaslı dezinformasiya kampaniyaları və kiberhücumlarla üzləşir. Onun sözlərinə görə, yeni missiya məhz bu təhlükələrə qarşı dövlət institutlarının dayanıqlığını artırmağa xidmət edəcək.

Əvvəlki missiyadan əsas fərq nədir?

Oxucular üçün ən vacib suallardan biri də budur.

2023-cü ildən Ermənistanda fəaliyyət göstərən Aİ missiyasının əsas işi Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müşahidə etmək, hadisələri izləmək və hesabat hazırlamaq idi. Başqa sözlə, həmin missiya müşahidəçi funksiyasını yerinə yetirirdi.

Yeni yaradılan missiya isə sərhəddə işləməyəcək.

Əksinə, Ermənistanın dövlət qurumları ilə birbaşa əməkdaşlıq edəcək, onların təhlükəsizlik imkanlarının artırılmasına dəstək verəcək.

Başqa sözlə, əvvəlki missiya hadisələri izləyirdi, yeni missiya isə dövlət institutlarının fəaliyyətini gücləndirməyə çalışacaq.

Bu, Avropa İttifaqının Cənubi Qafqaz siyasətində keyfiyyətcə yeni mərhələ hesab olunur. Brüssel artıq yalnız müşahidəçi deyil, həm də təhlükəsizlik sahəsində institusional tərəfdaş rolunda çıxış etməyə başlayır.

Azərbaycan üçün bu nə ifadə edir?

Yeni missiyanın yaradılması Azərbaycanda da müxtəlif suallar doğurub.

Politoloq Elxan Şahinoğlu Modern.az-a bildirib ki, missiyanın yaradılması Azərbaycan üçün müəyyən narahatlıq doğursa da, onu təhlükə kimi qiymətləndirmək düzgün olmaz.

Onun sözlərinə görə, missiyanın əsas məqsədi Rusiyanın Ermənistandakı təsir imkanlarını zəiflətməkdir:

"Avropa Birliyi Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq istəyir. Bu isə müəyyən mənada Azərbaycanın da maraqlarına cavab verir. Çünki Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azalması regionda sülh üçün daha əlverişli şərait yarada bilər".

Ekspert hesab edir ki, Moskvanın son dövrlərdə İrəvana iqtisadi təzyiqləri və Avropa İttifaqının Ermənistanla təhlükəsizlik əməkdaşlığını genişləndirməsi regionda geosiyasi rəqabətin yeni mərhələyə keçdiyini göstərir.

Missiya sülh prosesinə təsir göstərə bilərmi?

Politoloq Natiq Miri isə hesab edir ki, missiyanın mandatı Azərbaycan-Ermənistan danışıqları ilə bağlı deyil.

Onun sözlərinə görə, missiyanın əsas fəaliyyəti Ermənistanın daxili təhlükəsizlik sisteminin gücləndirilməsinə yönəlib:

"Missiyanın işi tövsiyə vermək və ekspert dəstəyi göstərməkdir. O, qərar qəbul edən qurum deyil. Buna görə də Azərbaycan-Ermənistan sülh prosesinə birbaşa təsir göstərə bilməz".

Ekspert bildirir ki, sülh prosesinin taleyi yenə də Bakı ilə İrəvanın siyasi iradəsindən asılı olacaq.

Regional təhlükəsizlik balansı dəyişə bilərmi?

Ekspertlərin fikrincə, yeni missiyanın əsas geosiyasi nəticəsi Avropa İttifaqının regiondakı rolunun genişlənməsi olacaq.

Elxan Şahinoğlu bunu Rusiyanın Ermənistandakı təsir imkanlarının zəiflədilməsi istiqamətində növbəti addım hesab edir.

Natiq Miri isə bildirir ki, missiyanın əsas hədəfi Azərbaycan deyil. Onun fikrincə, yeni təhlükəsizlik çağırışları daha çox Rusiyadan qaynaqlanır, gələcəkdə isə regiondakı digər geosiyasi risklər də missiyanın diqqət mərkəzinə düşə bilər. Burada İran faktoru üzə çıxa bilər.

"İndiki vəziyyətdə bu çağırşın birbaşa hədəfi Rusiyadır. Prespektivdə bu İran da ola bilərdi. Ermənistan İranı özünə dost-qardaş saysa da, ABŞ-lə müharibə kontekstində Zəngəzur dəhlizi müəyyən təxribatlar törədilə bilər ki, Bu da Ermənistan-iran hakimiyyəti arasında münasibətləri poza bilər Yeni çağırışlar dedikdə bu məsələlər kpompleks nəzərdə tutulur",-deyə ekspert qeyd edib.

Bu baxımdan, missiya Azərbaycan-Ermənistan qarşıdurmasına deyil, Ermənistanın təhlükəsizlik sisteminin müasir risklərə uyğunlaşdırılmasına xidmət edir.

Azərbaycan üçün risklər və imkanlar

Ekspertlərin ortaq qənaətinə görə, yeni missiya Azərbaycanın təhlükəsizliyi üçün birbaşa hərbi risk yaratmır.

Lakin Avropa İttifaqının regiondakı təhlükəsizlik rolunun genişlənməsi gələcəkdə yeni siyasi reallıqlar formalaşdıra bilər.

Eyni zamanda, Rusiyanın təsir imkanlarının zəifləməsi, regionda sabitliyin möhkəmlənməsi və Ermənistanın daha proqnozlaşdırılan təhlükəsizlik siyasəti yürütməsi Azərbaycan üçün müəyyən imkanlar da yarada bilər.

Ermənistanda yaradılan yeni Aİ missiyası əvvəlki müşahidə missiyasından fərqli olaraq, birbaşa dövlət institutlarının fəaliyyətinin gücləndirilməsinə yönəlib. Bu baxımdan, onun əsas hədəfi sərhədi izləmək deyil, Ermənistanın hibrid təhlükələrə qarşı dayanıqlığını artırmaqdır.

Ekspertlər missiyanın Azərbaycan üçün birbaşa təhlükə yaratmadığını və sülh prosesinə həlledici təsir göstərməyəcəyini desələr də, onun Avropa İttifaqının Cənubi Qafqazda artan rolunun və regionda Rusiya-Qərb geosiyasi rəqabətinin yeni mərhələsinin göstəricisi olduğu qənaətindədirlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir - TƏFƏRRÜAT
Bu gün, 12:01
Çingiz Qurbanov "Azərpoçt" MMC-dəki vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Bu gün, 11:55
İllərlə davam edən ailə gərginliyi faciə ilə bitdi, qadın ərini öldürdü: - "Dedi ki, bu ay heç nə görməyəcəksən..."
Bu gün, 11:42
21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Bu gün, 11:41
Xankəndi şəhər stadionunun təmirinə əlavə 2.1 milyon manat pul ayrıldı
Bu gün, 11:32
““Ehsan mafiyası” var, niyə fətva vermirlər?” - İlahiyyatçıdan QMİ-yə sərt sözlər
Bu gün, 11:29
Türkiyə-İsrail qarşıdurması hələ siyasi mərhələdədir - ŞƏRH
Bu gün, 11:23
Kılıçdaroğludan yeni partiya quracağı deyilən Özələ REAKSİYA
Bu gün, 11:20
“Rus bölmələrinə qəbul dərhal dayandırılsın!” - ÇAĞIRIŞ
Bu gün, 11:08
Yunan general canlı yayında ağzından qaçırdı: - Afinanın “Türkiyə planı” deşifrə oldu
Bu gün, 11:06
Bacısı ilə bağlı mübahisəyə görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI
Bu gün, 10:57
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini görür, yoxsa…
Bu gün, 10:54
"3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..." - GİLEY
Bu gün, 10:49
Bacısının ayrılığına görə qisas almaq istədi, xalası oğluna ov tüfəngi ilə atəş açdı - TƏFƏRRÜAT
Bu gün, 10:30
Brüsselin Ermənistan planı: Azərbaycan üçün risk, yoxsa fürsət? - GƏLİŞMƏ
Bu gün, 10:23
“Mən aşbaz olmaqla yanaşı, həm də aktyoram” - EHTİRAM FƏRZƏLİBƏYOV ONU İTTİHAM EDƏNLƏRƏ CAVAB VERDİ
Bu gün, 10:18
“PAŞA Həyat Sığorta”nın səhmdarları toplanır - YIĞINCAQ
Bu gün, 10:05
Yeni savadlılıq: məktəblərdə media savadlılığının təqdimi - AKTUAL
Bu gün, 10:04
Elə bil tibb ocağı deyil... restorandır... tibb bacıları da ofisiant... - BU NƏDİ BELƏ...
Bu gün, 09:53
Ukrayna “Qazprom”a məxsus müəssisəni vurdu - NEXTA
Bu gün, 09:43
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
Bu gün, 09:37
ABŞ-nin nüfuzlu nəşri İlham Əliyevdən sitat gətirdi... - "The Floridian" yazır ki...
Bu gün, 09:24
"Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik" - SAKİNLƏR ETİRAZ EDİR!
Bu gün, 09:19
800 min erməniyə MÖHTAC qalan ölkə - İFŞA faktı
Bu gün, 08:21
Türkiyəli nazirə qarşı SENSASİON sui-qəsdin pərdəarxası – Onu nəyə məcbur etmək istəyiblər?
Bu gün, 08:18
Qiyabi olaraq 15 il iş aldı... - BUNA GÖRƏ...
Bu gün, 08:05
SOCAR-da iri məmurlar bu idarə uğrunda SAVAŞA QALXIB - NƏ BAŞ VERİR?
Bu gün, 07:52
Nahidə Babaşlı Halim Baydudla nişanlanıb - FOTO
Bu gün, 07:39
Anası ağlar qalan Gəncə təhsil sistemi - İTTİHAM VAR...
Bu gün, 07:31
"Azərbaycan” Nəşriyyatının müəmmalı taleyi - “əsaslı təmir” vədi niyə bir ildən sonra da reallaşmayıb?
Bu gün, 07:25
“Cənub” Yük Terminalında yeni “cərimə” metodu - Sahibkarlar çıxılmaz vəziyyətdə
Bu gün, 07:19
Qlobal çağırışlara qarşı konsolidasiya: milli ideya beynəlxalq təşəbbüs kimi - İNCƏLƏMƏ
Bu gün, 07:14
Razılaşmaya yaxın idik, Qərb pozdu - Blanar
Bu gün, 07:09
Deputatdan İctimai TV-nin futbol şərhçilərinə İRAD: - Futbolçu qol vurur, ifa etmir
Bu gün, 07:00
Bir sahədə oxu, başqa sahədə alim ol: Azərbaycan modeli... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:55
ABŞ ordusu İran limanlarını bloklamaqda çətinliklərlə üzləşib - CNN
Bu gün, 06:51
Xəzərdə gizli təhlükə: Peşəkar üzgüçülər belə xilas ola bilmir - AKTUAL
Bu gün, 06:44
İran Küveytdə ABŞ hərbi bazasına və hərbi gəmisinə zərbə endirdiyini açıqlayıb
Bu gün, 06:38
Bu məhkəmə sədrinin təyinatı QANUN POZUNTUSU İMİŞ... - İLGİNC İDDİA
Bu gün, 06:29
DSMF Qarabağ qazisinə dəstək olmur? - MÜRACİƏT
Bu gün, 05:38
"Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişafı heç bir halda Ağ Ev əleyhinə deyil" - deputat
Bu gün, 05:31
“Agro Norm”un təsisçiləri 4,4 milyon manatı geri götürüb – ŞİRKƏTDƏN AYRILDI
Bu gün, 05:29
Azərbaycanlının "FETÖ-də adın hallanır" deyərək, qızıllarını və pulunu aldılar - TƏFƏRRÜAT
Bu gün, 05:26
Firəngiz Mütəllimova Şuşaya köçür? - “Evimiz mərkəzdə olduğu üçün...”
Bu gün, 05:22
Neft, qaz və boru kəmərləri dövrü bitmir, amma artıq qalibləri başqa resurs müəyyənləşdirir - ARAŞDIRMA
Bu gün, 05:20
ABŞ və İran hələ də razılığa gələ bilərlər - Tramp belə deyir...
Bu gün, 05:18
"Azerbaijan Integrated Steel Mill Complex" MMC fəaliyyətini dayandırdı - Dövlətə 210 min manatdan çox borcu qaldı
Bu gün, 05:16
Ədliyyə Nazirliyinin tenderlərinə maraq yoxdur, YOXSA?.. – QURUMUN 3 TENDERİ LƏĞV EDİLDİ
Bu gün, 05:14
Paşinyan 3 min metr yüksəklikdə - Video
Bu gün, 05:03
Avropa ölkələri Ukraynanı ciddi şəkildə silahlandırır - Vuçiç
Bu gün, 04:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru