ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə fikir ayrılıqlarına baxmayaraq, ona dəstəyini dayandırmadığını bildirib.
APA xəbər verir ki, bu barədə o, amerikalı radioaparıcı Hyu Hyuittə müsahibəsində danışıb.
“Xeyr, qətiyyən. Biz onunla çox yaxşı yola gedirik”, - deyə ABŞ Prezidenti bildirib.
O əlavə edib ki, bəzi məsələlərdə Netanyahu ilə razılaşmasa da, bunu açıq şəkildə ifadə edir.
“Bəzən onunla razılaşmıram və bunu açıq deyirəm. Sonra da haqlı çıxıram”, - deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti Netanyahunu “müharibə dövrünün baş naziri” adlandıraraq onun işini yaxşı gördüyünü qeyd edib.
Trampın sözlərinə görə, əgər o və ya Netanyahu hakimiyyətdə olmasaydı, İranın hərəkətləri səbəbindən bu gün İsrail mövcud olmazdı.








